Məhkəmə qərarları › İş №2(048)-51/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-51/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-51/2024 11.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, MSİ MODERN 14 B11 MO KOMPUTER üçün 1253.16 (bir min iki yüz əlli üç mnat on altı qəpikik) ödənilməmiş hissə, 277.34 (iki yüz yetmiş yeddi manat otuz dörd qəpik) manat dəbbə pulu; xx.xx.2022-ci il tarixdli müqaviləsinə əsasən, APPLE WATCH 7 saat üçün 1167 (bir min yüz altmış yeddi) manat ödənilməmiş hissə, 353 (üç yüz əlli üç) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, HP PAVİLİON KOMPUTER üçün qiymət 1084.9 (bir min saksan dörd manat doxsan qəpikik) manat ödənilməmiş hissə, 249.6 (iki yüz qırx doqquz manat altmış qapik) manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED TV üçün 761.2 (yeddi yüz altmış bir manat iyirmi qəpikik) manat ödənilməmiş hissə, 232.8 (iki yüz otuz iki manat səksən qəpikik) manat dəbbə pulu olmaqla cəmi ümumilikdə 5379 manat borc və 73.79 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə, Cavabdeh arasında Cavabdeh, "ABC TELECOM MMC xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, MSİ MODERN 14 B11MO KOMPUTER, APPLE WATCH 7 saat, HP PAVİLİON KOMPUTER, SAMSUNG LED TV almış nəticədə 5379 (beş min üç yüz yetmiş doqquz) manat borcu yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1602.96 (bir min altı yüz iki manat doxsan altı qəpik) manat (24 ay x 66.79 manat + 0 manat ilkin ödəniş) MSİ MODERN 14 B11MO KOMPUTER üçün ümumilikdə, 1530.5 (bir min beş yüz otuz manat əlli qəpik) manat olmaqla ondan, 1253.16 (bir min iki yüz əlli üç manat on altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 277.34 (iki yüz yetmiş yeddi manat otuz dörd qəpik) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı 1284 (bir min iki yüz səksən dörd) manat (12 ay x 107 manat + 0 manat kin ödəniş) APPLE WATCH 7 saat üçün ümumilikdə 1520 (bir min beş yüz iyirmi manat olmaqla ondan, 1167 (bir min yüz altımış yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 353 (üç yüz əlli üç) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixlii müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1552.8 (bir min beş yüz əlli iki manat səksən qəpik) manat (24 ay x 64.7 manat 0 manat ilkin ödəniş) HP PAVİLİON KOMPUTER üçün ümumilikdə, 1334.5 (bir min üç yüz otuz dörd manat əlli qəpik) manat olmaqla ondan, 1084.9 (bir min səksən dörd manat doxsan qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 249.6 (iki yüz qırx doqquz manat altmış qəpik) manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1756.8 (bir min yeddi yüz əlli altı manat səksən qəpik) manat (18 ay x97.6 manat + 0 manat ilkin ödəniş) SAMSUNG LED TVüçün ümumilikdə 994 (doqquz yüz doxsan dörd) manat olmaqla ondan, 761.2 (yeddi yüz altmış bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 232.8 (iki yüz otuz iki manat səksən qəpik) manat dəbbə pulu olmaqla cəmi ümumilikdə 5379 manat borc pul və 73.79 manat dövlət rüsumu təşkil edir. Cavabdehin comi ödədiyi məbləğ 1930.3 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci iİ, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli Müqavilənin ayrilmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı "xxxx" MMC-nin iş materiallarını və işin faktiki hallarını hər tərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi Cavabdeh iddiaçı "xxxx" MMC qarşısında üzərinə götürdüyü öhdəliyi vicdanlılığın tələb etdiyi tərzdə, yəni işgüzar adətlər üzrə şərtləşdirilmiş vaxtda lazımi şəkildə icra etməyərək nisyə aldığı əşyaların pulunu razılaşdıqları vaxtda iddiaçıya ödəməmişdir. Məhkəm cavabdehin heç bir yerdə işləmədiyini nəzərə alaraq ondan tələb olunan dəbbə pulunun 10 faiz həddinədək azaldılmasını məqsədəmüvafiq hesab edir. Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, MSİ MODERN 14 B11 MO KOMPUTER üçün 1253.16 (bir min iki yüz əlli üç mnat on altı qəpikik) ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, APPLE WATCH 7 saat üçün 1167 (bir min yüz altmış yeddi) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, HP PAVİLİON KOMPUTER üçün 1084.9 (bir min saksan dörd manat doxsan qəpikik) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED TV üçün 761.2 (yeddi yüz altmış bir manat iyirmi qəpikik) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat dəbbə pulu olmaqla cəmi ümumilikdə 4375.26 (dörd min üç yüz yetmiş beş manat iyirmi altı qəpik manat borc və 73.79 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, MSİ MODERN 14 B11 MO KOMPUTER üçün 1253.16 (bir min iki yüz əlli üç mnat on altı qəpik ) ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, APPLE WATCH 7 saat üçün 1167 (bir min yüz altmış yeddi) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, HP PAVİLİON KOMPUTER üçün 1084.9 (bir min saksan dörd manat doxsan qəpik) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED TV üçün 761.2 (yeddi yüz altmış bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat dəbbə pulu olmaqla cəmi ümumilikdə 4375.26 (dörd min üç yüz yetmiş beş manat iyirmi altı qəpik) manat borc və 73.79 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 11 yanvar 2024-ciil № 2(048)-51/2024 "xxxx" MMC-yə (Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 A) Surəti: Cavabdeh (Lerik rayonu Çayrud kəndi ) Lerik Rayon Məhkəməsinin 11 yanvar 2024-cu il tarixli 2 (048)-51/2024 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə hər bir ünvana. Hakim:Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar