Məhkəmə qərarları › İş №2(048)-531/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-531/2023

04.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-531/2023 04.09.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və Maraqlı şəxs Lənkəran rayon 1 saylı Dövlət Notariat ofisinə qarşı vəsiyyətnamənin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı iddia ərizəsi ilə müraciət edərək 23 iyun 2016-cı il tarixdə Lənkəran rayon 1 saylı Dövlət Notariat Öfisində tərtib verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı, iddiasın onunla əsaslandırmışdır ki, valideynləri el adəti ilə evlənmiş, faktiki nikahlarından 1952-ci il təvəlüdlü X4, 1955-ci il təvəlüdlü X11, 1958-ci il təvəlüdlü X14, 1961-ci il təvəllüdlü X6, 1966-cı il təvəllüdlü İddiaçı,1964-cı il təvəllüdlü X7 və 1968-ci il təvəllüdlü X8 adlı 7 övladları dünyaya gəlmişdir. 2005-ci ildə anası X9, 2022ci ildə atası X16 vəfat etmişlər. Valideynəri vəfat edəndən sonra bütün miras əmlakı qəbul edərək, təsərrüfatı o, idarə etmişdir. Belə ki, mərhum atası X12 məxsus ünvan 1 ünvanında RX ******* saylı çıxarışla 3 otaqlı fərdi yaşayış evi onun mülkiyyətinə verilmişdir.Valideynləri vəfat edənə qədər elektrik və qaz enerjisi pulunu özləri ödəmiş, onlar vəfat edəndən sonra hazırkı vaxta qədər Lerik şəhər H.Aslanov Ev 8 manzi 11 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinde ailəsi ilə birlikdə yaşamaqla elektrik, su ve qaz komunal pullarını o, ödəyir. Buna görə də o, bacı və qardaşları mərhum valideynlərinin birinci növbədə olan vərəsələridir. O, mərhumun qanun üzrə vərəsəsi kimi miras əmlakı qəbul edərək mübahisəsiz qaydada idarə edir.Miras əmlakın bölgüsü ilə əlaqədar bacı və qardaşları ilə, onun arasında heç bir mübahisə yoxdur. Məhkəməyə müraciət edərək mərhum valideynləri X16 və X2 miras qalmış Lerik şəhər H.Aslanov Ev 8 menzi 11 ünvanında RX ******* saylı çıxarışla ailəsinin mülkiyətinə verilmiş 3 otaqlı fərdi yaşayış evini miras Əmlak kimi onun tərəfimdən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Lerik rayon məhkəməsinin müvafiq qətnaməsi ilə ərizəsi təmin olunmuş, Lerik rayon Dövlət Notariat ofisi qətnaməni icra edərək ona vərəsəlik şəhadətnaməsi vermişdir. Qətnaməni icra edərkən ona məlum olmuşdur ki, mərhum atası X16 onların həmin evdə yaşamasına baxmayaraq 23 iyun 2016-cı il tarixində Lənkəran rayon 1 saylı Dövlət Notariat ofisində vəsiyyətnamə verərək Lerik şəhər H.Aslanov Ev 8 mənzi 11 ünvanında RX ******* saylı çıxarışla ailəsinin mülkiyətinə verilmiş 3 otaqlı fərdi yaşayış evini Cavabdeh bağışlamışdır.Bu hadisədən nə özünün nədəki bacı və qardaşlarının heç birinin xəbəri olmamışdır.Hesab edir ki, cavabdeh hiyləgərlik və hədə-qorxu vasitəsi ilə babasına təsir göstərərək buna nail olmuşdur.Bütün bunları nəzərə alaraq məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı məhkəmə iclasında çıxış edərək,iddianı müdafiə edib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələblərini qəbul etməyərək məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, iddiaçıların əqdin etibrsız hesab edilməsi barədə iddası əsassızdır. İddiaçının söylədikləri yalandır.O, babası Nədişə heç bir təsir göstərməmişdir.Babası sağ ikən öz razılığı ilə Lənkəran rayon Notariat kontorunda sözü gedən evi ona bağışlamışdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Maraqlı şəxs Lənkəran rayon 1 saylı Dövlət Notariat ofisin notariusu Səfər İsmayılov məhkəməyə ərizə ilə müraciət edərək bildirdi ki, xx.xx.2016-cı il tarixdə 2V-01- 256 №-li reyesterlə təsdiq edilmiş və Lerik rayonu, Lerik qəsəbəsi, H.Aslanov küçəsi, ev № 8-də yaşayan X16 tərəfindən nəvəsi-Cavabdeh Lerik rayon Lerik qəsəbəsi, H.Aslanov küçəsi, ev № 8-də yerləşən 11 №-li mənzili vəsiyyət etmişdir.Vəsiyyətnamə tərtib edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-1178 və 1193-cü maddələrinin məzmunu vəsiyyət edən şəxsə izah edilmiş, şahidlərin iştirakı təmin edilmiş, onların şəxsiyyətləri müəyyən edilmiş və fəaliyyət qabiliyyətləri yoxlanılmışdır.Bütün bunları nəzərə alaraq məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında izahat verərək bildirdi ki, 23 iyun 2016-cı il tarixdə o, mərhum X16 ilə birlikdə Lənkəran şəhərinə getmiş orda mərhum Nədiş öz evini nəvəsi Cavabdeh vəsiyətnamə əsasında verdiyini ona bildirmiş və vəsiyyətnaməyə qol çəkməsini ondan xahiş etmişdir. Məmişov X5 şəhəri 1 saylı Dövlət Notariat ofisində tərtib edilmiş vəsiyyətnaməyə qol çəkmişdir.Vəsiyyətnamə notariusda tərtib olunarkən mərhum X12 heç bir təziq göstərilməmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, İddiaçı vəsiyyətnamənin ləğv edilməsi tələbi barədə iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan Maraqlı şəxs xüsusi notariusu tərəfindən təsdiq olunmuş 23 iyun 2016-cı il tarixli 7E- 13994 nömrəli vəsiyyətnamənin sürətindən görünür ki, X3 gedən yaşayış sahəsini notariat kontorunda Cavabdeh bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə tərtib edilmiş reyester №-si **********43-05101-093007 saylı texniki pasportun sürətindən görünür ki ünvan 5 ünvanında yerləşən mənzilin sahibi X13r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3-cü maddəsinə əsasən Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-ci maddəsinə əsasən Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Prosessual Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225-ci maddəsinə əsasən vəsiyyətnamə aşağıdakı hallarda etibarsız saylır: Həmin məcəllənin1225.1-ci maddəsinə əsasən Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Həmin məcəllənin 1225.2-ci maddəsinə əsasən Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Həmin məcəllənin 1225.3-cü maddəsinə əsasən Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında işin araşdırması halları ilə müəyyən olunmuşdur ki, mübahisə predmeti olan ev mərhum X12 məxsus olmuşdur.Sözü gedən evi mərhum X1 nəvəsi Cavabdeh 23 iyun 2016-cı il tarixli 7E-13994 nömrəli vəsiyyətnamə əsasında mülkiyyətində olan Lerik rayon Lerik qəsəbəsi, H.Aslanov küçəsi, ev № 8-də yerləşən 11 №-li mənzili bağışlamışdır. X10 nəvəsi Cavabdeh Lerik rayon Lerik qəsəbəsi, H.Aslanov küçəsi, ev № 8-də yerləşən 11 №-li mənzili vəsiyyət etməklə öz iradəsini nümayiş etdirmişdir.Həmin müqavilə Maraqlı şəxs xüsusi notariusu tərəfindən təsdiq olunmuşdur.Məhkəmə iş materiallarında olan vəiyyətnamənin tam olaraq qanuna müfafiq tərtib olunduğunu bildirərək, vəsiyyətnamənin ləğv olunması tələbinin əsassız olduğunu hesab edir. Məhkəmə iclasında İddiaçı Cavabdeh mərhum atası X12 zor tətbiq edilməklə əqdin bağlanmasına nail olunduğu qeyd etsədə iddiaçı bu barədə məhkəməyə heç bir subut təqdim edə bilməmişdir. Digər tərəfdən şahid qismində dindirilmiş Şahid izahatından da aydın olur ki, vəsiyyətnamə tərtib olunarkən Cavabdeh və başqa şəxslər tərəfindən mərhum X12 heç bir təzyiq göstərilməmişdir. İş üzrə toplanmış sübutların məcmusunu qiymət verməklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh və maraqlı şəxs Lənkəran rayon 1 saylı Dövlət Notariat ofisinə qarşı vəsiyyətnamənin ləğv edilməsinə tələbinə dair iddiası əsassız hesab edilməlidir. İddiaçı tərəfində ödənilmiş dövlət rüsusmu özünə aid edilməlidir. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı 23 iyun 2016-cı il tarixdə Lənkəran rayon 1 saylı Dövlət Notariat Öfisində tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfində ödənilmiş dövlət rüsusmu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 07 sentyabr 2023-ci il № 2 (048)-531/2023 İddiaçı (Lerik şəhəri H.Aslanov küç., ev 8 m., 11) Surəti: Cavabdeh (Lerik şəhəri H.Aslanov küç., ev 8 m., 11) Surəti: Lənkəran rayon 1 saylı Dövlət Notariat Öfisin Lənkaran şəhəri Lerik Rayon Məhkəməsinin 04 sentyabr 2023-ci il tarixli 2 (048)-531/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 05 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar