Məhkəmə qərarları › İş №2(049)-1254/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1254/2024

25.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1254/2024 25.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın əsasında hesablanmış 1555.20 manat borcun silinməsi» tələbinə dair mülki işə 25 aprel 2024-cü il tarixdə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Bbayev Qurban Raufoğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması" haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın əsasında hesablanmış 1555.20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, İstisu qəsəbəsində qeydiyyatda olmaqla orada ailəsi ilə birlikdə yaşayır və **********02380 saylı kod üzrə qaz istelahçısıdır. Yaşadıqları evin öz qaz xətti və öz sayağacı vardır. O bildirir ki mütəmadi olaraq həmişə qaz pulunu vaxtıvaxtında ödəmişdir. Qaz sayağacı onların evinə çoxdan qoyulmuş və heç bir problem də olmamışdır. Cavabdeh Lənkəran RQİİ-nin əməkdaşları da hər ay gəlib sayağacı yoxlamışlar. İstifadə etdikləri sayağacını Cavabdeh Lənkəran RQİİ-nin əməkdaşları yaşadığı ünvanda xx.xx.2022-ci il tarixdə dəyişdirmişdilər. Sayağacın nə səbəbə dəyişdirildiyini soruşanda ona dedilər ki sayağac növbəti dəfə dövlət yoxlanılmasına getməlidir. Cavabdeh Lənkəran RQİİnin əməkdaşları tərəfindən Elster tipli sayğac dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Onu da bildirmişdir ki köhnə sayağacın üzərində plomba olduğunu və Cavabdeh Lənkəran RQİİnin əməkdaşlarınında onu görmüşdülər. Elster tipli sayağac dəyişdirildikdən sonra sayğacın dəyişdirilməsi barədə Cavabdeh Lənkəran RQİİ-nin əməkdaşları tərəıfindən yerindəcə xx.xx.2023-cü il taixli ******* nömrəli akt tərtib olunmuşdur. Son 1 ay ərzində ona məlum olmuşdur ki güya onun Cavabdehnə 1555.20 manat borcu var. O borcu nədən yarandığını öyrənmək üçün Cavabdeh Lənkəran RQİİ-nə getmişdir və orada ona bildirdilər ki, guya sayğacın hesablama mexanizmi keçən qazı həcmini qeyd etmir, sayğac istismara yararsızdır. Bununla bağlı xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Halbu ki onun belə aktdan xəbəri olmadığını və onu aktla heç kim tanış etməmişdir. İddiaçı məhkəməyə müraciət edərək Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması" haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın əsasında hesablanmış 1555.20 manat borcun silinməsi haqqında məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən ona təqdim edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında”kı xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan məlum olur ki, evinin qaz təchizatı xətti üzərindən “Elster” tipli, G-4T markalı, ******* nömrəli qaz sayğacı növbəti dövlət yoxlaması səbəbindən, “əvəz etmə” kimi çıxarılmış və yerinə **********2 nömrəli “Zenner” tipli, G-4T markalı, mexaniki qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacının çıxarılması, yenisinin quraşdırılması və istismara qəbul edilməsi haqqındakı aktın tərtib edilməsindən xəbəri olsa da, o, sayğaca hər hanıs bir müdaxilə etməmiş, bu hal öz əksini həmin aktda da tapmış və buna görə də o, həmin akta imza da etmişdir. Ona verilən Dövlət laboratoriya aktının 89-cu sırasında evinin qaz təchizatı xətti üzərindən çıxarılmış ******* nömrəli qaz sayğacı Xətalar təyin edilə bilmədi. Qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. Sayğacın istismara yararsız olması, qaz itkisi, müdaxilə” rəyi yazılmışdır. Dövlət laboratoriya aktındakı rəyə görə Cavabdeh İB X4 İstismar İdarəsi xx.xx.2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli cərimə aktı tərtib etmiş və itirilmiş qazın bərpası hökmünü vermişdir. Həmin cərimə aktı əsasında xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “Tələbnamə” sənədi üzrə qaz sayğacının normal qaz sərfi 6 m3 orta günlük iş 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi göstərişi verilmişdir. Nəticədə ona 12960 m3 həcmində itirilmiş qaz və aidiyyəti üzrə 1555.20 manat məbləğində cərimə hesablanmışdır. Hesablanmış cərimə məbləği onun adına olan “Abonent Saldosu” cədvəlinin 2024-cü ilin fevral ayı qrafasında qeyd edilmişdir. İstehlakçı olaraq o, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına cavabdeh deyil. Həm də həmin müdaxilə üzrə təqsiri yoxdur. Ona görə də xx.xx.2023-cü il tarixli, ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”kı ******* saylı cərimə aktını qanunsuz və əsassız hesab edir. Ona görə də hesab edir ki, Lənkəran RQİİ əməkdaşları tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın əsasında hesablanmış borc silinməlidir. Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını iştirakı olmadan keçirib iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu, İstisu kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış “Elster” tipli, G-4 markalı,5618881 nömrəli köhnə sayğac ”Zenner” tipli, G-4 markalı, **********2 nömrəli təzə qaz sayğacı ilə əvəz olunmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeydetmir.Kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilmiş, kənar təsir izləri aşkar edilməmiş, sayğac istismara yararsızdır və itirilmiş qazın bərpası barədə hesablamalar aparılaraq istehlakçıya 12960 m3 qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, istehlakçı 2023-cü ilin fevral ayı üçün 1555.20 manat cərimə hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında hazırkı mübahisə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı deyildir. Çünki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı aktdan müəyyən olunur ki, abonentin fərdi evinə quraşdırılmış qaz sayğacından qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeydetmir.Kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilmiş, kənar təsir izləri aşkar edilməmiş, sayğac istismara yarasız olduğu aşkar olunmuşdur. Buna görə də iddiaçı təqsirli hesab olunur və itirilmiş qaza görə hesablanmış ziyanın ödənilməsi tələb edilir. İddiaçı tərəf isə heç bir qanun pozuntusuna yol vermədiyi halda barəsində akt tərtib edilməsində Qaz idarəsinin təqsirli olduğunu bildirir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mübahisə deliktdən yaranmışdır. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının sayğacındakı nasazlıqların onun təqsirli, hüquqa zidd əməlləri nəticəsində əmələ gəlməsi sübuta yetirtilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qaz sayğacındakı nasazlıqlarında iddiaçının təqsirli olması sübuta yetirilmədiyi ücün onun barəsində hesablanmış cərimə ləğv edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlanması labaratoriyasında iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlamasından keçmiş, yoxlama nəticəsində həmin sayğac yararsız hesab olunmuşdur. Buna görə də, sayğacın yararsız vəziyyətə düşməsi iddiaçının təqsiri üzündən baş vermədiyi üçün məhkəmə hesab edir ki, mübahisələndirilən akt əsassında hesablanmış 1555.20 manat borc məbləği ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərtbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında tutulur. İddianın qiyməti 1555.20 manat olduğundan dövlət rüsumu 35,56 manat təşkil eləyir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddia tələbi 1555.20 manat məbləğində borcun silinməsi hissəsində təmin edildiyindən həmin 35,56 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq dövlət hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçının Cavabdehnə qarşı aktın əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli ******* saylı aktın əsasında hesablanmış 1555.20 manat məbləğində borc silinsin. 35,56 manat dövlət rüsumu Cavabdehnə aid edilsin və ondan tutularaq dövlət hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar