Məhkəmə qərarları › İş №2(048)-123/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-123/2024

29.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-123/2024 29.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ X7 Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçının İddiaçı, Cavabdeh X2 iştirakları ilə, İddiaçı qızının cavabdehlər Lerik rayon Dövlət Notariat ofisi, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı mirasın qəbul edilməsi və mirasdan pay tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə vəfat etmiş babası X3 23 iyun 2016-cı il tarixli, reyesterdə 7E-13994 № ilə qeydə alınmış Vəsiyyətnamə əsasında ünvan 1 ünvanındakı mirasın vəsiyyətnamə üzrə qəbul edilməsi və həmin əmlak üzərində pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçılar Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5, cavabdeh Lerik rayon Dövlət Notariat Ofisinə qarşı, mirasın qəbul edilməsi və miras əmlakdan qanun üzrə vərəsə payının müəyyən edilməsi tələbinə dair, ərizə ilə məhkəməyə müraciət etmişdirlər.Həmin mübahisələndirilən ünvan 1 ünvanında o, valideynləri və xx.xx.2022-ci il tarixdə vəfat etmiş babası X5 ilə birlikdə yaşamışdır.Həmçinin babası X3 23 iyun 2016-cı il tarixli, Lənkəran rayon 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən reyestrdə 7E-13994 № ilə qeydə alınmış "Vəsiyyətnamə" əsasında həmin ünvan 1 ünvanında qalmış miras əmlakı qəbul etmişdir.Miras əmlak 1986-cı il tarixdə tikilmiş, bir mərtəbəli, ümimi sahəsi 66.7 kv.m. olan yaşayış sahəsi 3 otaqlı mənzildən ibarət olmaqla babası X4 xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********43-05101-093007 olan, xx.xx.2022ci il tarixli çıxarış və invertar nömrəsi 902 saylı, xx.xx.2022-ci il tarixli tekniki pasport ilə qeydiyyata alınmışdır. Bu o deməkdirki, ərizəçilərin, ünvan 1 ünvanındakı miras əmlaka dair mirasın qəbul edilməsi və həmin əmlakdan qanun üzrə vərəsə paylarının müəyyən edilməsi tələbi etdiyi həmin mənzil, həm də mən İddiaçı "Vəsiyyətnamə" əsasında verilən mübahisələndirilən məhkəmə predmetidir. Yəni mən İddiaçı vəsiyyət edilmiş mənzilə, ərizəçilər, mirasın qəbul edilməsi və həmin əmlakdan qanun üzrə vərəsə paylarının müəyyən edilməsi tələbi ilə cavabdeh Lerik rayon Dövlət Notariat Ofisinə qarşı məhkəməyə müraciət etmişdirlər.Bununla da mənə vəsiyyət edilmiş, ünvan 2 ünvanındakı miras əmlaka olan hüquqlarım bilərəkdən qərəzli olaraq ərizəçilər tərəfindən pozulur.Ona görə də cavabdehlərə qarşı mərhum X3 miras qalmış əmlak payının qəbul edilməsinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Lerik rayon Dövlət Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, o, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh5 məhkəmə iclasında izahat verərək qanun üzrə işə baxıb, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclası zamanı miras əmlakının bölünməsinə heç bir etirazı olmadığını bildirərək məhkəmədən bu barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cababdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE ******** saylı arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş ölüm haqqında arayışdan görünür ki, X5 xx.xx.2022ci ildə Essensial (birinci) hipertenziya səbəbindən ölmüşdür. İş materiallarına əlavə edilmiş Lənkaran rayon 1 saylı notariat konturunun notariusu tərəfindən verilmiş 23 iyun 2016-cı il tarixli vəsiyyətnaməyə əsasən X1 şəhəri, H.Aslanov küçəsi, bina 8 ünvanında yerləşən 11 nömrəli mənzili nəvəsi İddiaçı vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh5 Asəf oğlu məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçını və cvabadehlərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133-cü maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, ərizəçinin babası mərhum X1 şəhəri, Həzi Aslanov küçəsi, ev 8, mənzil 11 ünvanında valideynləri və xx.xx.2022-ci il tarixdə vəfat etmiş babası X5 ilə birlikdə yaşamışdır.Ərizəçinin babası xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.Ərizəçinin babası mərhum Nədiş Sadıxov ölməmişdən qabaq mülkiyyətində olan ünvan 1 ünvanında olan mənzili nəvəsi ərizəçi İddiaçı vəsiyyətnamə əsasında bağışlamışdır. Məhkəmə belə hesab edir ki, X3 miras qalmış ünvan 1 ünvanında olan mənzilin ilk növbədə birinci növ vərəsələri mərhumun oğlu və qızları olduğundan məhkəmə belə qənaətə gəlir ki, həmin miras əmlakıbütün növ vərəsələr arasında ədalətli şəkildə bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinin tələbinə görə vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, miras əmlakdan İddiaçı qızının payı müəyyən edilməli, digər vərəsələrin apyı açıq buraxılmalıdr. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməklə X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi mərhum nəvəsi İddiaçı mülkiyətiundə saxlanmaqla, qalan ½ hissəsində mərhumun nəvəsi İddiaçı 1/8 hissədə payı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi mərhum nəvəsi İddiaçı mülkiyətiundə saxlanmaqla, qalan ½ hissəsində mərhumun nəvəsi İddiaçı 1/8 hissədə payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atəbəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar