Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1219/2024 20.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «dəymiş ziyan üzrə hesablanmış borc məbləğinin azaldılması» tələbi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «dəymiş ziyan üzrə hesablanmış borc məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azəriqaz“ İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli və 02 fevral 2024-cü il tarixli, ******* nömrəli, “Təbii X2nın pozulması haqqında” aktları əsasında istehlakçı kimi ona hesablanmış 5028.48 manat ümumi borcun azaldılaraq hər iki akt üzrə həqiqi borcun 628.56 manat təşkil etməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **********07280 nömrəli abonent kodu ilə “Azəriqaz” İstehsalat Birliyində istehlakçı kimi qeydiyyatdadır. Maddi vəziyyətinin pis olması səbəbindən sayğacdan kənar qazdan istifadəyə görə 19 sentyabr 2022-ci il tarixli, “Təbii X2nın pozulması haqqında” ******* nömrəli aktla ona 15984 m3 həcmində, yəni 1918.08 manat məbləğində və 02 fevral 2024-cü il tarixli, “Təbii X2nın poulması haqqında”kı ******* nömrəli aktla, ona 25920 m3 həcmində, yəni 3110.40 manat məbləğində, cəmi 5028.48 manat məbləğində borc hesablanmışdır. Həmin borc cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il, 12 may tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarf’nm (bundan sonra 80 saylı Qərar) müvafiq bəndlərinin tələbləri pozulmaqla hesablanmışdır. İddia ərizəsi üzrə tələbi - qaz Təchizatı haqqında qanunvericiliyin tələblərinin pozulması ilə dəymiş ziyan üzrə hesablanmış ümumi borc məbləğinin azaldılmasından ibarətdir. Hesablanmış borc məbləğləri qaz Təchizatı haqqında qanunvericiliyin tələblərinə uyğun hesablanmadığından ümumi məbləği azaldılmalıdır. Həmin borc məbləğlərinin azaldılmasının qanuni olmasını aşağıdakılarla təsdiq edir: xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii X2nın pozulması haqqında”kı akt və həmin akt əsasında tərtib edilmiş “Tələbnamə” sənədində saxtakarlığa və qulluq mövqeyindən sui-istifadə halına yol verilmişdir. Belə ki, evindəki su qızdırıcısı olan “Kombi” elektrik enerjisi ilə işlədiyindən səhvən qazın alqı-satqısı müqaviləsinə salınmışdır. Həm də səhvən həmin cihaz üzrə borc hesablanmışdır. “Müqavilədə PQ 4 qaz cihazının olması qeyd edilməsinə və faktiki olaraq evində PQ-4 qaz cihazı olmasına baxmayaarq “Tələbnamə” sənədinin “Dəymiş ziyanın hesablanması” bölümdə evimdə PQ-5-in olması qeyd edilmişdir. ******* nömrəli “Təbii X2nın pozulması haqqında”kı akt üzrə tərtib edilmiş “Tələbnamə” sənədinin “Dəymiş ziyanın hesablanması” bölümündə qazdan istifadə halının 180 gün və hər gün istifadə müddətinin 24 saat olmağı nəzərdə tutulmuşdir. Amma 80 saylı “Qərar”ın 6.5-3 bəndində qanunsuz qoşulma halında məişət abonentlərinə sutkanın 12 saat, 80 saylı qərarın 6.5-2 bəndində məişət qaz abonentləri üçün dəymiş ziyanın hesablanması isə 3 (üç) aydan çox olmaması nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələblərinə əsasən ona 180 gün, yəni 6 ay deyil, 90 gün, yəni 3 ay müddətində və sutkada 24 saat deyil, 12 saat ərzində dəymiş ziyan hesablana bilər. Ona görə də xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə dəymiş ziyan 80 saylı qərarın tələblərinə əsasən aşağıda göstərilən qaydada hesablanmalıdır: 180 günə, yəni 6(altı) aya hesablanmış borcun məbləği 3(üç) aya endirilməlidir.Yəni, 6 aya hesablanmış 1918.08 manat borc məbləği 3 aya. yəni 2( iki) yerə bölündükdə borcun məbləği 959.04 manat olur. Qanunsuz qoşulma halı məişət abonentləri üçün 24 saat deyil, 12 saat (24 'aat çıxılsın 12 saat) hesablanmalı olduğu üçün yerdə qalan 959.04 manat yenə 2ı iki) yerə bölünməlidir. Həmin 959.04 manat 2(iki) yerə bölündükdə yerdə 479.52 manat qalır. Evimdəki qaz cihazı olan “Kombi” elektrik enerjisi ilə işlədiyindən xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə 479.52 manatdan “Kombinin sərtıyyatı çıxılmalıdır (Kombi daha çox qaz istehalk etməsinə baxmayaraq). Yəni sərfiyyat hər iki qaz cihazı üçün eyni götürüldükdə 479.52 manat məbləğ 2 yerə bölünməlidir. Belə olduqda xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt -izrə ona 239.76 manat dəymiş zivan üzrə borc hesablana bilər. Deməli xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə dəymiş ziyan üçün borc 1918.08 manat deyil, 239.76 manat hesablana bilər. 02 fevral 2024-cü il tarixli, ******* nömrəli “Təbii X2nın pozulması haqqında”sayğacdankənar qoşulma halı üzrə “Tələbnamə” sənədinin “Dəymiş ziyanın hesablanması” bölümündə qazdan istifadə halının 360 gün və hər gün 12 saat olmağı qeyd edilmişdir. 12 saat ərzində qaz istehlakı düzgün nəzərdə tutulmasına baxmayaraq, amma dəymiş ziyan üzrə borc məişət abonentləri üşün 360 gün, yəni 12 ay üçün deyil, 80 saylı Qərarın 6.5-2 bəndinə əsasən 3(üç) aydan çox hesablana bilməz. Deməli, 02 fevral 2024-cü il tarixli, ******* nömrəli “Təbii X2nın pozulması haqqmda”kı akt üzrə dəymiş ziyan 12 ay üçün 3110.40 manat hesablandığından cavabdeh tərəfindən növbəti qulluq mövqeyindən sui-istifadə və saxtakarlıq halına yol vermişdir. Ona görə də qanunsuz hesablanmış 3110.40 manat dəymiş ziyan məbləği 12 aya bölündükdə hər ayın hesabına 259.2 manat dəymiş ziyan məbləği düşür. Bir ayın məbləği qanunvericilikdə nəzərdə tutulmuş 3(üç) aya vurulduqda ( 259.2 x 3 aya) dəymiş ziyan məbləği ******* nömrəli akt “ Kombi” cihazı da işlədiyi təqdirdə borc məbləği 777.6 manat təşkil etmiş olardı.Lakin həmin məbləğdən elektrik enerjisi ilə işləyən “Kombi” cihazı üçün hesablanmış sərfıyyat çıxılmalıdır. (Kombi daha çox qaz istehalk etməsinə baxmayaraq) Yəni, 777.6 manat 2 yerə bölünməlidir. 777.6 manat 2 yerə bölündükdə, PQ-4 qaz cihazı ilə hesablanan dəymiş ziyan üzrə borc 388,8 manat təşkil edir. Deməli, xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt üzrə ona 388.8 manat dəymiş ziyan üzrə borc hesablana bilər. Yuxarıda qeyd edilən hər iki akta görə ümumilikdə mənə ( 239.76 +388.8) cəmi 628,56 manat dəymiş ziyan üzrə borc hesablan bilər. Onunla bağlanılan qazın alqı-satqısı barədə olan müqavilənin 5.2-ci bəndinbə əsasən cavabdeh birtərəfli qaydada ona dəymiş ziyan üzrə borc hesablaya bilməz. Belə hallarda qarşılıqlı anlaşma olmadıqda tərəflər məhkəməyə müraciət edə bilərlər. Lakin cavabdeh, birtərəfli qaydada ona iki dəfə dəymiş ziyan üzrə borc hesablamış, müvafiq olaraq həmin borcları onun adına olan “Abonent Saldosu” sənədinin 2022-ci ilin sentyabr ayı üzrə 1918,08 manat və 2024-cü ilin yanvar ayı üzrə 3110.40 manat borc yükləmişdir. Bu da qaz Təchizatı üzrə qəbul edilmiş qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması deməkdir. 02 fevral 2024-cü il tarixdə dəymiş ziyan üzrə mənə 3110.40 manat borc hesablanmasına baxmayaraq, həmin dəymiş ziyan məbləği ondan bir ay əvvəl, yəni 2024-cü ilin yanvar ayında “Abonent Saldosu sənədində mənim adıma yüklənilmişdir. Yuxarıda qeyd edilən sübutlara görə qaz Təchizatı haqqında qanunvericiliyin tələblərinə görə cavabdehə dəymiş ziyan üzrə ona 628.56 manat məbləğində borc hesablana bilər. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi və iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: “Azəriqaz” X1 X3 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 19 sentyabr 2022ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Lənkəran rayonu Şiləvar kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə olunduğu aşkar edilmişdir. Həmin aktda qeyd edilən ünvanda iki ədəd qaz cihazından: 20 litrlik qənaətli su qızdırıcısı və PQ-5 sobasından istifadə edildiyi qeyd edilmişdir. Həmin akt “Azəriqaz” X1 X3 İdarəsinin əməkdaşları və abonent İddiaçı tərəfindən imzalanmışdır. “Dəymiş ziyanın bərpasına dair” 20 sentyabr 2022-cü il tarixli tələbnamədən görünür ki, həmin tələbnamə əsasında abonent İddiaçı 19 sentyabr 2022-ci il tarixli, ******* nömrəli akta əsasən, qaz sayğacının nominal saatlıq qaz sərfinin 4 kub metr/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün PQ-5 qaz sobası üçün saatlıq qaz sərfi 1,5 kub.metr olmaqla 1,5 X 24 X 180 = 6.480 kub.metr, Qənaətli su qızdırıcısı üçün saatlıq qaz sərfi 2,2 kub.metr olmaqla 2,2 X 24 X 180 = 9.504 kub.metr qaz itkisinə görə borc hesablanmışdır. Abonentin saldosundan görünür ki, 20 sentyabr 2022-cü il tarixli tələbnaməyə əsasən, abonent İddiaçı 1.918,08 manat borc hesablanmışdır. “Azəriqaz” X1 X3 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 02 fevral 2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Lənkəran rayonu Şiləvar kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə olunduğu aşkar edilmişdir. Həmin aktda qeyd edilən ünvanda iki ədəd qaz cihazından: 20 litrlik qənaətli su qızdırıcısı və PQ-5 sobasından istifadə edildiyi qeyd edilmişdir. Həmin akt “Azəriqaz” X1 X3 İdarəsinin əməkdaşları tərəfindən imzalanmışdır. “Dəymiş ziyanın bərpasına dair” 09 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, həmin tələbnamə əsasında abonent İddiaçı 02 fevral 2024-ci il tarixli, ******* nömrəli akta əsasən, qaz sayğacının nominal saatlıq qaz sərfinin 6 kub metr/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün PQ-5 qaz sobası və qənaətli su qızdırıcısı üçün saatlıq qaz sərfi 6 kub.metr olmaqla 6 X 12 X 360 = 25.920 kub.metr qaz itkisinə görə borc hesablanmışdır. Abonentin saldosundan görünür ki, 09 fevral 2024-cü il tarixli tələbnaməyə əsasən, abonent İddiaçı 3.110,40 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsində əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Qeyd olunan Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki,: Abonent İddiaçı yaşadığı Lənkəran rayonu, Şiləvar kəndinyerləşən fərdi yaşayış evində sayğacdan kənar boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə olunduğu aşkar edilərək, bu barədə xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixlərdə müvafiq aktlar tərtib edilmiş və tərtib edilmiş 20.09.22-ci il və xx.xx.2024-cü il tarixli tələbnamələr əsasında abonentə itirilmiş qazın bərpası üçün borc hesablanmışdır. Hər iki akt üzrə itirilmiş qazın bərpasına borc abonentin istifadəsində olan PQ-5 qaz sobası və qənaətli su qızdırıcısı qaz cihazlarına dair hesablanmışdır. İddiaçı iddia tələbində yaşadığı evdə qənaətli su qızdırıcısından təbii qazdan deyil, elektrik enerjisi vasitəsilə istifadə etdiyini qeyd etməsinə baxmayaraq, “təbii X2nın pozulması haqqında” tərtib edilmiş xx.xx.2022-ci il tarixli imzalamışdır ki, bu hal da məhkəmə tərəfindən onun abonentin onun istifadəsində olan qaz cihazlarının istifadəsinin etiraıə kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, «X2»na 2 nömrəli əlavədə verilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləninin 2.1.7-ci bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifəsidir. Paylayıcı yalnız qaz sayğacının göstəricisinə əsasən istifadə olunan qazın həcminin və dəyərinin tam və dəqiq uçotunu aparmalıdır. "X2"nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına 7 keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1 -ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıda qeyd edilən qanuvericilik normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən abonent İddiaçı itirilmiş qazın bərpası ilə əlaqadar borc düzgün hesablanmamışdır. Belələliklə məhkəmə qeyd edilənlərə və iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, itirilmiş qazın bərpası üçün abonent İddiaçı borc aşağıdakı qaydada hesablanmalıdır: 0346814 nömrəli xx.xx.2022-ci il tarixli akta əsasən: PQ-5 qaz sobası üçün 1,5 X 12 X 90 = 1.620 kub.metr, Qənaətli su qızdırıcısı üçün 2,2 X 12 X 90 = 2.376 kub.metr Cəmi: 3.996 kub.metr. – 479,52 manat borc 0412654 nömrəli xx.xx.2024-cü il tarixli akta əsasən: PQ-5 qaz sobası və qənaətli su qızdırıcısı üçün 6 X 12 X 90 = 6.480 kub.metr Cəmi: 6.480 kub.metr. – 777,60 manat borc. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın qiyməti 4.399,92 manat təşkil etdiyindən «Dövlət rüsumu haqqında» Qanunun 8.1-ci maddəsinə görə həmin məbləğə dair müəyyən olunmuş dövlət rüsumunun məbləği 63,99 manat təşkil edir. İddia qismən əsaslı olduğundan cavabdehdən 63,99 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı (abonent kodu: **********07280) “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii X2nın pozulması haqqında” ******* nömrəli xx.xx.2022-ci il tarixli akta əsasən “itirilmiş qazın bərpası üçün” hesablanmış borcun məbləği azaldılaraq 3.996 kub.metr. qaz itkisinə görə – 479,52 manat, ******* nömrəli xx.xx.2024-cü il tarixli akt əsasında hesablanmış borcun məbləği azaldılaraq 6.480 kub.metr. qaz itkisinə dair – 777,60 manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 63,99 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1219/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1219/2024
20.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver