Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1164/2023 28.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 Haxverdi qızına qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, "xxxx" MMC ilə cavabdehlər Cavabdeh1 Famil oğlu və Cavabdeh2 Haxverdi qızı arasında bağlanmış 00090304 saylı - xx.xx.2019-cu il tarixli Nisyə Alqı- Satqı Müqaviləsi üzrə nisyə satılmış mallara görə yaranmış qalıq borc 170.00 AZN, gecikdirilmiş hər günə görə hesablanmış 90.00 AZN faiz pulu, 00100973 saylı - xx.xx.2019-cu il tarixli Nisyə Alqı-Satqı Müqaviləsi üzrə nisyə satılmış mallara görə yaranmış qalıq borc 662.00, gecikdirilmiş hər günə görə hesablanmış 150.00 faiz borcu, 00106899 saylı, xx.xx.2019cu il tarixli Nisyə Aqı-Satqı Müqaviləsi üzrə nisyə satılmış mallara görə yaranmış qalıq borc 276.00 AZN, gecikdirilmiş hər günə görə hesablanmış 110.00 faiz pulu, ümumilikdə 1458.00 azn pul vəsaitinin və iddianın qaldırılması üçün ödənilmiş 34.94 AZN cavabdehlərdən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (Müqavilə üzrə Satıcı) ilə vətəndaş Cavabdeh1 Famil oğlu və Cavabdeh2 Haxverdi qızı (Müqavilə üzrə Alıcı) arasında 00090304 saylı, xx.xx.2019-cu il tarixli Nisyə Alqı-Satqı Müqaviləsi, xx.xx.2019cu il tarixli 00100973 saylı Nisyə Alqı-Satqı Müqaviləsi və xx.xx.2019-cu il tarixli 00106899 saylı Nisyə Alqı-Satqı müqaviləsi bağlanmışdır. Bu müqavilələr əsasında Alıcıya "xxxx" MMC tərəfindən müqavilədə qeyd olunan "Mal" satılmışdır. Alıcı Cavabdeh1 Famil oğlu və Cavabdeh2 Haxverdi qızı isə öz növbəsində müqavilə şərtlərinə uyğun olaraq vaxtında ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər ödənişlərində alqı-satqı müqaviləsinin şərtlərini pozaraq cədvələ uyuğun ödəniş etməkdən yayınmışdır. İddiaçı tərəfindən Samir Famil oğluna və Cavabdeh2 Haxverdi qızına dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar, müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən imtina etmişlər. Bu səbəbdəndən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, Satıcı ilə Alıcı arasında bağlanmış 00090304 saylı, xx.xx.2019-cu il tarixli Nisyə Alqı-Satqı Müqaviləsindən irəli gələn ümumi 316.00 (üç yüz on altı) AZN məbləğindən bu günə qədər cavabdehlər Cavabdeh1 Famil oğlunun və Cavabdeh2 Haxverdi qızının 146.00 (yüz qırx altı) AZN ödənişi olmuş və hal-hazırda 170.00 (yüz yetmiş) AZN məbləğində borcu qalmaqdadır. Cavabdehlər Cavabdeh1 Famil oğlu və Cavabdeh2 Haxverdi qızı ilə "xxxx" MMC ararında bağlanmış X1 6.2-ci bəndinə əsasən (Alıcı ödəmələrin həyata keçirməsini gecikdirərsə 10 gün gecikmədən sonra hər gecikdirilən gün üçün gecikən ödənişin 1 %-i məhsula əlavə qiymət hesablanacaq). Bu bəndə əsasən Cavabdeh1 Famil oğlu və Cavabdeh2 Haxverdi qızının ödənilməmiş borc məblcÇ 170.00 AZN, gecikdirilən günlər üçün hesablanan faiz pulu 90.00 AZN təşkil etməklə, cavabdehlərin müqavilə öhdəliyi üzrə ödəməli olduğu qalıq məbləğ 260.00 AZN təşkil edir. Satıcı ilə Alıcı arasında bağlanmış 00100973 saylı, xx.xx.2019-cu il tarixli Nisyə Alqı-Satqı müqaviləsindən irəli gələn ümumi 852.00 (səkkiz yüz əlli iki) AZN məbləğindən bu günə qədər cavabdehlər Cavabdeh1 Famil oğlunun və Cavabdeh2 Haxverdi qızının 190.00 (yüz doxsan) AZN ödənişi olmuş və hal-hazırda 662.00 (altı yüz altmış iki) AZN məbləğində borcu qalmaqdadır. Cavabdehlər Cavabdeh1 Famil oğlu və Cavabdeh2 Haxverdi qızı ilə "xxxx"MMC ararında X1 6.2-ci bəndinə əsasən (Alıcı ödəmələrin həyata keçirməsini 10 gün gecikmədən sonra hər gecikdirilən gün üçün gecikən ödənişin 1%-i məhsula əlavə qiymət hesablanacaq). Bu bəndə əsasən Cavabdeh1 oğlu və Cavabdeh2 Haxverdi qızının ödənilməmiş borc məbləği 662.00 AZN, gecikdirilən günlər üçün hesablanan faiz pulu 150.00 AZN təşkil etməklə, cavabdehlərin müqavilə öhdəliyi üzrə ödəməli olduğu qalıq məbləğ 812.00 AZN təşkil edir. Satıcı ilə Alıcı arasında bağlanmış 00106899 saylı, xx.xx.2019-cu il tarixli Nisyə Alqı-Satqı müqaviləsindən irəli gələn ümumi 552.00 (beş yüz əlli iki) AZN məbləğindən bu günə qədər cavabdehlər Cavabdeh1 Famil oğlunun və Cavabdeh2 Haxverdi qızının 274.00 (iki yüz yetmiş dörd) AZN ödənişi olmuş və hal-hazırda 276.00 (iki yüz yetmiş altı) AZN məbləğində borcu qalmaqdadır. Cavabdehlər Cavabdeh1 Famil oğlu və Cavabdeh2 Haxverdi qızı ilə "xxxx" MMC ararında bağlanmış X1 6.2-ci bəndinə əsasən (Alıcı ödəmələrin həyata keçirməsini gecikdirərsə 10 gün gecikmədən sonra hər gecikdirilən gün üçün gecikən ödənişin 1 %-i məhsula əlavə qiymət hesablanacaq). Bu bəndə əsasən Cavabdeh1 Famil oğlu oğlu və Cavabdeh2 Haxverdi qızının ödənilməmiş borc məbləği 276.00 AZN, gecikdirilən günlər üçün hesablanan faiz pulu 110.00 AZN təşkil etməklə, cavabdehlərin müqavilə öhdəliyi üzrə ödəməli olduğu qalıq məbləğ 386.00 AZN təşkil edir. İddiaçı tərəfindən dəfələrlə Cavabdeh1 və Cavabdeh2 ödənişin həyata keçirilməsi üçün müraciət olunsa da, nəticəsiz qalmış, cavabdehlər ödənişləri həyata keçirməkdən qərəzli şəkildə imtina elmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. xx.xx.2023-cü il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 Haxverdi qızına göndərilməsinə baxmayaraq, sonuncular iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişlər. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 Famil oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00090304 saylı nisyə alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Famil oğluna 316 manat məbləğində 1 ədəd Samsung A 10 markalı telefon, təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 00090304 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Haxverdi qızı nisyə satış müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 Famil oğlunun xx.xx.2019-cu il tarixli 00090304 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 170 AZN əsas borc, cərimə borcu 90 manat, müqavilə müddəti üçün gecikdirilmiş və tələb olunan faiz 0(sıfır), dəbbə pulu 1%, ümumi 260 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 Famil oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00100973 saylı nisyə alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Famil oğluna 508.14 manat məbləğində 1 ədəd Samsung A 205 Red markalı telefon və 1 ədəd Honor 8S Black markalı telefon təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 00100973 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Haxverdi qızı nisyə satış müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 Famil oğlunun xx.xx.2019-cu il tarixli 00100973 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 662 AZN əsas borc, cərimə borcu 150 manat, müqavilə müddəti üçün gecikdirilmiş və tələb olunan faiz 0(sıfır), dəbbə pulu 1%, ümumi 812 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 Famil oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00106899 saylı nisyə alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Famil oğluna 417.04 manat məbləğində 1 ədəd Samsung A 105 black markalı telefon və 1 ədəd çörək bişirən Supra BMS 250 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 00106899 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Haxverdi qızı nisyə satış müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 Famil oğlunun xx.xx.2019-cu il tarixli 00106899 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 276 AZN əsas borc, cərimə borcu 110 manat, müqavilə müddəti üçün gecikdirilmiş və tələb olunan faiz 0(sıfır), dəbbə pulu 1%, ümumi 386 manat borcu vardır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 34.98 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00090304 saylı nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli 00090304 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00100973 saylı nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli 00100973 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00106899 saylı nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli 00106899 saylı zaminlik zaminlik müqaviləsi bağlanmışdır. İşin faktiki hallarına əsasən tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00090304 saylı nisyə alğı-satqı müqaviləsindən görünür ki öhdəliyin icrası müddəti 6 ay müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00100973 saylı nisyə alğı-satqı müqaviləsindən görünür ki, öhdəliyin icrası müddəti 12 ay müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00106899 saylı nisyə alğı-satqı müqaviləsindən görünür ki, öhdəliyin icrası müddəti 12 ay müəyyən edilmişdir. Göründüyü kimi, öhdəliklər tərəflər arasında bağlanmış müqavilədən əmələ gəlmiş və Cavabdeh1 götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Məhkəmə digər Cavabdeh2 münasibətdə qeyd edir ki, onun öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2019-cu il tarixli müqavilə üzrə 24 yanvar 2020-ci il tarixdə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 16 oktyabr 2020-ci il tarixdə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə 18 dekabr 2020-ci il tarixdə bitmişdir. Lakin kreditor olaraq iddiaçı xx.xx.2019-cu il tarixli müqavilə üzrə 24 yanvar 2021-ci il, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 16 oktyabr 2021-ci il, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə 18 dekabr 2021-ci il tarixədək icra edilməmiş öhdəlik üzrə zaminə qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilmişdir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında Qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Cavabdeh2 münasibətdə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia tələbi qismən təmin edilməli, 00090304 saylı - xx.xx.2019-cu il tarixli Nisyə Alqı- Satqı Müqaviləsi üzrə nisyə satılmış mallara görə yaranmış qalıq borc 170.00 AZN, gecikdirilmiş hər günə görə hesablanmış 90.00 AZN faiz pul, 00100973 saylı xx.xx.2019-cu il tarixli Nisyə Alqı-Satqı Müqaviləsi üzrə nisyə satılmış mallara görə yaranmış qalıq borc 662.00, gecikdirilmiş hər günə görə hesablanmış 150.00 faiz borcu, 00106899 saylı, xx.xx.2019-cu il tarixli Nisyə Aqı-Satqı Müqaviləsi üzrə nisyə satılmış mallara görə yaranmış qalıq borc 276.00 AZN, gecikdirilmiş hər günə görə hesablanmış 110.00 faiz pulu, ümumilikdə 1458.00 azn pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş 34.94 AZN Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilməlidir. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 00090304 saylı - xx.xx.2019-cu il tarixli Nisyə Alqı-Satqı Müqaviləsi üzrə nisyə satılmış mallara görə yaranmış qalıq borc 170.00 AZN, gecikdirilmiş hər günə görə hesablanmış 90.00 AZN faiz pul, 00100973 saylı - xx.xx.2019-cu il tarixli Nisyə Alqı-Satqı Müqaviləsi üzrə nisyə satılmış mallara görə yaranmış qalıq borc 662.00, gecikdirilmiş hər günə görə hesablanmış 150.00 faiz borcu, 00106899 saylı, xx.xx.2019-cu il tarixli Nisyə Aqı-Satqı Müqaviləsi üzrə nisyə satılmış mallara görə yaranmış qalıq borc 276.00 AZN, gecikdirilmiş hər günə görə hesablanmış 110.00 faiz pulu, ümumilikdə 1458.00 azn pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş 34.94 AZN Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-1164/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1164/2023
28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver