Məhkəmə qərarları › İş №2(048)-568/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-568/2025

23.05.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-568/2025 23.05.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Lerik Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Lənkaran 1 saylı Mediasiya təşkilatında bağlanmış 04 noyabr 2024–cü il tarixli, MŞL/MT014/2024- 01549 nömrəli barışıq sazişinə əsasən Maraqlı şəxs 10 yanvar 2008-ci il təvəlüdlü X2 və 01 oktyabr 2010-cu il təvəlüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 04 noyabr 2024-cü il tarixdən başlayaraq hər ay bir uşağa görə 150 manat cəmi 300 manat sabit pul məbləğində alimenti onun xeyrinə verilməsi şərtləri əsasında təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə, xx.xx.2006-ci il tarixində nikahımızı rəsmiləşdirməklə evlənmiş, birgə nikahlarından 10 yanvar 2008-ci il təvəlüdlü X2 və 01 oktyabr 2010-cu il təvəlüdlü X4 adlı iki uşaqları doğulmuşdur. Maraqlı şəxs onunla yola getmədiyindən ona qarşı nikahın pozulması və aliment tələbi irəli sürməsinə zərurət yaranmış, nikahları Lerik rayon məhkəməsinin qətnaməsi ilə pozulmuşdur.Məhkəməyə hazırlıq üçün ilkin olaraq Lənkəran 1 saylı Mediasiya təşkilatına müraciət etmiş, X1 mediatorluğu ilə keçirilmiş mediasiya sessiyasında bağlanmış 04 noyabr 2024–cü il tarixli, MŞL/MT014/2024-01549 nömrəli barışıq sazişinə əsasən Maraqlı şəxs barışıq sazişi imzalayaraq 10 yanvar 2008-ci il təvəlüdlü X2 və 01 oktyabr 2010-cu il təvəlüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 04 noyabr 2024-cü il tarixdən başlayaraq hər ay bir uşağa görə 150 manat cəmi 300 manat sabit pul məbləğində alimenti onun xeyrinə ödəyəcəyini öhdəsinə götürmüşdür.Lakin, Maraqlı şəxs üzərinə götürdüyü öhdəlikləri icra etməyərək barışıq sazişinin icrasını təmin etməmişdir. Ona görə də barışıq sazişinin məcburi icrası üçün onun təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 355-25.2.-ci maddələrinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respubilkasının Mülki Prosessual Məcəlləsinin 355-25.1.-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Azərbaycan Respubilkasının Mülki Prosessual Məcəlləsinin 355-25.2.-ci maddəsinə əsasən Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Azərbaycan Respubilkasının Mülki Prosessual Məcəlləsinin 355-25.3.-ci maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respubilkasının Mülki Prosessual Məcəlləsinin 355-25.4.-ci maddəsinə əsasən Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respubilkasının Mülki Prosessual Məcəlləsinin 305.1.17. maddəsinə əsasən Məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmən məcəllənin 355-23.1. maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmən məcəllənin 355-25.1. maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmən məcəllənin 355-25.3. maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmən məcəllənin 355-26.1. maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Həmən məcəllənin 355-26.1.1. maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda Həmən məcəllənin 355-26.1.2. maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə ərizəçi tərəflərin nümayəndəsinin izahatnı dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, Lənkaran 1 saylı Mediasiya təşkilatında bağlanmış 04 noyabr 2024–cü il tarixli, MŞL/MT014/2024-01549 nömrəli barışıq sazişinə əsasən Maraqlı şəxs 10 yanvar 2008-ci il təvəlüdlü X2 və 01 oktyabr 2010-cu il təvəlüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 04 noyabr 2024-cü il tarixdən başlayaraq hər ay bir uşağa görə 150 manat cəmi 300 manat sabit pul məbləğində alimenti Ərizəçi xeyrinə ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə barışıq sazişini tədqiq edərək hesab edir ki, barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtinaya dair əsaslar mövcud deyildir. Maraqlı şəxs tərəfindən barışıq sazişinin könüllü icrası təmin edilmədiyindən onun məcburi qaydada icrasının təmin edilməsi üçün təsdiqinə zərurət vardır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 9.3.1-ci maddəsinə əsasən barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir. Həmin Qanunun 26.1.4-cü maddəsinə əsasən uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilib, Ərizəçi ilə maraqlı şəxs X4 arasında Lənkəran 1 saylı Mediasiya təşkilatında bağlanmış 04 noyabr 2024–cü il tarixli, MŞL/MT014/2024-01549 nömrəli barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 355-35 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Lənkəran 1 saylı Mediasiya təşkilatında bağlanmış 04 noyabr 2024–cü il tarixli, MŞL/MT014/2024-01549 nömrəli barışıq sazişi, Maraqlı şəxs azyaşlı övladları 10 yanvar 2008-ci il təvəlüdlü X2 və 01 oktyabr 2010-cu il təvəlüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 04 noyabr 2024-cü il tarixdən başlayaraq hər ay bir uşağa görə 150 manat cəmi 300 manat sabit pul məbləğində alimenti Ərizəçi xeyrinə xeyrinə verilməsi şərtləri əsasında təsdiq edilsin. Alimentin tutulmasının əvvəliinin 04 noyabr 2024-ci il tarixdən başlayaraq hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar