Məhkəmə qərarları › İş №2(047)-72/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-72/2025

15.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-72/2025 15.04.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və Himayəçilik Komissiyası” nın nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və Himayəçilik Komissiyası”na qarşı X1nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və Himayəçilik Komissiyası”na qarşı X1nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, X5 onun doğma oğludur. O, xx.xx.2001-ci ildə anadan olmuşdur. X1 anadangəlmə xəstədir. X1 1-ci dərəcəli əlildir. Uşaqlıqdan F72 ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi və davranış pozuntuları ilə kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı var. İQ 32 xəstəliyindən əziyyət çəkir. Oğlu Yunis doğulduğu gündən hal-hazıra kimi onun himayəsində olmaqla böyümüş və uşaqlıqdan xəstəliyə görə müavinət almışdır. Yəni oğlu Yunisin onların köməkliyi olmadan özünü idarə etmək qabiliyyəti olmamışdır və yoxdur. Hazırda da oğlu Yunis onun himayəsindədir. Oğlu Yunis yetkinlik yaşına çatdıqdan sonra öz hərəkətlərinin mənasını başa düşməyən, öz hərəkətlərinə rəhbərlik edə bilməyən və köməyə möhtac olduğundan Yunisin onun qəyyumluğuna verilməsi ilə əlaqədar olaraq o, Laçın rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin İcra Hakimiyyəti ona oğlunun yalnız fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair məhkəmə qətnaməsi çıxarıldıqdan sonra qəyyum təyin ediləcəyini bildirmişdir. Ona görə də X1nu bir valideyin kimi onun himayəsində yaşamasının təmin edilməsi, dövlət tərəfindən oğluna verilən müavinətin əldə edilərək ona sərf edilməsi və oğlunun qanunla müəyyən edilmiş qaydada onun himayəsinə verilməsi üçün fəaliyyət qabiliyyətsiz hesab edilməsi zərurəti yaranmışdır. Çünki oğlu özü-özünü təmin etmək iqtidarında olmayan şəxsdir. Ona daima qulluq edir, oğlunun bütün qidalanmasını, təmizliyini və geyindirilməsini də o, təmin edir. Bu səbəbdən məhkəməyə müraciət edərək xx.xx.2001-ci il təvəllüdlü X1nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını istəyir. Qeyd olunalara əsasən də məhkəmədən xx.xx.2001-ci il təvəllüdlü, Laçın Rayon Şeylanlı kəndində anadan olmuş X1nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs Laçın Rayonu İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və Himayəçilik Komissiyası”nın nümayəndəsi Nümayəndə Ərizəçi xx.xx.2001-ci ildə anadan olmuş X1nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair mülki iş üzrə ərizəsinin təmin edlməsinə etirazının olmamasını bildirərək qeyd edilən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.2001-ci il tarixdə Laçın Rayon Şeylanlı kəndində anadan olmuş, Laçın rayonu Katos kəndində qeydiyyatdadır və onun anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 X7 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 187 saylı rəyinin məzmunundan görünür ki, X3 ağır dərəcəli əqli gerilik aşkar olunur. X5 öz psxi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şurlu idarə etmək iqtidarına malik deyil. X5 psxi vəziyyətinə görə fəaliyyət qabliyyətli olmayan şəxs hesab olunması üçün əsaslar vardır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi X1nda ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir, onun kənar şəxsin yardımına ehtiyacı vardır, o, öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərkətlərini idarə edə bilmir. Göstərilənlərə əsasən məhkəmə onu da qeyd edir ki, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar da vardır. Bu barədə müvafiq ekspert rəyi də məhkəməyə daxil olmuşdur. Məhkəmə, həmçinin qeyd edilən ekspert rəyi ilə də razılaşır və ona görə də belə hesab edir ki, ərizəçinin tələbinin təmin edilməsi qanuni və əsaslıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən də məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və xx.xx.2001-ci il təvəllüdlü, Laçın Rayon Şeylanlı kəndində anadan olmuş və Laçın rayon Katos kəndində qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2001-ci il təvəllüdlü, Laçın Rayon Şeylanlı kəndində anadan olmuş və Laçın rayon Katos kəndində qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar