Məhkəmə qərarları › İş №2(049)-1191/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1191/2023

12.06.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1191/2023 12.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, Ərizəçi “Şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə hazırlıq iclasında 12 iyun 2023-cü il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi, X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək sonuncunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. O, məhkəməyə ərizə ünvanlayaraq oğlunun xx.xx.2023-cü il tarixdə vəfat etdiyini və bu səbəbdən ərizənin baxılmamış saxlanılmaqla ödənilmiş 100 manat dövlət rüsumunun geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işi və Ərizəçi ərizəsini nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1.-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8.ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiacının vəsatəti əsasında ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 170.1.-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən isə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, iş üzrə icraata xitam verilir. Məhkəmə iddiaçının iddia ərizəsi üzrə mülki işin baxılmamış saxlanılması tələbinə qiymət verərək qeyd edir ki, qanunvericilikdə məhkəmə hazırlıq iclasında mülki işin baxılmamış saxlanılması nəzərdə tutulmamışdır. Məhkəmə hazırlıq iclasında iddia ərizəsinin geri qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, ərizəçi ərizəsi üzrə mülki işin baxılmamış saxlanılmasını tələb etsə də, əslində o, ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmə hazırlıq iclasından geri qaytarılmasını nəzərdə tutmuşdur. Buna görə də məhkəmə hesab edir ki, ərizə, ona əlavə edilmiş sənədlər və 100 manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi ərizəsi təmin olunsun. Ərizəçi “Şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizə, ona əlavə edilmiş sənədlər və 100 manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar