Məhkəmə qərarları › İş №2(049)-1073/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1073/2024

17.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1073/2024 17.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Lənkəran rayon 1 saylı Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 adına verilmiş 21 iyul 2020-cı ıl tarixli 2V- 289 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1953-cü il tarixdə Lənkəran rayonu, Gərmətük qəsəbəsində anadan olmuşdur. Hazırda da ailə üzvləri ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşayırlar. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli 05 saylı qərarı ilə mərhum qaynatası X3 və digər ailə üzvlərinin mülkiyyətinə Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisində 0.20 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Sonradan xx.xx.2009-cu il tarixdə qaynananası X9 vəfat etmişdir. O, vəfat etdikdən sonra həmin torpaq sahəsindən digər vərəsələr kimi onun vərəsəsi olan X5 da istifadə etmişdir. X5 09 may 2012-ci il tarixdə vəfat etmişdir. X5 vəfat etdikdən sonra onun vərəsəsi kimi həyat yoldaşı həmin torpaq sahəsindən istifadə etmişdir. Lakin sonradan onun qaynı olan iş üzrə Cavabdeh2 onun xəbəri olmadan icra nümayəndəliyindən mərhum qaynanası X3 vərəsələri barədə arayış alarkən onun mərhum X5 anasının vərəsəsi ola-ola və o, vəfat etdiyi üçün ona çatan pay ona çatmalı olduğu halda həmin vərəsəlik arayışında mərhum X5nun və onun vərəsələri kimi onun adını qeyd etməmiş və həmin arayışı Lənkəran rayon 1 saylı Notariat ofisinə təqdim edərək vərəsə kimi təkcə öz adını qeyd etdirməklə mərhum qaynananası X3 tək varisi kimi ondan miras qalmış əmlaka dair öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Mərhum X5 da anasının vərəsəsi olsa da, ona çatan pay ona çatmalı olsa da, ona bu barədə heç bir məlumat verilməmişdir. Ona görə də hesab edirəm ki, həmin Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etməklə, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etdi ki, hazırda məhkəməyə sübut olaraq təqdim etdiyi Gərmətük qəsəbə nümayəndəliyi tərəfindən təqdim edilmiş arayışlardan da aşkar görünür ki, iddiaçının əri olan mərhum X15 da mərhum anası X4 ailə üzvü olmuşdur. Bu səbəbdən Orucəli də Münəvvər Fərəcovanın vərəsəsi olmuşdur. Lakin Cavabdeh2 anasının vəfatından sonra qanun üzrə vərəsəlik haqqında rəsmiləşdirmə aparılarkən qəsdən qardaşı Orucəlinin adını qeyd etdirməməklə qəsəbə nümayəndəliyindən arayış alaraq miras torpaq sahəsinin öz adına rəsmiləşdirilməsinə nail olmuşdur. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbl etmədiyini bildirdi və iahatında qeyd etdi ki, anası Fərəcova Münəvvər vəfat etdikdən sonra onun mülkiyyətində olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən torpaq sahəsinə dair qanun üzrə vərəsəliyin rəsmiləşdirilməsi üçün Lənkəran rayon 1 saylı notariat ofisinə müraciə etmişdir. Həmin vaxt sənədləri toplayaraq notariusa təqdim edib. Torpaq sahəsini vərəsəlik əsasında rəsmiləşdirərkən qardaşı Orucəlinin oğlu X18 ona bildirmişdir ki, o, sözügedən torpaq sahəsindən atasına çatası paydan heç bir vərəsəlik payı istəmir və o, atasının ölüm haqqında şəhadətnaməsini də ona təqdim etmişdir. Tural Fərəcov bu barədə heç bir ərizə imzalamamışdır. Lakin qardaşının həyat yoldaşı İddiaçı bu barədə razılıq alınmamışdır. Sözügedən torpaq sahəsi hal-hazırda onun xüsusi mülkiyyətində və faktiki istifadəsindədir. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh Lənkəran rayon 1 saylı Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə həmin cavabdeh təşkilatların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahalartını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan nikah akt qeydiyyatından çıxarışdan görünür ki, X14 ilə X20 arasında 09 fevral 1977-ci il tarixdə Lənkəran rayon Girmətük qəsəbə icra nümayəndəliyi 05 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Fərəcova soyadı verilmişdir. İş materiallarında olan ölüm akt qeydiyyatı haqqında arayışdan görünür ki, X10 11 dekabr 2009-cu il tarixdə Lənkəran rayon Gərmətük qəsəbə ölmüşdür. İş materiallarında olan ölüm akt qeydiyyatı haqqında arayışdan görünür ki, X14 09 may 2012-ci il tarixdə Lənkəran rayon Gərmətük qəsəbəsində ölmüşdür. İş materiallarında olan **********77 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran rayonu. Gərmətük qəsəbəsində yerləşən ümumi sahəsi 0,0953 ha olan “kənd təsərrüfat təyinatlı” torpaq sahəsi X11, X21, X16 və Cavabdeh2 qızının paylı mülkiyyətindədir. İş materiallarında olan **********82 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran rayonu. Gərmətük qəsəbəsində yerləşən ümumi sahəsi 0,1038 ha olan “kənd təsərrüfat təyinatlı” torpaq sahəsi X11, X21, X16 və Cavabdeh2 qızının paylı mülkiyyətindədir. İş materiallarında olan Lənkəran rayon 1 saylı Notariat ofisi tərəfindən təsdiqlənmiş X7 aid xx.xx.2020-ci il tarixli 2V-289 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, xx.xx.2009-cu il tarixdə ölmüş X4 vərəsəsi Fərəcov X17 rayonu, Gərmətük qəsəbəsində yerləşən xx.xx.1998-ci il tarixli JN seiyalı 965 saylı 80206016 kodlu dövlət aktına əsasən Münəvvər Fərəcovaya məxsus olan miras əmlak olan ümumi sahəsi 0,2 ha olan torpaq sahəsindən 1/1 hissədə (tam) pay almışdır. İş materiallarında olan 1 saylı Notariat ofisi tərəfindən açılmış sözügedən vərəsəlik işinin içində “Torpağa mülkiyyət hüququna dair” 1.06.1998-ci il tarixli JN seiyalı 965 saylı 80206016 kodlu dövlət aktından görünür ki, Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən ümumi sahəsi 0.20 ha olan torpaq sahəsi X9, Cavabdeh2, X12, X22 və X8 ümumi birgə mülkiyyətində olmuşdur. Həmin vərəsəlik işində olan Gərmətük qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 1128/518 saylı arayışda Münəvvər Kazımovanın vərəsələrinin siyahısında X6 və onun həyat yoldaşının adı qeyd edilməmişdir. Həmin arayışda qeyd edilmişdir ki, X10 xx.xx.2009-ci ildə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Lənkəran şəhəri, Gərmətük qəsəbəsi olmuş, vəfat edənədək oğlu Cavabdeh2 ilə yaşamışdır. Vərəsəlik işində hazırki mülki iş üzrə İddiaçı qanun üzrə vərəsəlik payından imtinası barədə ərizəsi yoxdur. İş materiallarına əlavə edilmiş Lənkəran ŞİHB-nın Gərmətük qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 12-06/43 saylı xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, Lənkəran rayonu Gərmətük qəsəbə sakini X10 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir və xx.xx.2012-ci il tarixdə vəfat etmiş X14 onun vərəsəsi olmuşdur. İş materiallarına əlavə edilmiş Lənkəran ŞİHB-nın Gərmətük qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 12-06/44 saylı xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, Lənkəran rayonu Gərmətük qəsəbə sakini X14 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir, arvadı İddiaçı və övladları onun vərəsələri olmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. “Notariat haqqında” Azərbaycan Respublikasının qanunun 59-cü maddəsində qeyd edilmişdir ki, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Sadalanan maddi hüquq normalarını tələbin qanuni əsası kimi tətbiq edərək məhkəmə qeyd edir ki, mərhum X4 övladı olan hazırki iddia tələbi üzrə iddiaçı olan İddiaçı həyat yoldaşı Fərəcov X1 Fərəcovanın birinci növbə qanun üzrə vərəsəsi hesab olunur. Belə ki, o, miras qoyandan sonra vəfat edərək, mirasın açıldığı vaxt sağ olmuşdur. Miras mülkə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə tərtib edilərkən Orucəli Fərəcovun həyat yoldaşı və övladları Orucəli Fərəcovun sağ olmaması səbəbindən anasından (M.Kazımovadan) ona çatası paydan bərabər miras hüquqlara malikdirlər. Lakin Lənkəran rayon Gərmətük İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda onların adları qeyd edilmədiyindən, həmçinin Cavabdeh2 qızı tərəfindən bu barədə notariat orqanına məlumat verilmədiyindən nəticə olaraq notariat hərəkətləri zamanı “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 59-cu maddəsinin tələbləri pozulmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, bununla da iddiaçı və digər ailə üzvləri mirasdan bərabər şəkildə pay almaq hüququndan məhrum olmuşlar. Odur ki, iddia qeyd edilən səbəbdən məhkəmə iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə gəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Lənkəran rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş 21 iyul 2020-cü il tarixli 2V- 289 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar