Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1030/2025 11.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlanma müqaviləsinin və çıxarış etibarsızlığı” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlanma müqaviləsinin və çıxarış etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayonu, Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv.metr olan fərdi yaşayış evinin və 0.12712 ha torpaq sahəsinin Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bağışlanma müqaviləsinin və çıxarışının etibarsızlığı hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinin “xahiş edirəm” hissəsində Lənkəran rayonu, Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv.metr olan fərdi yaşayış evinin və 0.12712 ha torpaq sahəsinin Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bağışlanma müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi qeyd edilsə də, iddia ərizəsinə edilmiş iki ədəd Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışlardan görünür ki, həmin çıxarışlardan biri Lənkəran rayonu, Şilavar kəndində yerləşən 0.12712 ha torpaq sahəsinə münasibətdə mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə X2 adına, digər çıxarışda isə Lənkəran rayonu, Şilavar kəndində 0.12712 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 130.0 kv.m olan fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüququ iddiaçının özünün adına xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı tələbində Lənkəran rayonu, Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv.metr olan fərdi yaşayış evinin və 0.12712 ha torpaq sahəsinin Cavabdeh2 bağışlanması müqaviləsinin etibarsızlığını tələb etsə də, iddia ərizəsinə yalnız Lənkəran rayonu, Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr olan fərdi yaşayış evinin bağışlanmasını əks etdirən “Elektron notariat” X1 çıxarışı əlavə etmişdir. Başqa sözlə, iddiaçı etibarsızlığını tələb etdiyi sənədləri iddia ərizəsinə əlavə etməmiş, əlavə edilmiş çıxarışlar isə X2 və özünün mülkiyyət hüquqlarını təsdiq edən sənədlərdir. İddiaçı hansı bağışlanma müqaviləsinin və çıxarışın (nömrə, tarix və s.) məhkəmə qaydasında etibarsız hesab edilməsi ilə bağlı qeyri-müəyyən tələblə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş forma və məzmununa riayət etməmiş, həmçinin, qeyri-müəyyən tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia tələbi üzrə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə və qeyri-müəyyən tələblə məhkəməyə müraciət edildiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Eyni zamanda, iddiaçıya izah edilir ki, hazırki tələblə yenidən məhkəməyə müraciət edəcəyi təqdirdə, tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş müvafiq Çıxarış və bağışlanma müqaviləsi mübahisələndirildiyi üçün çıxarışı vermiş aidiyyəti dövlət orqanını və bağışlanma müqaviləsinin təsdiq edildiyi notariat ofisini üçüncü şəxs qismində iddia ərizəsinə işə cəlb edə bilər. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən iddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 114, 149, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlanma müqaviləsinin və çıxarış etibarsızlığı” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** №-li mədaxil qəbzinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-1030/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1030/2025
11.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver