Məhkəmə qərarları › İş №2(049)-1011/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1011/2024

22.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1011/2024 22.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X5 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdehnə qarşı borcun silinməsi və s. tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİR HİSSƏ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üç akt əsasında hesablanmış itirilmiş qaz həcminin və hesablanmış 6306 manat borc məbləğinin silinməsi, abonent kimi sayğacın quraşdırılaraq yerinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizə məhkəməyə daxil olduqdan sonra iddiaçı vəfat etdiyindən, onun varisi X1 ərizəsi əsasında Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki mülki iş üzrə İddiaçı varisi kimi X2 müəyyən edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, yaşadığı ev mərhum atası X4 məxsus olmuş və abonet kimi o, cavabdeh təşkilatla müqavilə bağlayaraq qazdan istifadə etmişdir. Atası uzun müddətdir ki, vəfat etmiş və evdə qalan o, ailə üzvü kimi təbii qazdan istifadə edir. X7 İstismar İdarəsinin əməkdaşları 26 oktyabr 2022-ci il tarixdə güya qaza kənar müdaxilə olunaraq kənar xəttdən istifadə olunması barədə akt tərtib edərək 17712 metr kub qaz itkisinə yol verildiyini qeyd etmişlər. 28 fevral 2023-cü il tarixli akta əsasən isə yenidən kənar xəttdən istifadə olunması barədə akt tərtib olunaraq 11043 kub met qaz itkisinə yol verildiyini qeyd etmişlər. 10 noyabr 2023-cü ildə isə yenidən sayğacın plasmas borusunun deşilməsi, sayğacın giriş dəmir süzgəcinin kənar təsir nəticəsində zədələndiyi qeyd edilərək 6480 metr kub qaz itkisinə səbəb olması qeyd etmişlər. Bu dəfə cavabdeh təşkilatın nümayəndələri qaz sayğacını söküb aparmış və quraşdırmaqdan imtina edirlər. Həmin vaxtdan o, qazdan istifadə edə bilmir. Hər üç akt əsasında 2102 manat borc yazılmaqla, ona şablon formasında 6306 manat borc hesablanmışdır. İddia tələbində irəli sürdüyü hallar 26 oktyabr 2023-cü il tarixli, 30 noyabr 2023-cü il tarixil, 28 fevral 2023-cü il tarixli aktlar, abonent saldoları ilə bir daha öz əksini tapmışdır. Qeyd olunan aktlar onun iştirakı olmadan tərtib olunmuş, tərtib olunmuş aktlar əsassız və qərəzlidir. Qarşı tərəfin həmin halların təsdiq olunması üçün heç bir sübutu yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı X2 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümükün hesab edir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iş materiallarını nəzərədən keçirib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2022-ci il tarixli Tələbnamənin surətindən görünür ki, abonent sayğacdan kənar, qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etmiş, itirilmiş qazın bərpası barədə hesablamalar aparılaraq istehlakçıya 17712 m3 qaz sərfiyyatı hesablanmışdır. “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli Tələbnamənin surətindən görünür ki, abonent sayğacdan kənar, qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etmiş, itirilmiş qazın bərpası barədə hesablamalar aparılaraq istehlakçıya 11040 m3 qaz sərfiyyatı hesablanmışdır. “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli Tələbnamənin surətindən görünür ki, sayğacının giriş plastmas borusu deşilib, sayğacın giriş dəmir süzgəçi kənar təsir nəticəsində zədələnib, membranı hərəkətə gətirən qolların iş prinsipinə maneə törədilməsi mümkündür, sayğac istismara yararsızdır. İtirilmiş qazın bərpası barədə hesablamalar aparılaraq istehlakçıya 6480 m3 qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, istehlakçıya 2022-ci ilin oktyabr ayı üçün 2125.44 manat, 2023-cü ilin fevral ayı üçün 1324.80 manat və 2023-cü ilin noyabr ayı üçün 777.60 manat olmaqla cəmi 4227.84 manat borc hesablanmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında hazırkı mübahisə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı deyildir. Çünki, tələbnamələrin surətlərindən müəyyən olunur ki, abonentin sayğacdan kənar, qeyriqanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etməsi, eləcə də qaz sayğacının giriş plastmas borusunun deşilməsi, sayğacın giriş dəmir süzgəçinin kənar təsir nəticəsində zədələnməsi, membranı hərəkətə gətirən qolların iş prinsipinə maneə törədilməsinin mümkünlüyü, sayğacın istismara yararsız olması aşkar olunmuşdur. Buna görə də iddiaçı təqsirli hesab olunur və itirilmiş qaza görə hesablanmış ziyanın ödənilməsi tələb edilir. İddiaçı tərəf isə heç bir qanun pozuntusuna yol vermədiyi halda barəsində akt tərtib edilməsində Qaz idarəsinin təqsirli olduğunu bildirir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mübahisə deliktdən yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının sayğacdan kənar, qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etməsi, sayğacındakı nasazlıqların onun təqsirli, hüquqa zidd əməlləri nəticəsində əmələ gəlməsi sübuta yetirtilməmişdir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edərək abonentin sayğacdan kənar, qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etməsi, eləcə də sayğaca müdaxilə etməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd olunan tələbnamələr əsassında hesablanmış 4227.84 manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində 6306 manat borcun silinməsini tələb etsə də, yuxarıda qeyd olunmuş Tələbnamələrdən görünür ki, iddiaçıya cavabdeh tərəfindən ümumilikdə 4227.84 manat borc hesablanmışdır. Bundan əlavə iddiaçı sayğacın quraşdırılaraq yerinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etsə də, evinin hazırda sayğacsız qalmasına dair hər-hansı bir sübutunu idddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərtbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında tutulur. İddianın qiyməti 4227.84 manat olduğundan dövlət rüsumu 62.27 manat təşkil eləyir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddia tələbi 4227.84 manat məbləğində borcun silinməsi hissəsində təmin edildiyindən həmin 62.27 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq dövlət hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». NƏTİCƏ HİSSƏ Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktlar əsasında hesablanmış cəmi 4227.84 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 62.27 manat dövlət rüsumu Cavabdehnə aid edilsin və ondan tutularaq dövlət hesabına köçürülsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar