Məhkəmə qərarları › İş №2(049)-1156/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1156/2025

16.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1156/2025 16.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbi barədə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Lənkəran X5 İdarəsi (bundan sonra Cavabdeh İB-nin Lənkəran RQİİ) tərəfindən hesablanmış 2315.52 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı ünvan üzrə Cavabdeh tərəfindən 2315,52 manat məbləğində guya qazdan qanunsuz istifadə etdiyinə görə ona qanunsuz və əsassız borc hesablanmışdır. Cavabdeh həmin ünvan üzrə **********20000 saylı abonent kodu ilə onu istehlakçı kimi qeydiyyata götürmüşdür. Cavabdehin iddiaçıdan qazdan istifadə qaydalarının pozulmasına görə 2315,52 manat tələb etməsi qanuna uyğun deyil. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2022-ci il tarixdə əlavə edilmiş 13-cü maddəsinin 8-1-ci hissəsində qazdan istifadə qaydalarının pozulması hallarının sənədləşdirilməsi və buna görə dəymiş zərərin tələb edilməsinin əsasları dəqiq göstərilmişdir. Qanunun tələb etdiyi birinci addım ondan ibarətdir ki, abonentlər tərəfindən qaz xəttinə kənar qoşulma faktını aşkar etdikdə, qaz paylayıcısı (onun əməkdaşı) qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qanusuz qoşulma ilə sərf olunan qazın verilməsini dayandırmalıdır. Qazdan kənar istifadə halları və sayğaca müdaxilə aşkar edildikdə, qaz paylayıcısı (onun əməkdaşı) həmin faktı müvafiq aktın tərtib edilməsi ilə rəsmləşdirməli və aktın bir sürəti abonentə təqdim etlməklə bir nüsxəsini isə qazdan istifadə qaydalarını pozan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün enerji nəzarəti orqanına, yaxud cinayət tərkibinin əlamətlərinin olması şübhə doğurduqda, cinayət təqibi orqanına təqdim etməlidir. Cavabdeh tərəfindən adına hesablanmış 2315.52 manat borc məbləğini qanunsuz və əsassız hesab etdiyi üçün həmin borcun silinməsindən ötrü məhkəməyə müraciət etmişdir. İddiaçı hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, hazırda yaşadığı evin qaz xəttinə 2023-cü ilin sonlarında Cavabdeh İB-nin Lənkəran RQİİ əməkdaşları baxış keçirib müvafiq akt tərtib etmişlər. Lakin, həmin aktlar tərtib edilərkən rezin boru vasitəsilə qazdan qeyriqanuni yolllarla istifadə olunduğu yazılmış və bunun üçün ona xeyli borc hesablanmışdır. Belə ki, o, həmin aktları əsassız və qanunsuz sayır. Çünki, onun yaşadığı ünvanda quraşdırılmış sayğacdan qeyri-qanuni qaz xətti çəkilməmidir. O, cavabdeh tərəfin onun barəsində tərtib etdiyi aktlarla razılaşmır, həmin aktlar əsassız və qanunsuz olduğundan hesab edir ki, cavabdeh tərəfindən onun hesabına işlənmiş iki akt üzrə cəmi 2315.52 manat debitor borc silinməlidir. Məhkəmədən də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı ona etirazla birgə təqdim edilmiş qanunsuz qoşulma ilə əlaqədar görüntülərə dair sulallara cavab verə bilməmiş, yalnız qeyd edilən görüntülərdəki sayğacın ona məxsus olması, qaz xəttinə sonradan əlavə edilmiş borudan məlumatı olduğunu, bayırda yemək bişirilməsi üçün qeyd edilən borudan istifadə etdiyini bildirməklə suallara cavab verməkdən yayınmışdır. Cavabdeh İB-nin nümayəndəsi məhkəməyə iddia tlələbinə dair etiraz göndərərək etirazda göstərmişdir ki, İddiaçı iddia tələbini əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş edir. Belə ki, iddiaçı Əsədov X2 şəhəri, Şəhidlər Xiyabanı küçəsi ev 81 ünvanında yaşamaqla Lənkəran X5 İdarəsinin Lənkəran Xidmət Sahəsində **********20000 saylı kodla abonent qeydiyyatındadır. Lənkəran X5 İdarəsinin Lənkəran Xidmət Sahəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi ev 81 ünvanında yaşayan İddiaçı məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçıya məxsus sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə məqsədi ilə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli, ******* saylı aktlara əsasən 19296 kub metr olmaqla İddiaçı abonent hesabına 2315,52 manat pul hesablanmışdır. İddiaçı həmin məbləği ödəməmiş, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin şərtlərini pozmuşdur. Çünki həmin müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclaslarında iştirak edərkən verdiyi izahatlarında göstərdi ki, o, iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçı ünvan 2 ünvanında yaşamaqla Lənkəran RQİİ-nin Lənkəran xidmət sahəsində abonent kimi qeydiyyatdadır. Lənkəran RQİİ-nin Lənkəran Xidmət Sahəsinin əməkdaşları tərəfindən onun evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttindən qeyri-qanuni yolla istifadə halı aşkar edilmiş və bu barədə müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlar üzrə yaranmış borcu ödəməkdən yayınır. Qeyd etdiklərinə əsasən hesab edir ki, iddiaçının tələbi əsassızdır və həmin tələbin rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: AZE 51480583 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əsədov X2 şəhəri, Şəhidlər Xiyabanı küçəsi ev 81 ünvanında yaşayır və həmin ünvanda qeydiyyatdadır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi ev 81 ünvanında yerləşən qaz xəttinə baxış keçrilmiş və aktda abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsinin aşkar olunduğu qeyd edilmişdir. Tələbdə qeyriqanuni təbii qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın hesablanması, dəyərinin ödənilməsi göstərilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsas götürülərək dəymiş ziyanın həcmi hesablanaraq qaz sayğacının maksimal saatlıq qaz sərfinin 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itiirlmiş qazın bərpası üçün 17280 kub metr hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi ev 81 ünvanında yerləşən qaz xəttinə baxış keçrilmiş və aktda abonentin rezin boru vasitəsilə qazdan qeyri-qanuni istifadə etməsinin aşkar olunduğu qeyd edilmişdir. Tələbdə əlavə xəttinin ləğv edilməsi, itirilmiş qazın hesablanması, abonentin ödənişə cəlb edilməsi göstərilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsas götürülərək dəymiş ziyanın həcmi hesablanaraq qaz sayğacının maksimal saatlıq qaz sərfinin 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 28 gün qəbul edilməklə itiirlmiş qazın bərpası üçün 2016 kub metr hesablanmışdır. Abonentin saldosundan xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixə aid çıxarışlarla müəyyən edildi ki, 2023-cü ilin dekabr ayına kimi abonentə qalıq və aktlar üzrə hər iki saldo əsasında 2315.52 manat borc yazılmışdır. Abonentin saldosundan xx.xx.2024-cü il tarixə aid çıxarışla müəyyən edildi ki, 2023-cü ilin dekabr ayına kimi abonentə qalıq və aktlar üzrə 2073.60 manat borc yazılmışdır. Cavabdeh tərəfindən etiraza əlavə edilmiş məhkəmə iclasında nümayiş etdirilən videogörüntülərdən görünür ki, xx.xx.2023-cü il tarixdə çəkilmiş **********52 nömrəli qaz sayğacının quraşdırıldığı qaz xəttinə sayğacdan kənar qanunsuz xətt qoşulmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, paylayıcı Cavabdeh X1 istismarı sahəsi istehlakçı İddiaçı keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Qaz paylayıcı Cavabdeh X1 istismarı sahəsi tərəfindən Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi ev 81 ünvanında yerləşən istehlakçının evinə quraşdırılmış sayğaca baxış keçirilmiş, bununla bağlı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlar tərtib edilmişdir. Qeyd olunan xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsas götürülərək dəymiş ziyanın həcmi hesablanaraq qaz sayğacının maksimal saatlıq qaz sərfinin 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 17280 kub metr, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsas götürülərək dəymiş ziyanın həcmi hesablanaraq qaz sayğacının maksimal saatlıq qaz sərfinin 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 28 gün qəbul edilməklə itiirlmiş qazın bərpası üçün 2016 kub metr ziyan yazılmışdır. İddiaçı Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun barəsində verilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarlar əsasında hesabına işlənmiş 17280 kub metr və 2016 kub metr itirilmiş təbii qazın və onların cəmi dəyərinin 2315.52 manat debitor borcu əsassız hesab edir və borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı iddia tələbinin əsası kimi təbii qazdan istifadə qaydalarının pozulması barədə tərtib edilmiş aktlara, tələbnamələrə, abonentin saldosuna istinad edərək yaşadığı evdə istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödədiyini və iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh İB-nin nümayəndəsi iddiaçının yaşadığı ünvanda olan təbii qazdan sayğacdan kənar istifadə edilməsi halının aşkar olunduğunu və buna görə də itirilmiş təbii qazın dəyərinin bərpası üçün qanunvericiliyə uyğun olaraq hesabat aparıldığını, lakin yaranmış debitor borcun indiyədək də ödənilmədiyini bildirir. Cavabdeh İB iddiaçının iddia tələbinə etirazının əsasları olaraq, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların, dəymiş ziyanın bərpasına dair tələbnamələrin surətlərini, abonentin saldosundan çıxarışları məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarın 1.3-cü bəndinə əsasən Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 4.2, 4.3, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına əsasən istehlakçı tərəfindən sayğacdan əvvəl qaz xəttinə qoşulma ilə qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, istehlakçı İddiaçı Cavabdeh X6 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 17280 kub metr itirilmiş təbii qazın 10080 kub metrdən ibarət hissəsi və onun dəyəri olan 1209.60 manat və xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 2016 kub metr itirilmiş təbii qazın 1176 kub metrdən ibarət hissəsi və onun dəyəri olan 141.12 manat olmaqla, cəmi 1350.72 manat məbləğində borc silinməli, tələb qalan hissədə rədd edilməlidir Belə ki, iddiaçı tələbdə Cavabdeh X6 İstismar İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli, ******* saylı aktlar üzrə hesablanmış cəmi 2315.52 manat borcun silinməsi tələbini irəli sürsə də, məhkəmə iclasında X6 İstismar İdarəsinin təsdiq etdiyi itirilmiş qazın bərpasına dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli tələbnamələrə əsasən xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlar əsas götürülərək itirilmiş qazın bərpası barədə aparılmış hesablamalar üzrə istehlakçı İddiaçı iki akt üzrə cəmi 1350.72 manat borc hesablanıldığı təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla hazırki iddia tələbi üzrə ödənilməli olan 33.51 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında istehlakçı İddiaçı hesablanmış 17280 kub metr itirilmiş təbii qazın 10080 kub metrdən ibarət hissəsi və onun dəyəri olan 1209.60 manat və xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 2016 kub metr itirilmiş təbii qazın 1176 kub metrdən ibarət hissəsi və onun dəyəri olan 141.12 manat, cəmi 1350.72 manat məbləğində borc silinsin. İddia tələbinin digər hissəsi təmin edilməsin. Hazırki iddia tələbi üzrə ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilməli olan 33.51 manat dövlət rüsumu məbləği Cavabdehndən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar