Məhkəmə qərarları › İş №2(048)-592/2023

Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-592/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-592/2023 05.10.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə İddiaçı İlham oğlunun cavabdehlər Kışıyev Pərvın Elçın oğlu və "Faktor Lizinq" Məhdud Məsulıyyətli Cəmiyyətinə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı İlham oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Kışıyev Pərvın Elçın oğlu və "Faktor Lizınq" Məhdud Məsulıyyətli Cəmıyyətınə qarşı əqdin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə baxışı 05 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı İlham oğlu təyin olunmuş məhkəmə iclasına gəlməmiş , gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Cavabdehlər Kışıyev Pərvın Elçın oğlu və "Faktor Lızınq" Məhdud Məsulıyyətli Cəmıyyətı iddia ərizəsinin baxılmamış saxlanmasına heç bir etiraz etmədilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin, 259.0.6, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı İlham oğlunun cavabdehlər Kışıyev Pərvın Elçın oğlu və "Faktor Lizinq" Məhdud Məsulıyyətli Cəmiyyətinətələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar