Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-315/2023 04.05.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi , Maraqlı şəxs1 rəisi X4 iştirakları ilə, Ərizəçi 04 sentyabr 1968-ci il tarixli 37 saylı doğum akt qeydinin müəyyən edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs1ndə açılmış 04 sentyabr 1968-ci il tarixli 37 saylı doğum akt qeydinin ona yəni Ərizəçi məxsus olması və Ərizəçi yeni FİN kodu olan doğum haqqında şəhadətnamə verilməsi və qətnamənin icrasını Qeydiyyat Şöbəsinə və Maraqlı şəxs2-nin Qeydiyyat və X7 həvalə edilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsini onunla əsaslandırmışdır ki, o, 01 sentyabr 1968-ci il tarixində Lerik rayonu Xəlfəkücə kəndində anadan olmuşdur.Hazırda Lerik rayonu Soru kəndində yaşayır. Onun barəsində Lerik rayonu Qeydiyyat Şöbəsində 04 sentyabr 1968-ci il tarixində 37 saylı doğum akt qeydi açılaraq ona AZ ******* nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Sonradan həmin doğum haqqında şəhdətnaməyə əsasən ona 05 iyul 1986-cı il tarixində XVİİİ-JQ 510506 nömrəli sovet pasportu verilmişdir.Maddi imkanlarıvə savadsız olduğu üçün doğulduğu vaxtdan hal-hazıradık Lerik rayon Xəlfəkücə kəndində yaşasa da Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini ala bilməmişdir. Bu barədə Maraqlı şəxs2-nə müraciət etsə də orda ona bildirilmişdir ki, Lerik Rayon Qeydiyyta Şöbəsi tərəfindən verilmiş, AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin FİN kodu olmadığından Maraqlı şəxs1ndən yeni doğum haqında şəhadətnamə alaraq yenidən müraciət etməsi ona bildirilmişdir.Bu barədə Maraqlı şəxs1nə müraciət etsədə ona barəsində açılmış 04 sentyabr 1968-ci il tarixində 37 saylı doğum akt qeyedinin ona məxsus olmsı məhkəmə qaydasında təsdiq olmasının zəruri olması bildirilmişdir.Ona görədə ərizəçi məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasınıxahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verərək bildirdi ki, 04 sentyabr 1968-ci il tarixli AZ ******* nomrəli Lerik raynu Blaband kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamə həqiqətəndə Ərizəçi məxsusdur. Maraqlı şəxs1 rəisi X8 Ərizəçi 04 sentyabr 1968-ci il tarixli 37 saylı doğum akt qeydinin müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin olunmasına etirazlarının olmadığını bildirərək, məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etdi. Maraqlı şəxs2-nin Qeydiyyat və X6 nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş keçmiş sovet respublikası tərəfindən verilmiş pasportdan görünür ki Ərizəçi 01 sentyabr 1968-ci il tarixdə Lerik rayonu Xəlifəkücə kəndində andan olmuşdur. İş materiallarına əlavə edilmiş, Lerk rayon İcara hakimiyyəti başçısının Blaband kənd ƏİNi 03 mart 2023-cü il tarixli 5-65-14/2-175/2023 saylı şəkilli arayışından görünür ki,Hüseynova X1 daimi qetdiyyatda olmaqla orda yaşayır. Ərizəçi savadsızlığı ucbatından 510506 nömrəli sovet pasport ilə qalmış, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini əldə etməmişdir. İş materiallarına əlavə edilmiş, Lerk rayon İcara hakimiyyəti başçısının Blaband kənd ƏİNi 03 mart 2023-cü il tarixli 5-65-14/2-174/2023 saylı şəkilli arayışından görünür ki,Ərizəçi ailə tərkibi qardaşı X2 ibarətdir. İş materiallarına əlavə edilmiş, 04 sentyabr 1968-ci il tarixli AZ ******* nomrəli Lerik raynu Blaband kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 01 sentyabr 1968-ci il tarixdə Lerik rayonu Xəlifəkücə kəndində andan olmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi 01 sentyabr 1968-ci il tarixdə Lerik rayonu Xəlifəkücə kəndində andan olmuşdur.Ərizəçi anadan olduğdan sonra Lerik raynu Blaband kənd soveti tərəfindən 04 sentyabr 1968-ci il tarixli AZ ******* nomrəli doğum haqqında şəhadətnaməsi verilmişdir.Sonradan Ərizəçi yetkinlik yaşına çatdığdan sonra ərizəçiyə həmin doğum haqqında şəhadətnaməyə əsasən 05 iyul 1986-cı il tarixində XVİİİ- JQ 510506 nömrəli sovet pasportu verilmişdir.Ərizəçi savadsız olduğundan özü üçün Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almamışdır.Ərizəşi bu barədə Maraqlı şəxs2-nin Pasport xitdmətinə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin verilməsi üçün müraciət etsədə ərizəçiyə Lerik raynu Blaband kənd soveti tərəfindən 04 sentyabr 1968-ci il tarixli AZ ******* nomrəli doğum haqqında şəhadətnaməsinin FİN kodu olmadığı üçün Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmamışdır.Ərizəçi bu barədə Maraqlı şəxs1nə müraciət etsədə ərizəçiyə Lerik raynu Blaband kənd soveti tərəfindən verilmiş 04 sentyabr 1968-ci il tarixli AZ ******* nomrəli doğum haqqında şəhadətnaməsinin məhkəmə qaydasında ərizəçiyə məxsus olması öz əksini tapmalıdır. Məhkəmə bütün iş materiallarında olan sənədlərə və sovet respublikası tərəfindən verilmiş şəhadətnaməyə və pasporta araşdıraraq belə qənaətə gəlir ki, həmin sənədlər ərizəçiyə məxsusdur və sənədlərdə aparılmış qeyidlər də ərizəçiyə aiddir.Digər tərəfdən də ərizəçinin Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin olmaması ərizəçinin idarə, müəssisə, səhiyə, poçt və bank xidmətinə müraciətini məhdudlaşdırmışdır.Ona görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə Lerik raynu Blaband kənd soveti tərəfindən açılmış 04 sentyabr 1968-ci il tarixli 37 saylı doğum akt qeydinin Ərizəçi məxsus olması faktı müəyyən edilməli, Ərizəçi yeni FİN kodu olan doğum haqqında şəhadətnamə verilməli, Qətnamənin icrasını Maraqlı şəxs1nə və Maraqlı şəxs2-nin Qeydiyyat və X7 həvalə edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Lerik raynu Blaband kənd soveti tərəfindən açılmış 04 sentyabr 1968-ci il tarixli 37 saylı doğum akt qeydinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ərizəçi yeni FİN kodu olan doğum haqqında şəhadətnamə verilsin Qətnamənin icrasını Maraqlı şəxs1nə və Maraqlı şəxs2-nin Qeydiyyat və X7 həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-315/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-315/2023
04.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver