Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1163/2024 11.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM 029335 saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 706.72 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonu Cil kəndində özünə aid yaşayış evi vardır. Özü ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Yalnız həftə sonları və bayram günlərində Lənkəran rayonuna gələndə həmin evdə yaşayırlar. Yaşadıqları müddətdə də istifadə etdikləri işığa görə yaranmış borcunu həmişə ödəmişdir. Bu yaxınlarda kənd üzrə təhkim olunmuş sahə nəzarətçisi ona 2022-ci ildə 706 manat cərimə yazıldığını bildirmişdir. Səbəbini soruşduqda özünün də bunun səbəbini bilmədiyini bildirmişdir. Daha sonra Lənkəran elektrik şəbəkəsinə müraciət etmişdir. Onlardan aktın surətini alanda məlum oldu ki, xx.xx.2022-ci il tarixində ona kənar xətdən istifadə etmək adı ilə akt yazılaraq cərimə olunmuşdur. Evində isə sayğacdan kənar heç bir xətt olmayıb, buna heç ehtiyyacı da olmuyub. Aylıq 20-30, hətta 50 manat işıq pulunu ödəmək onun üçün heç də çətin deyildir. Belə olan halda ayda 3-4 gün yaşayış olan evə kənar xətt bəhanəsi ilə cərimə yazmaq heç bir normal məntiqə uyğun deyildir. Onu da qeyd etmişdir ki, işıq sayğacı həyətdən kənarda, küçədə hamının açıq şəkildə görə biləcəyi yerdə quraşdırılıb. İşıq idarəsinin nəzarətçisi də mütəmadi olaraq sayğaclara baxış keçirir. Əgər belə hal olsaydı o, orada yaşadığı müddətdə bunu ona bildirərdi nəinki evdə heç bir yaşayış olmayanda, heç kimin xəbəri olmadan akt tərtib edilərdi. Onun, aktın yazılmasından xəbəri olmamışdır, ona imza da etməmişdir. Aktın nə vaxtı və harada yazıldığı ona məlum olmamışdır. Aktın bir nüsxəsi belə ona verilməyib. Yalnız onun surətini yaxınlarda idarədən ala bilmişdir. Hesab edir ki, həmin akt qanunsuzdur, bu səbəbdən də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli NDM 029335 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 706.72 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, özü ailəsi ilə birlikdə Bakıda yaşalarda o, yaşadığı evdə istifadə etdiyi elektrik enerjisinin dəyərini mütəmadi olaraq və tam şəkildə ödəmişdir. Yaşadığı evə aid elektrik sayğacında heç vaxt kənar xətt olmamış, sayğaca da hər hansı müdaxilə edilməmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən heç bir qanuni əsas olmadan akt tərtib olunmuş və həmin akt əsasında onun hesabına 706.72 manat cərimə borcu yazılmışdır. Hesab edir ki, cavabdeh tərəfindən onun hesabına yazılmış 706.72 manat borc silinməlidir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı iddiaçının və cavabdehin nümayəndəsinin izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin, tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna aid olan abonentlərə aid xx.xx.2022ci il tarixli NDM 029335 saylı aktın, abunə haqqında xx.xx.2024-cü il tarixədək olan göstəricilərdən çıxarış ilə müəyyən edildi ki, iddiaçı Bakı şəhərində yaşayır. "xxxx" ASCnin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı fərdi yaşayış evinin elektrik xəttinə və sayğacına baxış keçirilərək “X1 Qaydaları”na uyğun olaraq elektirik sayğacına baxış keçirən zaman məlum oldu ki, abonent 0,4-kv dayağdan sayğaca gələn xətti sayğacın çıxış xəttinə birləşdirməklə sayğacı dövrədən kənarlaşdırmışdır. Xəttin birləşdiyi yer yüksəkdə olduğundan yükü ölçmək olardı. Kənar xətti naqilin en kəsiyindən ölçüsü 2x10 mm alüminimdur. Tələb: Hesablanmış məbləğ tam ödənilsin. Kənar xətt ləğv olunsun”. Həmin aktı "xxxx" ASC-nin əməkdaşları C.Səlimov və N.Qurbanov imzalamışlar. Məişət abonentinin həmin aktda imza etməli olduğu qrafa boş qalmış, eyni zamanda, akt hal şahidləri tərəfindən imzalanmamışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş həmin akt üzrə iddiaçının yaşadığı evdə itirilmiş elektrik enerjisinin olması qeyd edilmiş və həmin itirilmiş elektrik enerjisinin dəyərinin ödənilməsi iddiaçıdan tələb edilmişdir. Hazırda iddiaçı "xxxx" ASC-nin əməkdaşları tərəfindən onun barəsində verilmiş xx.xx.2022-ci il tarixli NDM 029335 saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında onun hesabına işlənmiş 706.72 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi sayğacdan kənar elektrik xəttinə qoşulmadığını və belə bir xəttdən istifadə etmədiyini, yaşadığı evdə X1yə görə hər hansı miqdarda borcu olmadığını, habelə, həmin evdə daimi yaşamasa da, istifadə etdiyi elektrik enerjisinin dəyərini sərfiyyat göstəricilərinə uyğun olaraq mütəmadi olaraq vaxtında ödədiyini bildirir. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirmiş və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən hazırki iddia tələbinə etirazların əsası olaraq məhkəməyə yalnız xx.xx.2022-ci il tarixli NDM 029335 saylı akt təqdim edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “X1 Qaydaları”nın 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin qaydaların 8.17-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-1-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 8.1-ci bəndində əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, enerji təchizatı müəssisəsinin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM 029335 saylı akt istehlakçı, yəni hazırki iş üzrə iddiaçı tərəfindən imzalanmamış, onun aktı imzalamaqdan imtina etdiyi barədə aktda müvafiq qeyd aparılmışdır. Bununla belə, enerji təchizatı müəssisəsinin iddiaçı tərəfindən yol verildiyini iddia etdiyi pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmış olması ilə bağlı sübutlar həmin müəssisə, yəni hazırki iş üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, iddiaçının elektrik enerjisindən sayğacdan kənar, yəni sui-istifadə etmiş olması cavabdeh tərəfindən iddia edildiyindən hazırki işdə həmin halları sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə düşür. Lakin cavabdeh məhkəməyə hər hansı sübut, o cümlədən, iddiaçı tərəfindən yol verildiyi iddia edilən pozuntunun texniki vasitələrlə qeydə alınmış olmasına dair foto və ya videoçəkilişi məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəflərin dəlillərini müqayisəli şəkildə araşdıraraq və qeyd olunan prosessual hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, xx.xx.2022-ci il tarixli NDM 029335 saylı Akt tərtib edilərkən “X1 Qaydaları”nın qeyd olunan müddəlarının tələbləri pozulmuşdur. İtirilmiş elektrik enerjisinin dəyəri olaraq 706.72 manat vəsait də xx.xx.2022-ci il tarixli NDM 029335 saylı akt əsasında tələb edildiyindən məhkəmə hesab edir ki, istehlakçıdan itirilmiş enerjinin dəyəri olaraq hər hansı məbləğdə vəsaitin tələb edilməsi əsassızdır. Həmin əsaslara və qeyd olunan qanunvericilik normalarının tələbinə görə məhkəmə qərara gəlir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM 029335 saylı akt qanunvericiliyin tələblərinə cavab vermədiyinə və itirilmiş elektrik enerjisinin dəyəri olaraq hesablanmış 706.72 manat borc da həmin akt əsasında tələb edildiyinə görə iddiaçının iddia tələbi təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt əsasında iddiaçının hesabına işlənmiş itirilmiş elektrik enerjisinin dəyəri olaraq hesablanmış 706.72 manat borcun silinməsinə dair qətnamə qəbul edilməlidir. İddia tələbinin "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM 029335 saylı aktın etibarsız hesab edilməsinə dair hissəsi üzrə icraata məhkəmənin xx.xx.2024cü il tarixli qərardadı ilə xitam verildiyi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli akt əsasında İddiaçının hesabına işlənmiş itirilmiş elektrik enerjisinin dəyəri olaraq hesablanmış 706.72 manat borc məbləği silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-1163/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1163/2024
11.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver