Məhkəmə qərarları › İş №2(049)-1220/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1220/2024

17.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1220/2024 17.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azəriqaz“ İstehsalat Birliyinin nümayəndələri tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib etdikləri 31 iyul 2023-cü il tarixli ******* nömrəli aktın əsasında abonentin saldosu uzrə hesablanaraq tərtib edilmiş 777 manat 60 qəpik (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) borcun bocun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçı yaşadığı evdə elektrik enerjisi və təbii qazdan istifadə edir. Həyətinin kənarında köhnə sayğac sökülərək əvəzinə yeni sayğac quraşdırılmışdır. Həmin vaxt o, evdə olmamışdır. Sonradan ona məlum olub ki, evinin qaz sayğacının istismar vaxtı bitdiyi üçün sayğac dəyişdirilərək yenisi ilə əvəz olunub. Həmin yeni sayğac tam işlək vəziyyətdə olmaqla normal işləmişdir. Ancaq sonradan qaz sayğaclarına, nəzarət edən şəxs ona bildirdi ki, sayğaca cərimə hesablanıb. O, belə bir şeyin ola bilməyəcəyini deyib X1 İdarəsinə gedib qeyd olunan məsələ ilə maraqlanıb. Orada ona bildirdilər kı, sayğaca baxış keçirilərkən hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmiş və 31 iyul 2023-cü il tarixdə bu barədə ******* nömrəli akt tərtib edilərək sayğac istismara yararsız olmuş və labaratoriyaya göndərilib və sayğaca müdaxilə olunduğu qənaətinə gəliblər. O, qaz sayğacına müdaxilə olduğuna etiraz edib. Ancaq ona bildiriblər ki, nə qədər ki, bu barədə akt tərtib olunub, cərimənin tətbiq olunması düzgün deyil lakin onlar özləri cərimə tətbiq olunması barədə qərarı dəyişdirə bilməzlər. Sənədlərin surətini ona verirək bu qərarın ləğv olunması üçün məhkəməyə müraciət edə bilər. X2 istismaı İdarəsinə ərizə ilə müraciət edib aktların surətini təsdiq edərək ona təqdim etmələrini xahiş edib və həmin sənədlərin surəti təsdiq edilib ona təqdim olunmuşdur. Yaşadığı evin qaz pulunu mütəmadi olaraq vaxtı-vaxtında ödəmişdir. Həmin qaz sayğacı Qaz İdarəsinin işçiləri tərəfindən küçədə quraşdırılmışdır. Keçən müddət ərzində Qaz İstismar İdarəsinin əməkdaşları həmişə gəlib yoxlayıblar və sayğacla əlaqədar heç vaxt heç bir problem olmamışdır. 20 fevral 2023-cı ıl tarixdə Qaz İdarəsinin işçiləri onun evinin qaz sayğacını onun iştiraki ilə sökub yenisi ilə əvəz edərək bu barədə müvafiq akt tərtib etmişər. Həmin aktda qeyd edilmişdir ki, qaz xəttində sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilmədən quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş və qaz sayğacı abonent olaraq ona təhvil verilmişdir. Ancaq həmin aktın sonunda qaz sayğacının toxunulmazlığına cavabdeh şəxsin kim olduğu göstərilməmişdir. Lakin sonradan həmin aktı tərtib edən şəxs sayğacın və plombun yoxunulmazlığına cavabdeh şəxsin qarşısında onun soyadı yazmışlar. Yəni bildirmək istəyir ki, həmin vaxtı qaz sayğacı quraşdırılarkən onda heç bir qüsur aşkar edilməmişdir. Daha sonra ona məlum olmuşdur ki, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 iyul 2023cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir ki, guya həmin sayğac Azəriqaz" istehsalat Birliyinin Labaratoriyasında yoxlanılıb və müəyyən edilmişdir kı, sayğaca baxış keçirilərkən hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. Ona görə də dəymiş ziyan hesablanaraq ödənişə cəlb edilmiş, cərimə edilmiş. Bir daha qeyd edir ki, həmin sayğac Qaz İdarəsinin işçiləri tərəfindən küçədə quraşdırılmışdır və onun və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olmamışdır. Onu da bildirmək istəyirəm ki, o və ailə üzvləriylə ümumiyyətlə rusiya Federasiyasında yaşayır həmin evdə az bır müddətlərdə olurlar və küçədə quraşdırılan sayğaca nəzarət etmək vəziyəti olmamaqla buna heç bır imkanı da yoxdur. Əgər sayğac həyətində quraşdırılsaydı, onun təhlükəsizliyinə cavab verə bilərdilər. Ümumiyyətlə isə axı hansı məntiqə sığar ki, qaz sayğacı quraşdırılır və istehlakçı tərəfindən qısa müddət keçdikdən sonra hesablama mexanizminin, qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilir. Hansı ki, sayğacın üstündə qaz idarəsinin işçilərinin qoyduqları plomb həmişə yerində olmuşdur. Onu da qeyd etmək istəyirəm ki, o və ailə üzvləri halal adamlar olmaqla belə bir şeyə heç vaxt ehtiyacımız olmamış və bu barədə düşünməyimiz belə mümkün deyildir. Yəni o və ailə üzvləri təbiətimizdə belə bir şey olmamış, heç vaxt harama əl atmamışlar Həmişə də qaz pulunu vaxtı-vaxtında ödəmişlər. Onda belə çıxır ki, həmin qaz sayğacı qaz idarəsinin işçiləri tərəfindən zədələnilibdir. İddiaçı məhkəmə iclasında izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etdi ki, yaşadığı evdə qazdan istifadə üçün quraşdırılmış qaz sayğacı küçədə yerləşir, o, və ailə üzvləri heç vaxt həmin sayğaca müdaxilə etməmişlər. O, həmin sayğaca müdaxilə üçün məsuliyyət daşımır. İddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib olunaraq iddiaçıya məxsus olan ünvanda qaz sayğacı yenisi ilə əvəzlənmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə ******* qaz sayğac istifadə qaydalarının pozulması” haqqında aktla müəyyən edilmişdir ki, «sayğaca ümümi baxış keçirilmiş və sayğacın Sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olundu. sayğacın istismara yararsızdır. Ona görə də istehlakçı İddiaçı üçün 6480 m3 metr qaz itkisinə görə borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh iddiaçının mənzilinə yeni sayğac quraşdırmış, daha sonra sayğaca müdaxilə ilə əlaqədar ziyana görə akt tərtib etmiş və iddiaçıdan pul tələb etmiş, istehlakçı isə cavabdehin tələbi ilə razılaşmamışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.3 - 4.7-ci bəndlərinə əsasən, qaz sayğacları AİBNDA tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir, qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (qaz sayğacının klapanının işlək vəziyyətdə olmaması və s. halların - iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsi) cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, həmçinin məhkəmə iclasında araşdırılmış hallardan da iddiaçının (istehlakçının) ünvanına qurlaşdırılmış sayğacda yaranmış qüsurların onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında İddiaçı hesablanmış 6480 m3 qaz itkisinə dair 777,60 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt əsasında abonent İddiaçı (abonent kodu **********00000) hesablanmış 6480 m3 qaz itkisinə dair hesablanmış 777,60 manat məbləğində borc silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar