Məhkəmə qərarları › İş №2(049)-1122/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1122/2025

09.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1122/2025 09.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadıyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 006601 saylı protokol əsasında hesablanmış 627.92 manat cərimənin Azəriişıq ASC tərəfindən silinməmiş hissəsinin, yəni 313.96 manat məbləğin onun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, onun Lənkəran rayonu, Girdəni kəndində fərdi yaşayış evi vardır. Həmin evə 2016-cı ilin dekabr ayında köçmüşdür. Həmin vaxta qədər ev hazır olmadığı üçün orada heç bir yaşayış olmamışdır. Həmin vaxtı işıq idarəsinin əməkdaşları hələ tam hazır olmayan və yaşayış olmayan evə akt tərtib edərək onu 108 manat cərimə ediblər. Daha sonra o, Lənkəran işıq idarəsinə mürciət edib. Bundan sonra həmin evə Lənkəran işıq idarəsi tərəfindən elektrik sayğac quraşdırılıb. Lakin sayğac quraşdırılan zaman onu eyni xəta ilə təkrarən cərimələyiblər. Yəni, bir dəfə 108 manat cərimə ediblər. O, cəriməni ödəyəndən sonra təkrarən həmin əsasla onu 627.92 manat cərimələyiblər. Bununla bağlı Azərişıq Cənub təşkilatına müraciət edib. Onlar bunun anlaşılmazlıq olduğnu və ərizə ilə müraciət edəcəyi halda təkrar yazılan cəriməni siləcəklərini bildirdilər. O da ərizə ilə onlara müraciət edib. Nəticədə həmin borcun yarısını siliblər. Digər isə yəni 313.96 manat borc isə onun üzərində saxlanılıb. Qeyd etdiklərini abonent saldosundan da görmək olur. Digər bir hal isə onun təkrar cərimənin yazılmasından həmin vaxt xəbərinin olmamasıdır. Bu səbəbdən də həmin təkrar yazılmış cərimənin silinməsi üçün məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək həmin tələbin məzmununa uyğun izahat verib göstərdi ki, həmin evdə yaşayış olmadığı halda ona Azərişıq ASC-nin əməkdaşları tərəfindən cərimə yazılıb. Azərişığa müraciət etdikdə ona anlaşılmamazlıq olduğu və borcun silinəcəyi ilə bağlı arxayın ediblər. Lakin borcun yarısı silinsə də, digər hissəsi onun işıq kartına vurduğu puldan silinir. Yaranmış problemlə bağlı İşıq idarəsindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunub. Əlavə olaraq bildirdi ki, qeyd olunan borcla əlaqədar ondan Energetika Nazirliyndə vəya prokurorluqda izahat alınmamışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxıb iddanın rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün saymışdır. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: İş materiallarında olan xx.xx.2012-ci il tarixli 006601 saylı elektrik enerjisinin istifadə qaydalarının pozulması haqqında aktın surətində qeyd edilmişdir ki, İddiaçı fərdi evdə sayğacsız X1 edir. İş materiallarında olan “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər” adlandırılan xx.xx.2027-ci il tarixli sənədin surətindən görünür ki, “aktın qüsur hissəsinə fərdi yaşayış evində sayğacsız X1 olunur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli razılaşma protokolunun surətindən görünür ki, sayğacsız X1 faktı əsasında Alt Komissiyası tərəfindən hesablanmış 627.92 manat borc 313.96 manat azaldılmışdır. İşdə olan arayışdan görünür ki, iddiaçı əri ilə bərabər sayacsız istifadə olunduğu qeyd olunmuş evə 2016-cı ilin dükabr ayında köçmüşlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi aktlar “X1 Qaydalarının” 8.33 bəndinin ləğv edildiyi xx.xx.2022-ci il tarixdən əvvəl tərtib edildiyindən, hazırki mübahisənin həlli üçün həmin 8.33-cü bəndə istinad edilməlidir. Cünki, MPM 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Akt tərtib olunan zaman qüvvədə olmuş “X1 Qaydalarının” 8.33 bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə təqdim edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Lakin hazırkı iddia tələbinin verilməsinə əsas olan akt tərtib edilərkən cavabdeh təşkilat tərəfindən yuxarıda qeyd olunan Qaydanın 8.33-cü bəndinin tələbləri pozulmuş, iki nəfər hal şahidinin iştirakları təmin edilməmişdir. Buna görə də həmin aktlar etibarsızdırlar. Bu səbəbdən də, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı iddia tələbi təmin edilməli, 006601 saylı akt etibarsız olduğundan qalıq 313.96 manat borc ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərtbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumu 30 manat miqdarında tutulur. İddianın qiyməti ümumilikdə 313.96 manat olduğundan dövlət rüsumu 30 manat təşkil eləyir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddia tələbi 313.96 manat məbləğində borcun silinməsi hissəsində təmin edildiyindən həmin 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq dövlət hesabına köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli 006601 saylı akt əsasında hesablanmış borcun qalıq hissəsi olan 313.96 manat ləğv edilsin. 30 manat dövlət rüsumu cavabdeh « Azərişıq” ASC-nə aid edilsin və ondan tutularaq dövlət hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar