Məhkəmə qərarları › İş №2(048)-841/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-841/2023

20.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-841/2023 20.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ X7 Qələbvəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi vəzifələrin icra edən X5 iştirakları ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, AZE 02354972 seriyalı şəxsiyyət vəsiqəsində adının Əhmədəli olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsini müdafiə edib izahatında göstərdi ki, o, xx.xx.1944-cü il tarixdə Lerik rayonu Andurmə kəndində anadan olmuşdur. 411773 saylı doğum haqqında şəhadətnamədə ad, soyad, at adı X1 qeyd olunsada AZE 02354972 seriyalı şəxsiyyət vəsiqəsində ad, soyad, ata adı Ərizəçi kimi qeyd olunmuşdur. Halbuki onun adı şəxsiyyət vəsiqəsində "Əhmədli" yox "Əhmədəli" kimi qeyd olunmalı idi.Maraqlı şəxsnə bununla bağlı müraciət etsə də, Qeydiyat şöbəsinin 05/13-14 saylı qərarına əsasən ərizənin qəbulundan imtina edilmişdir. Şəxsiyyət vəsiqəsində adının düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur.Belə ki, şəxsiyyət vəsiqəsində olunan yanlışlıqlar hal-hazırda ona çətinliklər yaradır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinə uyğun izahat verərək ərizənin təmin olunması barəd qətnamə qəbul edilməsin xahiş etdi. Maraqlı şəxs rəisi vəzifələrin icra edən X6 Ərizəçi ərizəsinin təmin olunmasına dair heç bir etirazı olmadığını bildirdi. Ərizəyə əlavə olunmuş; İX-JQ № 411773 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X2 adı Əhmədəli kimi qeyd olunmuşdur. İ-İE № 454662 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X2 adı Əhmədəli kimi qeyd olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/13-14 saylı imtinanqərarından görünür ki,Lerik rayon Andurmə kənd sakini X2 ərizəsinin qəbulundan imtina edilmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin ifadələrini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara təbiq edilməli olan hüquq normaları baxımından qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1944-cü il tarixdəLerik rayonu Andurma kəndində doğulmuşdur.Ərizəçinin doğum və nikah haqqında şəhadətnaməsində adı Əhmədəli kimi qeyd olunsada AZE 02354972 seriyalı şəxsiyyət vəsiqəsində Əhmədli kimi qeyd olunmuşdur.Ərizəçi yalnışdığı aradan qaldırılması üçün Qeydiyyat şöbəsinə müraciət etsə də onun ərizəsinin qəbulundan imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər içtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək ərizəçinin izahatının, şahid ifadələri və işdə olan digər sübutlarla (arxiv arayışı, işləməsi və əmək haqqı alması barədə arayışlar və s.) uyğun gəlməklə bir-birini tamamlamasını nəzərə alaraq təqdim olunmuş sübutları mötəbər hesab edərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməklə, AZE 02354972 seiyalı şəxsiyyət vəsiqəsində qeyd olunmuş Ərizəçi İX-JQ № 411773 saylı doğum haqqında şəhadətnamədə və İ-İE № 454662 saylı nikah haqında şəhadətnamədə qeyd olunan X3 ilə eyni şəxs olma faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305-308, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. AZE 02354972 seiyalı şəxsiyyət vəsiqəsində qeyd olunmuş Ərizəçi Əhmədli adı dəyişdirilərək İX-JQ № 411773 saylı doğum haqqında şəhadətnamədə və İ-İE № 454662 saylı nikah haqında şəhadətnamədə qeyd olunan X1 qeyd olunsun. Məhkəmənin qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atəbəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 20 noyabr 2023-cı il № 2(048)-841/2023 Ərizəçi (Lerik rayonu Əvilə kəndi) Lerik Rayon Məhkəməsinin 20 noyabr 2023-cı il tarixli 2(048)-841/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə. Hakim: Atəbəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar