Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-822/2025 13.11.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi , Maraqlı şəxs Lerik rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 iştırakı ilə, Ərizəçinın (Lerik rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik komissiyası maraqlı şəxs qismində qeyd edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, bacısı 10 yanvar 1967-ci ildə Lerik rayonun Çayrud kəndində anadan olmuş, X1 fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 10 yanvar 1967-ci ildə Lerik rayonunun Çayrud kəndində anadan olmuşdur. O, anadangəlmə olaraq ruhi xəstədir. Onun sağlamlığını bərpa etmək üçün dəfələrlə müalicə almasına baxmayaraq normal vəziyyətə salmaq qeyri mümkün olmuşdur. Nailə hazırda Lerik Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində "kəskin ifadə olunmayan imbesillik, dərin psixi qüsuru halı" diaqnozu ilə qeydiyyatdadır. O, ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin manasını başa düşmür. Evdən xəbərsiz çıxdığı zaman onun evə geri qayıtması qeyri mümkündür. Etdiyi hərəkətlərdən tam olaraq xəbərsizdir. Son dövrlərdə onun xəstəlik simptomları artmış və qeyri-normal hərəkətlər etməklə ümumi yaşayışlarında problemlər yaranmışdır. Ruhi xəstəlik səbəbindən heç bir dövlət orqanına getməyərək özü ilə bağlı mülki-hüquqi. İnzibati işlərin həyata keçirilməsində iştirak etmək istəmir. Bacısı 10 yanvar 1967-ci il təvəlüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasını iştəyir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Lerik rayon İcra Hakimiyyətinin nümayəndəsi X10 ərizənin təmin edilməsinə etriazı olmadığını bildirmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AЭ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1963-cü il tarixdə Lerik rayonu, Çayrud kəndində anadan olmuşdur. Ata qrafasında X3, ana qrafasında X5 qeyd edilmişdir. İş materiallarında olan Lerik rayon İcra Hakimiyyəti başçısının Çayrud kənd İnzibatı Ərazi Dairəsi Üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 5-65-17/2/94/2025 24 aprel 2025-ci il tarixli arayışdan görünür ki, Çayrud kənd sakini xx.xx.1967-ci il təvəllüdlü X4 qardaşı xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi himayəsində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X9 Hüquqi şəxsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 3443 saylı rəyində belə qərara gəlinmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü X2 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə müəyyən edilir. X4 öz hərəkətlərinin mənasını anlaya və özhərəkətlərini idarə etmək iqtidarında deyildir.Buna görə də X4 tam fəaliyyət qabliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, X4 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmayan şəxsdir. Məhkəmə onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin qənaətinə görə iş materiallarındakı sübutlarla, o cümlədən ekspert rəyi ilə xx.xx.1967-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların olması öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1967-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №2(048)-822/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-822/2025
13.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver