Məhkəmə qərarları › İş №2(049)-1256/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1256/2023

06.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1256/2023 06.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh: İddiaçı, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı X11 İstismar İdarəsinin “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə və “Azəriqaz” X3 Məqsud Əziz oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” X2 X12 İdarəsinin tərtib edilmiş təbii qazdan istifadə qaydalarını pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesblanmış 4392 manat qaz borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Lənkəran rayonu, Kosalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı ev mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin evin öz qaz xətti və öz sayğacı vardır. Həmişə də mütəmadi olaraq qaz pulunu vaxtıvaxtında ödəmişdir. Qaz sayğacı ilə bağlı heç bir problemi də olmamışdır. Həmişə də gəlib yoxlamışlar. 31 yanvar 2023-cü il tarixdə Qaz idarəsinin əməkdaşları tərəfindən akt yazılmışdir. Guya əlavə xətt vasitəsi ilə sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifa edirmiş. Əslində sayğacdan kənar istifadə etməmişdir. Baxmayaraq ki, ona 4392 manat cərimə hesablanmışdır. Bu onu göstərir ki, qaz idarəsinin əməkdaşları öz işini layiqincə görməmiş və işin sonunda qanunsuz akt tərtip etmişdir. O bundan təəccüblənərək Qaz idarəsinə getmiş ki, bütün bunlara aydınlıq gətirsinlər. Orda ona abonentin saldosunu təqdim etdilər və saldoya baxanda görmüş ki, sayğacdan kənar qeyri-qanuni olaraq təbii qaz istifadə etməyinə görə 4392 manat cərimə hesablayıblar. Baxmayaraq ki, qaz sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifa etməmişdir. Ona görə də hesab edir ki, X11 İstismarı İdarəsinin əməkdaşlarının tərtib etdikləri akt qanunsuzdur və həmin akt ləğv edilməlidir. Odur kı, həmin aktla heç cür razılaşa bilmir. Ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) “Azəriqaz” İstehsalat Birliyi qarşılıqlı iddia ərizəsi verərək İddiaçı 4392,00 manat borcun, 63,92 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının, cəmi 4456,32 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış 30 oktyabr 2022-cı il tarixli, XS-42-01364/22 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” yə əsasən “Azəriqaz” İstehsalat Birliyi üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və xx.xx.2023-cü il tarixinə “Azəriqaz” İstehsalat Birliyinə 4392,00 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 4392,00 manat məbləğində dəymiş ziyanın ödənilməməsi olmuşdur. Belə ki, iddiaçı Ağayev X5 rayonu, Kosalar kəndində yaşamaqla X11 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsində **********00590 saylı kodla abonent qeydiyyatındadır. Lənkəran RQİİnin Lənkəran Xidmət Sahəsinin X15 və Satışı Xidmətinin rəisi Elmir Axundov, həmin xidmətin mühəndisi Tural Hüseynov və qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri Əli Babacanov tərəfindən 31 yanvar 2023-cü il tarixdə Lənkəran rayonu Kosalar kənd sakini İddiaçı məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçı İddiaçı “X6’nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pzaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talaması faktı aşkar edilmişdir. Odur ki, Lənkəran RQİİ-nin Lənkəran Xidmət Sahəsi üzrə X15 və Satışı Xidmətinin rəisi Elmir Axundov, həmin xidmətin mühəndisi Tural Hüseynov və qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri Əli Babacanov tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 vanvar 2023-cu ıl tarixdə ******* nömrəli akt tərtib edilmiş və bu halı təsbitləyən video çəkiliş aparılmışdır. X11 İstismarı İdarəsinin İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına uyğun olaraq 31 yanvar 2023-cü il tarixdə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Yaşayış sahəsində istifadədə olan qaz cihazlarinın sərfiyyatına uyğun olaraq cəmi 36600 m3 olmaqla İddiaçı abonent hesabına 4392 manat 00 qəpik pul hesablanmışdır. İddiaçı 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab olunması, 4392 manat 00 qəpik pulun silinməsi tələbi barədə iddia ərizəsi ilə Lənkəran rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, o kənar xəttdən istifadə etməmişdir, cavabdeh tərəfindən təqdim edilən videogörüntüdəki ev ona məxsus olsa da, kənar xətt onun evinə getmir. Ərizəsində göstərdiklərini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhəkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, iddiaçının tələbi tamamilə əsassızdır. Təmiz Qaz şirkətinin əməkdaşları Lənkəran rayonu, Kosalar kəndində kənar xəttdən istifadə olunması barədə məlumat verdikdən sonra həmin kənddə yaşayan İddiaçı məxsus sayğaca X11 İstismarı İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən xüsusi olaraq hazırlanmış borular vasitəsi ilə kənar xəttdən sitifadə olunması aşkar edilmişdir. İddiaçı uzun müddət kənar xəttdən istifadə etməsinə baxmayaraq X11 İstismarı İdarəsinin əməkdaşlarının 23 noyabr 2022-ci il tarixdə Lənkəran rayonu, Kosalar kəndinə kənar xəttdən istifadə edilməsi ilə bağlı getməsi barədə məhkəməyə təqdim etmişdir. Bir sayğac bütün gün ərzində maksimum 96 m3 qaz sərf edə bilir, 1 m3 sərfiyyat isə 0.12 AZN təşkil edir. Göstərilənlərə əsasən məhkəmədən ilkin iddianın rədd edilməsi, qarşlıqlı iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhəkəmə iclasında iştirak edən şahid X9 ifadəsində göstərdi ki, X11 İstismarı İdarəsində işləyir. Dəqiq tarixini xatırlamadığı tarixdə Təmiz Qaz şirkətinin əməkdaşları Lənkəran rayonu, Kosalar kəndində kənar xəttdən istifadə olunması barədə məlumat verdikdən sonra həmin kənddə yaşayan İddiaçı məxsus sayğaca baxış keçirilərkən xüsusi olaraq hazırlanmış borular vasitəsi ilə kənar xəttdən sitifadə olunması aşkar edilmişdir. O, uzun müddətdir bu sahədə işləyən şəxs kimi həmin qaz borularının uzun müddətdir quraşdırıldığını müəyyən etmişdir. Bundan sonra kənar xətt ləğv edilmişdir. Məhəkəmə iclasında iştirak edən şahid X7 ifadəsində göstərdi ki, X11 İstismarı İdarəsində işləyir. Dəqiq tarixini xatırlamadığı tarixdə Təmiz Qaz şirkətinin əməkdaşları Lənkəran rayonu, Kosalar kəndində kənar xəttdən istifadə olunması barədə məlumat verdikdən sonra həmin kənddə yaşayan İddiaçı məxsus sayğaca baxış keçirilərkən xüsusi olaraq hazırlanmış borular vasitəsi ilə kənar xəttdən sitifadə olunması aşkar edilmişdir. Bundan sonra kənar xətt ləğv edilmişdir. Məhəkəmə iclasında iştirak edən şahid X8 ifadəsində göstərdi ki, X11 İstismarı İdarəsində işləyir. Dəqiq tarixini xatırlamadığı tarixdə Təmiz Qaz şirkətinin əməkdaşları Lənkəran rayonu, Kosalar kəndində kənar xəttdən istifadə olunması barədə məlumat verdikdən sonra həmin kənddə yaşayan İddiaçı məxsus sayğaca baxış keçirilərkən xüsusi olaraq hazırlanmış borular vasitəsi ilə kənar xəttdən sitifadə olunması aşkar edilmişdir. Bundan sonra kənar xətt ləğv edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış X11 İstismar İdarəsinin təsdiq etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023cü il tarixli ******* nomrəli aktın surətindən görünür ki, Lənkəran rayon, Kosalar kəndində yerləşən sayğacdan əlavə xətt vasitəsilə kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edilir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 31 yanvar 2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, akt əsasında 36600 m3 itirilmiş qaza görə ziyan deymiş. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış **********00590 ömrəli abonentin saldosundan görünür ki, İddiaçı 4392,00 manat cərimə hesablanmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış sənəddən görünür ki, 23 noyabr 2022-ci il tarixdə Lənkəran rayonu, Kosalar kəndində kənar xəttdən istifadə edilməsi ilə bağlı X11 İstismarı İdarəsinin əməkdaşları həmin ünvana getmişlər. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış videogörüntüdən görünür ki, Lənkəran rayonu, Kosalar kəndində İddiaçı məxsus fərdi yaşayış evində qazdan kənar xəttdən istifadə edilməsi aşkar edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış qəbzdən görünür ki, qarşılıqlı iddianın verilməsi üçün 63.92 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poet şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın dəyərinin tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.1-ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bü müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatının enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqında” 356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında qeyd edilmişdir ki, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 8 və 9-cü bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Həmçinin qeyd edilməlidir ki, “Azəriqaz “ İB-nin baş direktorunun təsdiq etdiyi xx.xx.2013-cü il tarixli, “Əhali abonentlərinin mənzillərində (evlərində) qaz sayğaclarının quraşdırılması və istismarı” qaydalarının 6.2-ci bəndinə əsasən sayğaclar xətdən açıldıqdan sonra 10 iş günü müddətində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə (İTRİ) göndərilir. Həmin “Qaydalar’ın 6.6-cı bəndinə görə sayğacların İTRİ-yə daxil olan vaxtdan 10 iş günü müddətindən gec olmayaraq Dövlət yoxlamasından keçirilməsi, sənədləşdirilməsi və “Azəriqaz” İB-nin nümayəndəsinə (müvafiq X10) təhvil verilməsi təmin edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında İddiaçı kənar xəttdən istifadə etməklə qaz istehlak etdiyi tam sübuta yetirilmişdir. Lakin həmin istifadənin bitmə vaxtı müəyyən edilsə də, yəni 31 yanvar 2023-cü il tarixdə kənar ləğv edilsə də, kənar xətt vasitəsi ilə hansı tarixdən başlanması barədə cavabdeh tərəf yalnız 23 noyabr 2022-ci il tarixə aid sənəd təqdim edə bilmişdir. Məhz buna görə də məhkəmə hesab edir ki, iddiaçının hansı tarixdən kənar xəttdən istifadə edilməsi ilə bağlı sübut təqdim edilmədiyindən bütün il boyu həmin şəxsin kənar xəttdən istiifadə etməsi ilə bağlı ehtimal əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabbdeh tərəfindən 23 noyabr 2022-ci il tarixə aid sənəd təqdim edildiyindən, 31 yanvar 2023-cü il tarixdə kənar xətt ləğv edildyindən, günlük maksimum sərfiyyat 96 m3 olduğundan və 1 m3 görə ödəniş 0.12 AZN təşkil etdiyindən istahlakçı kimi İddiaçı göstərilən müddət ərzində yəni 23 noyabr 2022-ci il tarixdən 31 yanvar 2023-cü il tarixədək olan 68 gün müddətində kənar xəttdən istifadə edilməklə bağlı pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla hazırki iddia tələbi üzrə ödənilməli olan 11.40 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 783.36 manat borc, 11.40 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 795.16 manat məbləğində pul vəsaiti tutularaq “Azəriqaz” X2 X12 İdarəsinin hesabına ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar