Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-240/2025 04.04.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elburus oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi Cəlal oğlunun, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmə mübahisələri iş üzrə mərkəzi filialın mütəxəssisi Nümayəndə iştirakı ilə, Ərizəçi Cəlal oğlunun “sənədin şəxsə aid olması” faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Lerik Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Cəlal oğlu ərizə ilə məhkəməyə müraciət edərək Lerik rayon Dövlət Arxivi tərəfindən Ərizəçi (Eyvaz) Cəlal oğlu adına verilmiş xx.xx.2024-cü il tarixli 3-48-32/2- 24/2024 saylı arayışın ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Cəlal oğlu ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1959-cu ildə anadan olmuş və Ərizəçi Cəlal oğlu kimi qeydə alınmışdır. 1976- cı ildən 1986-cı ilə kimi Lerik rayonun Şəfəq kalxozunda kalxozçu kimi əmək fəaliyyətim olub. Həmin əmək fəaliyyətimə aid əmək kitabçam olmamışdşır. El içində Əvəz yox Eyvaz kimi tanınmış və Kalxoz sənədlərində adı X4 yazılmışdır.Lerik rayon Dövlət arxivi tərəfindən ona verilmiş 1976-1986-cı illər üzrə əmək haqqı almasına dair xx.xx.2024 cü il tarixli 3-48-32/2-24/2024 nömrəli verilən arxiv arayışında adı X4 yazılmışdır. Amma şəxsiyyət vəsiqəsində və digər sənədlərdə adı Ərizəçi Cəlal oğlu kimi qeyd olunmuşdur. Hal-hazırda pensiyaya çıxmışdır. Kalxozda işlədiyi İllərdə sənədlərdə adı Paşayev Eyvaz getdiyi üçün həmin illər əmək stajına daxil edilmir. Ərizəçi qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Daha sonra Ərizəçi Cəlal oğlu ərizə ilə məhkəməyə müraciət edərək maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filial kimi qeyd edilməsini xahiş etmişdir. Ərizəçi Cəlal oğlu məhkəmə iclası zamanı ərizəsinə uyğun izahat verərək məhkəməmədən ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmə mübahisələri iş üzrə mərkəzi filialın mütəxəssisi Nümayəndə məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, ərizəçı Ərizəçi Cəlal oğlu ərizə ilə Lerik Rayon Məhkəməsinə muraciet edarak Lerik rayon Dövlət Arxivinin 14 03 2024-cu il tarixli 3-48-32/2-24/2024 nömrəli arxiv arayışının Ərizəçi Cəlal oğluna məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.Ərizəçı ərizəsində qeyd etmişdir kı, ona yaşa görə əmək pensiyası təyin edilərkən Lerik rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-32/2-24/2024 nömrəli arxiv arayışında onum adının fərqli qeyd olunması səbəb ilə həmin dövr ərizəçinin sosial sığorta stajına daxi edilməmişdir.Belə ki, ərizəçiyə məxsus olduğu iddia edilən arxiv arayışında adının Ərizəçi Cəlal oğlu deyil X4 qeya edilmışdır.Buna görədə 2(048)-240/2025 nömrəli iş üzrə ərizə əsassızdır ve təmin olunmamalıdır Məhkəmə iclasında şahid qismində iştirak edən X9 izahat verərək bildirmişdir ki, ərizəçi onun qardaşıdır.O, 1974-1994-cü il tarixlərində Şəfəq kolxozunda işləmişdir.Kiçik qardaşı yəni Ərizəçi Cəlal oğlu orta məktəbi bitirdikdən sonra onunla birlikdə Şəfəq kolxozunda işləmiş,1978-1980-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdığdan sonra yenidən onunla Şəfəq kolxozunda işləmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Əvəz onun qonşusudur.O, bildirmişdir ki, 1964-cü il tarixdən 1997-ci il tarixədək yəni 33 il Şəfəq Kolxozunda müxtəlif vəzəifələdrdə çalışmışdır. Qonşusu Ərizəçi Cəlal oğlu onunla birlikdə Şəfəq Kolxozunda bir yerdə işləmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 Əliheydər Veysəl oğlu ilə eyni məzmunlu izahat verdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Lerik rayon İcra Hakimiyyəti Başçısının Tülüconu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 avqust 2024-cü il tarixli 5-65-38/2-94/2024 saylı arayışdan görünüki Kaqoy kənd sakini Ərizəçi Cəlal oğlu el arasında Eyvaz kimidə tanınmışdır.Lakin Tülüconu kənd ərazi icra nümayəndəliyinin təsərrüfatbaşına uçot kitablarında və digər rəsmi sənədlərində Əvəz kimi yazılmışdır.X8 adında ərazidə vətandaş yoxdur və yaşamamışdır.Kolxoz sənədlərində və arxiv arayışlarında qeyd olunan X8 adlı şəxs elə Ərizəçi Cəlal oğlunun özüdür. İş materiallarına əlavə edilmiş Lerik Rayon Dövlət Arxivi tərəfindən 14 mart 2024-cü il tarixli 3-48-32/2-24-2024 saylı arxiv arayışından görünür ki, Paşayev Eyvaz-Əvəz ondan ötrü ki, Şəfəq kolxozunda 1976-cı il tarixdə 12 əmək günü, 8 adam günü, 1977-ci il tarixdə 48 əmək günü, 30 adam günü, 1978-ci il tarixdə 10 əmək günü, 17 adam günü, 1980-cı il tarixdə 60 əmək günü, 82 adam günü, 1981-ci il tarixdə 109 əmək günü, 63 adam günü, 1982-ci il tarixdə 63 əmək günü, 78 adam günü, 1983-cü il tarixdə 51 əmək günü, 35 adam günü, 1985-ci il tarixdə 14 əmək günü, 5 adam günü və 1986-cı il tarixdə 5 əmək günü, 6 adam günü təşkil edir. Kolxozda minimum əmək günü norması çətin iqlim şəraiti nəzərə alınaraq kişilkər üçün 90 qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Dövlət Arxivi tərəfindən 07 fevral 2025-ci il tarixli 3-48-32/2-29-2024 saylı arxiv arayışından görünür ki, Şəfəq kolxozunda arxivdə qorunub saxlanılan əmək haqqı kitablarında Ərizəçi Cəlal oğlunun adı Paşayev Eyvaz kimi yazılmışdır. Lerik rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli qərarı ilə Şəfəq kolxozunun fəaliyyətinə xitam verildiyindən hal-hazırda vətəndaşın adının Ərizəçi Cəlal oğlu yazılması mümkün deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmə mübahisələri iş üzrə mərkəzi filialı tərəfindən 06 fevral 2025-ci il tarixli 3-17-1/2-27022/2025 saylı etirazından görünür ki, Ərizəçi Cəlal oğlunun maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı cəlb edilməklə “hüquq müəyyənedici sənədin şəxsə maxsus olması” na dair 2(048)-240/2025 nömrəli iş üzrə ərizənin təmin edilməməsi barədə qətnamə qabul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsi tərəfindən verilmiş 610351 nömrəli Pensiyaçının uçot vərəqəsindən görünür ki, X9 1969-1996-ci il tarixlərdə Şəfəq kolxozunda işləməsi müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Lerik rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-48-32/2-24/2024 saylı arayışın Ərizəçi Cəlal oğluna məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, bu fakt ərizəçinin izahatı, şahidlər və işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarinın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.3-cü bəndinə əsasən Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Lerik rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-48-32/2-24/2024 saylı arayışın Ərizəçi Cəlal oğluna məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı, və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbayçan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Lerik rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-48-32/2-24/2024 saylı arayışın Ərizəçi Cəlal oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №2(048)-240/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-240/2025
04.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver