Məhkəmə qərarları › İş №2(048)-206/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-206/2023

03.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-206/2023 03.04.2023 LERİK RAYON MƏHKƏMƏSİ X52 Qələbvəy oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinın Arxiv arayışının verilməsi üçün əsas olan sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Arxiv arayışının verilməsi üçün əsas olan sənədlərin Ərizəçi məxsus olması və Xanmədov-Mehtiyev İsa-İsabala Oruc oğlunun Ərizəçi ilə eyni şəxs olma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsini müdafiə edib izahatında göstərdi ki, o, xx xxxxxx 1956-cı ildə Lerik rayonunun Əvilə kəndində anadan olmuş və hazırda Lerik rayonunun Əvilə kəndində yaşayır.X15, anası X11 olmuşdur.Ailədə 12 uşaq olmaqla doğum akt qeydlərində onun doğum tarixi 1956-cı təvəlüdlü Ərizəçi, qardaşı 1959-cu il təvəllüdlü X30, bacısı 1961-ci il təvəllüdlü X3 analarının soyadı X1 eyni yəni Xanmədov digər bacı və qardaşlarının soyadı bacısı 1963-cü il təvəllüdlü X20, qardaşı 1965-ci il təvəlledlü X43,qardaşı 1966-cı il təvəlledlü X44, qardaşı1968-ci il təvəlldlü X23, bacısı 1969-cu il təvəlldlü X21, qardaşı 1970-ci il təvəllüdlü X31, bacısı 1972-ci il təvəllüdlü X32, qardaşı 1974-cü il təvəllüdlü X38 qardaşı 1981-ci il təvəllüdlü X2,atası X4 kimi yəni Mehtiyev kimi qeyd edilmişdir. Müxtəlif illərdə 1 may kolxozunda fəhlə sonradan birqadir vəzifələrində işləmişdir.İşlədiyi vaxtlarda soyadı atası X5 kimi qeyd olunmuşdur. Onun soyadının Mehtiyev kimi qeyd edilməsi onun üçün çətinliklər yaradır.Lerik rayon Əvilə kəndində Xanmədov-Mehtiyev İsa-İsabalaOruc oğlu adlı ikinci bir şəxs yoxdur sadəcə onun soyadı atası X5 kimi qeyd edilmişdir.Bunu onunla birlikdə işləmiş həmkəndliləri 1952-ci il təvəllüdlü X17, 1945-ci il təvəlldülü X18 və 1962-ci təvəllüdlü X45 adlı şahidlərdə təsdiq edir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinə uyğun izahat verərək ərizənin təmin olunması barəd qətnamə qəbul edilməsin xahiş etdi. Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə təyin edilmiş mülki iş üzrə məhkəmə iclasına onun iştirakı olmadan keçirilib qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X17 məhkəmə iclasında izahat verərək bildirdi ki, həqiqətəndə Ərizəçi onunla birlikdə “1 may” kolxozunda fəhlə sonradan birqadir vəzifələrində işləmişdir.İşədiyi müddətdə sənədlərdə onun soyadı Mühtiyev adı isə-İsabala Oruc oğlu kimi yəni X9 qeyd olunmuşdur.Əslində isə o, Ərizəçidur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X18 və X45 şahid X17 ilə eyni məzmunlu izahat verdi. Ərizəyə əlavə olunmuş; Lerik rayin İcra Hakimiyyəti başçısının Livədirqə kənd ƏİN-i tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli 439 saylı arayışdan görünür ki, Ərizəçi 09 dekabr 1995-ci il tarixdə vəfat etmiş atası X46, 21 dekabr 2016-cı il tarixdə vəfat etmiş anası X8m vəfat etdikləri vaxta kimi daimi yaşayış yeri Lerik rayonu Əvilə kəndi olmuşdur.X12 və mərhum X7 vəfat etdiyi vaxta qədər ailə tərkibi aşağıdakı kimi olmuşdur. Ərizəçi, X30, X47, X20, X43, X44, X23, X21, X31, X32, X38 və X14 ibarət olmuşdur. Lerik rayin İcra Hakimiyyəti başçısının Livədirqə kənd ƏİN-i tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli 438 saylı arayışdan görünür ki, Ərizəçi ailə tərkibi arvadı X19, qızı X34, oğlu, X50, oğlu X51, oğlu X55, qızı X35, qızı X26, qızı X36, oğlu X27 ibarətdir. Lerik rayon Dövlət Arxivi tərəfindən verilmiş 18 sentyabr 2022-ci il tarixli 81/2 saylı arxiv arayışından görünür ki, Ərizəçi 1977-1994-cü illərdə “1 May” kalxozunda çalışmışdır. Lerik Rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 yanvar 2017-ci il tarixli AZ-İ № 836073 saylı ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, Ərizəçi mərhum anası X11 14 yanvar 2017-ci il tarixdə qocalıq və durğunluq pnev xəstəliyindən vəfat etmişdir. Lerik rayon Livədirqə kən ƏİN-i tərəfindən 16 dekabr 1995-ci il tarixdə verilmiş 16 saylı ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X46 14 dekabr 1995-ci il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin ifadələrini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara təbiq edilməli olan hüquq normaları baxımından qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Ərizəçi xx xxxxxx 1956-ci ildə Lerik rayonunun Əvilə kəndində anadan olmuş və hazırda həmin kəndində yaşayır. Ərizəçi 1977-ci ildən 1994-cü ililin dekabr ayına qədər Lerik rayonundakı keçmiş «1 May» adına kolxozda işləmişdir. İşlədiyi yerlərdə ona əmək fəaliyyəti barədə əmək kitabçası verilməmişdir. İşə qəbul edilərkən və ya işdən azad edilərkən aidiyyatı sənədlərdə, eləcə də arxiv arayışlarında onun adı və soyadı yalnışlıqla X10 qeyd olunmuşdur. Bu hal Livədirqə ƏİN-nin 04 noyabr 2022-cı il tarili 438 və 04 noyabr 2022-ci il tarixli 439 saylı arayışı ilə də təsdiq edilir. Ərizəçi pensiyasının təyini üçün müvafiq sənədləri, o cümlədən Lerik Rayon Dövlət Arxivinin 18 sentyabr 2022-ci il tarixli 81/2 saylı arayışını DSMF-a təqdim etmiş, lakin DSMF-ə təqdim etdiyi arxiv arayışlarına əsasən ona pensiya təyinin mümkünsüz olduğunu bildirməklə ona pensiya təyin edilərkən arxiv arayışında göstərilən illərin iş stajı kimi hesablanmasından imtina edilmiş və həmin arayşların ona məxsus olması faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu»nun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «X13 haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər içtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək ərizəçinin izahatının, şahid ifadələri və işdə olan digər sübutlarla (arxiv arayışı, işləməsi və əmək haqqı alması barədə arayışlar və s.) uyğun gəlməklə bir-birini tamamlamasını nəzərə alaraq təqdim olunmuş sübutları mötəbər hesab edərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməklə, Lerik rayon Dövlət Arxivi tərəfindən verilmiş 28 dekabr 2015-ci il tarixli 846 saylı və 27 iyul 2023-cı il tarixli 364 saylı arayışların Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305-308, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Lerik rayon Dövlət Arxivi tərəfindən verilmiş 18 sentyabr 2022-ci il tarixli 81/2 saylı arayışın Ərizəçi məxsus olması və Xanmədov-Mehtiyev İsa-İsabala Oruc oğlunun Ərizəçi ilə eyni şəxs olma faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atəbəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar