Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-124/2023 25.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Toğrul Məhəmməd oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi İddiaçı İştirakı ilə, İddiaçı cavabdeh X1rşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X1rşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə müəyyən edilmiş qaydada cavabdehlərə məlumat göndərilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X1rşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-124/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-124/2023
25.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver