Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-111/2024 23.04.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, İclas katibi Mirzəyev Faiq Füzuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Lerik rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasinin üzvu X7 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 21 fevral 2005-ci ildə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırılmışdır ki,o xx xxx 1966-ci il tarixdə Lerik rayonunda anadan olmuşdur. X3 21 fevral 2005-ci il tarixdə Lerik rayon Ordahal kəndində anadan omuşdur.O, anadangəlmə olaraq ruhi xəstədir.O heç bir hərəkətinin mənasını dərk etmir,daima ona qulluq edilir,vaxtı-vaxtında müayinə və müalicəsi olunur.Nərmanov rayon 7 saylı Şəhər poliklinikasında qeydiyyatdadır.Onun sağlamlığını bərpa etmək üçün dəfələrlə müalicə almasına baxmayaraq normal vəziyyətə salmaq qeyri mümkün olmuşdur. Buna görə hesab edir ki, X3 fəaliyyət qabliyyəti olmayan sayılmalıdır. X2 fəaliyyət qabliyyəti olmayan sayılması barədə məhkəməyə müraciət etməkdə məqsədi onun üzərində qəyyum təyin edilməyindən ibarətdir. Ərizəçi məhkəmə iclası zamanı ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Lerik rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasinin üzvu X9 ekspertizanın rəyini əsas götürərək ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X1 onun məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını və işin faktiki hallarını hər tərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 748 saylı rəyindən görünür ki, X8 onda müşahidə olunan ağıl zəifliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil.Dərin əqli gerilik aşkarlanmışdır. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC- tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 24833 nömrəli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X8 xx.xx.2005-ci il tarixdə Ordahal kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçasında qeyd olunan 44 saylı Şəhər polikilinikasinın xx.xx.2023-cu il tarixdə verdiyi çıxarışdan görünür ki, X8 1-ci qrup elildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 748 saylı rəyindən görünür ki, X5 dərin əqli gerilik aşkarlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə xx.xx.2005-ci il ildə anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və şəxs üzərində qəyyum təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmənin qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-111/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-111/2024
23.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver