Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-115/2024 02.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi: X13, ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Lənkəran Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasını cəlb etdiyi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə» ərizəsinə dair işə Lənkəran rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Lənkəran rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasını cəlb etdiyi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə» ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixdə Lənkəran şəhərində doğulmuş və həmin ünvanda yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxx 1976-cü ıl tarixdə Lənkəran şəhərində doğulmuş. Hazırda da ailəsi ilə birlikdə yaşayır. X8 onun qızıdır, o, xx.xx.2005-ci ıi tarixdə doğulmuşdur. X17 serbrial xəstədir. Uşaqlıqdan 2006-cı ildən Uşaq Nevroloji xəstəxanasında qeydiyyatdadır. Xəstəxanada ona serbrial dioqnozu qoyulmuşdur və uşaqlıqdan əlildir. X7 birlikdə yaşayır və xəstələndiyi gündən bəri bir nəticə vermədiyi üçün onu təqaüdə çıxarmaq üçün Tibbi Sosial Ekspert çıxarmaq üçün Tibbi Sosial Ekspert Komissiyasına təqdim etmiş, orada uşaq müayinə olunmuş və ona müddətsiz İ qrup əlilik dərəcəsi təyin edilmişdir. Fatimə Məhərrəmli öz hərəkətlərinə rənbərlik etmək, iqtidarına malik deyildir. Onun ümumiyyətlə danışıq nitqi yoxdur. Ona görə də Fatimə Məhərrəmli qüsuru nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsini nəzərə alıb, fəaliyyət qabliyyəti olmayan hesab edilməlidir. Hazırda o, komissiyadan keçsə də müavinəti ala bilmir. Odur ki, hazır ki, ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin anası Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Lənkəran rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran Rayon Qeydiyyat şöbəsinin tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2005-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Atası Ərizəçi, anası isə X4r. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, xx-xx/3427 nömrəli arayışdan görünür ki, X2 şəhəri, Zərifə Əliyeva küçəsi ev 78/10 mənzil 50 ünvanında ailəsi, habelə xx.xx.2005-ci il təvəllüdlü qızı X8 ilə birlikdə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli, 360 saylı ekspertin qiyabi rəyindən görünür ki, X1 iflicinin qalıq əlamətləri, ağıl zəifliyi ilə formasında psixi xəstəlikdən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar ona müddətsiz l qrup əlillik təyin edilmişdir. Göstərilənləri nəzərə alaraq xx.xx.2005-ci il təvəllüdlü X8 öz yuxarıda göstərilən diaqnozlu xəstəliklər əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi tərəfindən dövlət büdcəsinə 100 manat dövlət rüsumu köçürülmüşdür. MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, ekspert rəyi, toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq edildi ki, xx.xx.2005-cü il təvəllüdlü X8 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Məhkəmə hesab edir ki, xx.xx.2005-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə ünvan 3 ünvanında yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-115/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-115/2024
02.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver