Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-30/2024 18.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs DSMF-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi iş stajı faktının müəyyən edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 0* iyun *995-ci ildən 0* yanvar 20*2ci il tarixədək yatağ xəstəsi mərhum atası X4 qulluq etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx *956-ci ildə Lerik rayonun Çayrud kəndində anadan olmuşdur.Hal-hazırda Lerik rayon Çayrud kəndində yaşayır. 0* iyun *995-ci ildən 0* yanvar 20*2-ci ilədək yatağ xəstəsi mərhum atası X8 onun himayəsində olmuş, ona baxaraq qulluq və xidmət etmişdir. Mərhum atası X8 0* yanvar 20*2-ci il tarixində beyinə qansızma nəticəsində vəfat etmişdir. Mərhum atası X8 onun himayəsində olmuş, ona baxaraq qulluq və xidmət etdiyi üçün, 0* iyun *995-ci il tarixindən məcbur olaraq İşdən çıxmış, atası yatağ xəstəsi olduğundan bir daha işləmək imkanı olmamışdır.Bu faktı həmkəndliləri X5, X*0 vəƏzizova Gülüstan Məzahir qızıda təsdiq edə bilər.Maraqlı şəxsna müraciət etsə də onlar iş stajının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olduğunu bildirmişdir.DSMF PHŞ-nin * saylı X2 tərəfindən hüquları kobud şəkildə pozulduğundan məhkəməyə müraciərt etmək məcburiətində qalmışdır.Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edib məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs DSMF-nin etibarnamə üzrə nümayəndəsi Maraqlı şəxs DSMF-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı ərizəni qəbul etməyərək bildirdi ki, Çayrud kənd ərazi inca nümayəndəliyi tərəfindən akt tərtib olunarkən Maraqlı şəxs DSMF rayon şöbəsindən heç bir nümayəndə dəvət olunmamışdır.Ona görədə ərizənin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 04 may 2023-cü il tarixli Çayrud kənd ərazi inca nümayəndəliyi tərəfindən tərtib olunmuş aktdan görünür ki, Çayrud kənd sakini Ərizəçi 0*.0*.20*2-il tarixdə vəfat etmiş atası X8 ilə birgə yaşamış və ona qulluq etmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X8 0*.0*.20*2-ci il tarixdə Beynə qansızma nəticəsində vəfat etmişdir. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Ərizəçi xx xxx *956-ci ildə Lerik rayonun Çayrud kəndində anadan olmuşdur.Ərizəçinin 0* iyun *995-ci ildən 0* yanvar 20*2-ci ilədək yatağ xəstəsi mərhum atası X4 qulluq etmişdir.Ərizəçi qulluq faktının müəyyən olunması ilə bağlı Maraqlı şəxsna müraciət etsə ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.Məhkəmə belə hesab edir ki, ərizəçinin qulluq faktına görə ərizəsi təmin olunmammalıdır.Belə ki o, mərhum atası X4 qulluq etməsini bildirsədə bu barədə məhkəməyə kifayət qədər əsalı sübut təqdim edə bilməmişdir.Ona görədə ərizəçinin ərizəsi təmin oluna bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu»nun *.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məhkəmə digər tərəfdən hesab edir ki, akt tərtib olunarkən maraqlı şəxs qismində DSMF-nin nümayəndəsi akt tərtib olunan yerə yəni Lerik rayon çayrud kəndinə dəvət olunmamışdır.Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi mərhum atası X6 qulluq etməsi üçün tərtib olunmuş aktda maraqlı şəxs qismində DSMF-nin nümayəndəsinin iştirakı mütləq zəruri olmuşdur. «X3 haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.*-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 305.*.*-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.*-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlir ki, Ərizəçi 0* iyun *995-ci ildən 0* yanvar 20*2-ci il tarixədək yatağ xəstəsi mərhum atası X4 qulluq etməsi faktının müəyyən edilməsi tələbi əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 305-308, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilməsin. Ərizəçi 0* iyun *995-ci ildən 0* yanvar 20*2-ci il tarixədək yatağ xəstəsi mərhum atası X4 qulluq etməsi faktının müəyyən edilməsi tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-30/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-30/2024
18.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver