Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-208/2023 06.03.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə Ərizəçi hüquqmüəyyənedici faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Lerik Rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 45 saylı qərarı ilə ərizəçiyə və ailə üzvlərimizə verilmiş JN-0056, KOD 80313038 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq payçılarından 9-cu sırada olan X3 ad soyad və ata adının səhvən yazılması faktının müəyyən edilməsi və həmin şəhadətnamədə torpaq payçılarından 9-cu sırada olan X3 -X1 oxunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 1945-ci ildə Lerik rayon Gürdəsər kəndində doğulmaqla hazıra kimi həmin kənddə yaşayır. Birgə nikahlarından 7 uşağı doğulmuşdur.Lerik Rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 45 saylı qərarı ilə ailə üzvlərinə 2.47 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsini uzun illərdir ki, onun və ailə üzüvlərinin istifadəsində olmaqla kənd təsərrüfatı məhsulları əkib becərirlər. Buna baxmayaraq savadsızlığından həmin akta baxmamışdır. Həmin torpaq aktında torpaq payçılarından oğlu Əkrəm Xosrofovun adı, soyadı və ada adı qeyd olunmamış, əvəzində səhvən qonşusu X4 adı yazılmaqla Əkrəm Xosrofovun adı isə digər torpaq aktında yəni Yavər Ağaraza qızının ailə üzvlərinə verilmiş JN 0055, KOD 80313038 saylı aktında qeyd olunmuşdur.Adı göstərilən Yavər isə hazırda vəfat etmişdir. Hazırda sözügedən torpaq sahəsinə çıxarış almaq istəsələr də torpaq aktında ailə üzvlərinin adı səhv göstərildiyindən bunu etmək mümükün deyildir. Lerik Rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 45 saylı qərarı ilə ailə üzvlərimizə verilmiş JN-0056, KOD 80313038 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə X5 əvəzinə səhvən X3 ad soyad və ata adı qeyd olunduğundan həmin aktla hər hansısa bir iş görə bilmirlər. Həmin şəhadətnaməni digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə təqdim etmiş, lakin ona akta düzəliş edilmək üçün məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Hazirda həmin sənəddə payçıların ad, soyad və ata adları səhv yazıldığından həmin sənədlərlə hər hansı bir iş görə bilmirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılımasını xahiş etdi. Maraqlı şəxs1 oğlu məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, X7 onun anasıdır.Anası xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.Anasının adı həqiqətəndə ərizəçi və onun ailə üzüvlərinə verilmiş torpaq aktında səhvən qeyd edilmiş digər tərəfdəndə onlara verilmiş torpağ aktıında həmçinində ərizəçinin oğlunun adı səhvən qeyd edilmişdir ona görədə göstərilən yalnışdığın aradan qaldırılmasına heç bir etirazı yoxdur. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş; Azərbaycan Respublikası Lerik Rayon İcra Hakimiyyəti Başçısının Əliabad kənd ƏİN-i tərəfindən verilmiş 25 yanvar 2023-cü il tarixli 5-65-19/2-75/2023 saylı arayışdan görünür ki, Ərizəçi Lerik rayon Aqrar islahat komisiyası tərəfindən verilmiş Gürdəsər kəndində JN-0056, KOD 80313038 saylı Dövlət Aktında (Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə)göstərilən X2 adı yalnışdır.Ərazidə bu adda şəxs başqa təsərrüfatda mövcuddur.Həmin şəxs xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.Həmin şəxsin yerinə ərizəçinin oğlunun yəni X8 yazılmalıdır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında işin araşdırması halları ilə müəyyən olunmuşdur ki, Ərizəçi və ailə üzüvlərinə 11 noyabr 1998-ci il tarixli 45 saylı qərarı ilə JN-0056, KOD 80313038 saylı Mülkiyyət hüququna dair Dövlət aktında ərizəçinin oğlunun soyadı səhv qeyd olunduğundan ərizəçinin gələcəkdə bir çox problemlrələ üzləşməsinə gətirib çəxaracağı müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin: 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə məhkəmə iş üzrə toplanmış sübütların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə Lerik Rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 45 saylı qərarı ilə ərizəçiyə və ailə üzvlərimizə verilmiş JN-0056, KOD 80313038 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq payçılarından 9-cu sırada olan X3 ad soyad və ata adının səhvən yazılması faktının müəyyən edilməli və həmin şəhadətnamədə torpaq payçılarından 9-cu sırada olan X7 -X1 oxunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Lerik Rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 45 saylı qərarı ilə ərizəçiyə və ailə üzvlərimizə verilmiş JN-0056, KOD 80313038 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq payçılarından 9-cu sırada olan X3 ad soyad və ata adının səhvən yazılması faktı müəyyən edilsin və həmin şəhadətnamədə torpaq payçılarından 9-cu sırada olan X7 -X1 oxunsun. Məhkəmənin qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən Dövlət aktında düzəliş edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-208/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-208/2023
06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver