Məhkəmə qərarları › İş №2(048)-977/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-977/2025

04.11.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-977/2025 04.11.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqla şəxs Maraqlı şəxs arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞL/MT014/2025-00754 saylı, xx.xx.2025-ci il tarixli “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” və həmin sazişə əsasən Ərizəçi və Maraqlı şəxs azyaşlı övladları xx.xx.2013-cü il tarixdə doğulmuş X3, xx.xx.2019-cu il tarixdə doğulmuş X4 və xx.xx.2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 04 avqust 2024-cü il tarixdən başlayaraq hər ay bir uşağa görə 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin onun xeyrinə verilməsi şərtləri əsasında təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 01 noyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Maraqlı şəxs ilə birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X3, xx.xx.2019-cu il tarixdə X4 və xx.xx.2021-ci il tarixdə X5 adlı uşaqları doğulmuşdur. Maraqlı şəxs uşaqlara maddi və mənəvi cəhətdən köməklik etmədiyi üçün aliment tələbinə dair Mediasiyaya müraciət etmişdir. Mediasiya prosesi zamanı Maraqlı şəxs onunla barışıq sazişi imzalamış və hər uşağın saxlanılması üçün hər ay 200 manat olmaqla, cəmi 600 manat aliment verməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi icra etməmiş və barışıq sazişinin icrasını təmin etməmişdir. Ona görə də barışıq sazişinin məcburi icrası üçün xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq izahatında bildirmişdir ki, Maraqlı şəxs mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişində göstərilən aliment məbləğini 1 ay ödəsə də, sonrakı iki ay ərizində alimenti ödəməmişdir. Odur ki, barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış 04 avqust 2025-ci il tarixli, MŞL/MT014/2025-00754 nömrəli Barışıq sazişindən görünür ki: 1) tərəflər bu sazişi imzalamaqla Ərizəçi və Maraqlı şəxs xx.xx.2013-cü il tarixli nikahın davam etdirilməsinə razı olmadılar, nikahın pozulmasına razılaşdılar. 2) Tərəflər xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı uşaqların anaları Ərizəçi yanında saxlanılmasına razılaşdılar. 3) İkinci tərəf Maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 200 manat 3 uşağa görə cəmi 600 manat aliment pulunu anaları birinci tərəf Ərizəçi ödəyəcəyini öhdəlik götürür. 4) Alimenti ikinci tərəf Maraqlı şəxs 2025-ci ilin avqust ayının 06-dan başlamaqla, har ayın 06-da gün ərzində nağd, poçt və ya bank köçürülməsi yolu vasitəsi ilə birinci tərəfə Ərizəçi ödəyəcəyinə öhdəsinə götürür. 5) Tərəflər bu sazişi imzalamaqla Ərizəçi və Maraqlı şəxs uşaqlarla atanın ünsiyyətdə olması ilə bağlı öz aralarında razılaşdılar və bununla bağlı mübahisələri yoxdur. İş materiallarında olan Lerik rayonu Veri kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 876239 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X2 arasında nikah xx.xx.2013-cü il tarixdə bağlanılmış, bu barədə 10 nömrəli qeyd icra edilmiş, nikah bağlandıqdan sonra qadına “Əlizadə” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AA0639247 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2013-cü ildə anadan olmuşdur. İş materiallarında olan Lerik rayonu Veri kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İV seriyalı, 313118 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə Lerik şəhərində doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Lerik rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 604444 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə Lerik şəhərində doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı üçüncü şəxslərin hüquqlarına toxunmur. Müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış 04 avqust 2025-ci il tarixli, MŞL/MT014/2025-00754 nömrəli Barışıq sazişindən görünür ki: 1) tərəflər bu sazişi imzalamaqla Ərizəçi və Maraqlı şəxs xx.xx.2013-cü il tarixli nikahın davam etdirilməsinə razı olmadılar, nikahın pozulmasına razılaşdılar. 2) Tərəflər xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı uşaqların anaları Ərizəçi yanında saxlanılmasına razılaşdılar. 3) İkinci tərəf Maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 200 manat 3 uşağa görə cəmi 600 manat aliment pulunu anaları birinci tərəf Ərizəçi ödəyəcəyini öhdəlik götürür. 4) Alimenti ikinci tərəf Maraqlı şəxs 2025-ci ilin avqust ayının 06-dan başlamaqla, har ayın 06-da gün ərzində nağd, poçt və ya bank köçürülməsi yolu vasitəsi ilə birinci tərəfə Ərizəçi ödəyəcəyinə öhdəsinə götürür. 5) Tərəflər bu sazişi imzalamaqla Ərizəçi və Maraqlı şəxs uşaqlarla atanın ünsiyyətdə olması ilə bağlı öz aralarında razılaşdılar və bununla bağlı mübahisələri yoxdur. Sazişin 6-cı bəndində qeyd edirlir ki, saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Sazişin 24-cü bəndində qeyd edilir ki, saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Beləliklə məhkəmə iclasında aparılmış araşdırma ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış barışıq sazişi tam imzalandığı tarixdən qüvvəyə minmiş, lakin sazişin ikinci tərəfi barışıq sazişi ilə müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmişdir. Odur ki, ərizəçi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında 04 avqust 2025-ci il tarixdə bağlanmış barışıq sazişinin ərizədə göstərilən bəndləri məcburi icra olunması üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. (34.2) Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (34.3) Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234-cü bəndinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 04 avqust 2025-ci il tarixli, MŞL/MT014/2025-00754 nömrəli Barışıq sazişinin aşağıda göstərilən bəndləri – hissəsi məcburi icra üçün təsdiq edilsin:

2. Tərəflər xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2019cu il təvəllüdlü X4 adlı uşaqların anaları Ərizəçi yanında saxlanılmasına razılaşdılar.

3. İkinci tərəf Maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 200 (iki yüz) manat olmaqla 3 uşağa görə cəmi 600 (altı yüz) manat aliment pulunu anaları birinci tərəf Ərizəçi ödəyəcəyini öhdəlik götürür.

4. Alimenti ikinci tərəf Maraqlı şəxs 2025-ci ilin avqust ayının 06-dan başlamaqla, har ayın 06-da gün ərzində nağd, poçt və ya bank köçürülməsi yolu vasitəsi ilə birinci tərəfə Ərizəçi ödəyəcəyinə öhdəsinə götürür. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar