Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-724/2025 03.12.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və Himayəçilik Komissiyası”nın nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və Himayəçilik Komissiyası”na qarşı X1nın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və Himayəçilik Komissiyası”na qarşı X1nın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, X5 onun doğma anasıdır. O, xx.xx.1954-cü ildə Laçın rayon Xumarta kəndində anadan olmuşdur. X1 hal-hazırda xəstədir, o, özünü idarə edə bilmir, deyilən sözləri dərk etmir, tez-tez qeyri-iradi hərəkətlər edir. X1 əksər hallarda ən sadə vəziyyətdə belə özünü idarə edə bilmir. Anası ona və ətrafdakılara qarşı çox aqressivdir. O, heç bir səbəb olmadan hər kəsi təhqir edir, hədə-qorxu gəlir və sair hərəkətlər edir. Bu barədə o, dəfələrlə həkimə müraciət etmiş və anası ambulator müalicə götürmüşdür. Bundan başqa anasının onların köməkliyi olmadan özünü idarə etmək qabiliyyəti yoxdur. Hazırda da X1 onun himayəsindədir. O, anasının qəyyumluğuna verilməsi ilə əlaqədar olaraq Laçın rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin İcra Hakimiyyəti ona anasının yalnız fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair məhkəmə qətnaməsi çıxarıldıqdan sonra qəyyum təyin ediləcəyini bildirmişdir. Ona görə də X1nın onun himayəsində yaşamasının təmin edilməsi, dövlət tərəfindən anasına verilən pensiyanın əldə edilərək ona sərf edilməsi və anasının qanunla müəyyən edilmiş qaydada onun himayəsinə verilməsi üçün fəaliyyət qabiliyyətsiz hesab edilməsi zərurəti yaranmışdır. Çünki anası özü-özünü təmin etmək iqtidarında olmayan şəxsdir. Bu səbəbdən məhkəməyə müraciət edərək xx.xx.1954-cü il təvəllüdlü X1nın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını istəyir. Qeyd olunalara əsasən də məhkəmədən xx.xx.1954-ci il təvəllüdlü, Laçın rayon Xumarta kəndində anadan olmuş və Laçın rayon Köhnəkənd kəndində qeydiyyatda olan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs Laçın Rayonu İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və Himayəçilik Komissiyası”nın nümayəndəsi Nümayəndə2 Ərizəçi xx.xx.1954-cü il təvəllüdlü X1nın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair mülki iş üzrə ərizəsinin təmin edlməsinə etirazının olmamasını bildirərək qeyd edilən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin təsdiqlənmiş surətlərindən görünür ki, X5 xx.xx.1954-ci il tarixdə Laçın rayon Xumarta kəndində anadan olmuş, Laçın rayon Köhnəkənd kəndində qeydiyyatdadır və onun oğlu Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 X6 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 2930 saylı rəyinin məzmunundan görünür ki, X3 vaskulyar demensiya, davranış pozuntuları ilə müəyyən edilir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. X3 müəyyən edilən vaskulyar demensiya, davranış pozuntuları ilə əlaqədar o, tam fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilməlidir. X3 müəyyən edilən vaskulyar demensiya, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol verilmir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi X1nda vaskulyar demensiya, davranış pozuntuları ilə müəyyən edilir, onun kənar şəxsin yardımına ehtiyacı vardır, o, hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Göstərilənlərə əsasən məhkəmə onu da qeyd edir ki, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar da vardır. Bu barədə müvafiq ekspert rəyi də məhkəməyə daxil olmuşdur. Məhkəmə, həmçinin qeyd edilən ekspert rəyi ilə də razılaşır və ona görə də belə hesab edir ki, ərizəçinin tələbinin təmin edilməsi qanuni və əsaslıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən də məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və xx.xx.1954-ci il təvəllüdlü, Laçın rayon Xumarta kəndində anadan olmuş və Laçın rayon Köhnəkənd kəndində qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1954-ci il təvəllüdlü, Laçın rayon Xumarta kəndində anadan olmuş və Laçın rayon Köhnəkənd kəndində qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-724/2025
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-724/2025
03.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver