Məhkəmə qərarları › İş №2(048)-945/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-945/2023

21.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-945/2023 21.12.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı Ərizəçi, Maraqlışəxs Maraqlı şəxs dövlət notariusunun vəzifəsini icra edən X1 iştirakları ilə, İddiaçı Ərizəçinın mirasın qəbulu müddətini uzadılması, qanun üzrə vərəsə kimi tanınma və vərəsəlik haqqında şəhadətnamə verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Mərhum nənəsi X6 qanun üzrə vərəsəsi kimi tanınması ona,vərəsəlik haqqında şəhadətnamə verilməsi, faktının müəyyən edilməsi və qətnamənin icrasını Lerik rayon Notariat Ofisinin həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1983-cü il tarixində Lerik rayon Anzolu kəndində anadan olmuşdur. Hal-hazırda həmən kəndə yaşayır.Miras qoyan mərhum nənəsi X10 04 mart 1988-ci il tarixində X8 vəsiyətnamə yazaraq əmlakı sayılan Lerik rayon Anzolu kəndində yerləşən fərdi yaşayış evi və 0.32 ha pay torpaq sahəsini və bütün əmlakını ona vəsiyyət etmişdir. Mərhum nənəsi X10 08 iyul 1999-cu il tarixində Ağciyər ürək çatışmamazlığından vəfat etmiş vəfat edəndən sonra birinci növbədə vərəsəsi olaraq bütün miras əmlakı qəbul edərək, təsərrüfatı idarə etmişdir. İddiaçı Ərizəçi məhkəmə iclası zamanı iddia ərizəsini müdafiə edib izahatında göstərdi ki, mirasının qəbul edilməsi müddətinin buraxılmasını üzürlü hesab edərək uzadılması və vərəsəlik haqqında şədhadətnamənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı Maraqlı şəxs dövlət notariusunun vəzifəsini icra edən X5 Ərizəçi mirasın qəbul edilməsi vaxtının uzadılması və vərəsəlik haqqında şədhadətnamənin verilməsinə barədə olan ərizəsini qəbul etdiyini və etirazı olmadığını bildirdi. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1999-cu ildə “Ağ-ciyər ürək çatışmamazlığı” səbəbindən ölmüşdür. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki,Ərizəçi Lerik rayonu Anzolu kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 04 mart 1988-ci il tarixli vəsiyyətnamənin sürətindən görünür ki, vəsiyyət edən X4 rayonu Anzoli kəndində yerləşən fərdi yaşayış evin Ərizəçi vəsiyyət etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə,bu Məcəllənin 30-39-cu fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133-cü maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideynlərinə çatası paydan bərabər miras alırlar. 1243-cü maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1248-ci maddəsinə əsasən Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi miras qoyan Güli Məmmədovanın nəvəsidir. X14 rayonu Anzoli kəndində yerləşən əmlakını nəvəsi Ərizəçi vəsiyyət etmiş, bu barədə 04 mart 1988-ci il tarixində Lerik rayon Natariat Kontorunda vəsiyyətnamə yazmışdır.Ərizəçinin nənəsi X10 xx.xx.1999-cu ildə “Ağ-ciyər ürək çatışmamazlığı” səbəbindən vəfat etmiş, X10 vəfat etdikdən sonra miras əmlakı vəsiyyətnamə üzrə vərəsəsi olan nəvəsi Ərizəçi idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etməyini şəksiz nümayiş etdirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə Ərizəçi, xx.xx.1999-cu ildə vəfat etmiş X6 qanun üzrə vərəsəsi kimi tanınmalı ona vərəsəlik haqqında şəhadətnamə verilməsi, Maraqlı şəxs dövlət notariusunun vəzifəsini icra edən X2 tapşırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi, xx.xx.1999-cu ildə vəfat etmiş X6 qanun üzrə vərəsəsi kimi tanınsın ona, vərəsəlik haqqında şəhadətnamə verilməsi, Maraqlı şəxs dövlət notariusunun vəzifəsini icra edən X2 tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 21 dekabr 2023-cü il № 2 (048)-945/2023 X3 (Lerik şəhəri,M.Əliyev küçəsi 28 ) Surəti: Lerik rayon Dövlət Notariat Kontorununa (Lerik şəhəri H.Əliyev Meydanı) Lerik Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2 (048)-945/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar