Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1270/2023 17.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi idarəsi qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi idarəsi qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli, 09 saylı qərarı ilə 0,40 hektar torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında KOD- 80224018 JN-250 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının X16, Ağayeva (Fərəcova) Pərzanə Novruz qızına, Ərizəçi2, Babayeva (Ağayeva) Şəhanə Yusif qızına və Ərizəçi4 (dövlət aktında X24, X8, X10, X11 və X3 göstərilmiş) məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, Ərizəçi1, Ağäyeva Rəyalə Yusif qızı, Babayeva (Ağayeva) Şəhanə Yusif qızı və Ağayev X15 rayonu, Şağlaser kəndində anadan olmuşlar. Hazırda da ailə üzvləri ilə birlikdə həmin kəndədə yaşayırlar. 1998-ci ildə ölkədə torpaq islahatı həyata keçirilən vaxt Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-cı il tarixli 09 saylı qərarına əsasən onların, yəni Ərizəçi1, Ərizəçi2, Babayeva (Ağayeva) Şəhanə Yusif qızı və Ərizəçi4 və digər ailə üzvlərimin mülkiyyətinə 0.40 ha ölçüdə kənd təsərrüfatı məhsulları istehsalına aid torpaq sahəsi verilmişdir. Bu barədə onların və digər ailə üzvlərinin adına Torpağa mülkiyyət hüququna dair JN-250 KOD 80224018 saylı dövlət aktı da tərtib olunaraq təqdim edilmişdir. Lakın həmin Torpağa mülkiyyət hüququna dair JN-250 KOD 80224018 saylı dövlət aktında səhvən Ağayeva (Fərəcova)Pərzanə Novruz qızı əvəzinə X8, Ərizəçi3 əvəzinə X11, Ərizəçi4 oglu əvəzinə X30 oglu və Ərizəçi2 əvəzinə X10 qeyd olunmuşdur. Ərizəçilərin ailələrində və təsərrüfatlarında X8, X12, X17 və X10 adında şəxslər yoxdur. Bu barədə kənd icra nümayəndəliyindən arayış da alaraq ərizəyə əlavə etmişlər. Bu yaxınlarda adlarına vərəsəlik işləri ilə bağlı şəhadətmanə və çıxarış almaq istəyərkən məlum olmuşdur ki, yuxarıda qeyd edilmiş Lənkəran rayon Aqrar islahat Komissiyası tərəfindən verilmiş Torpağa mülkiyyət hüququna dair JN-250 KOD 80224018 saylı dövlət aktında səhvən Ağayeva (Fərəcova)Pərzanə Novruz qızı əvəzinə X8, Ərizəçi3 əvəzinə X12, Ərizəçi4 əvəzinə X17 və və Ərizəçi2 əvəzinə X10 qeyd olunmuşdur. Baxmayaraq ki, onlara məxsus bütun sənədlərdə onlar Ağayeva (Fərəcova) Pərzanə Novruz qızı kimi, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 kimi qeyd edilmişlər. Göstərilən səbəblərdən vərəsəlik işlərinin aparılması və çıxarış alınması, yəni lazımi rəsmiləşdirmənin aparılması mümkün olmamış və onlara məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Torpağa mülkiyyət hüququna dair JN-250 KOD 80224018 saylı dövlət aktında yol verilmiş uyğunsuzluğa görə onlar adlarına çıxarış ala bilmirlər. Hazırki hüquqi faktın müəyyən edilməsi onlara bəzi sənədləşmə işlərinin aparılması məqsədi ilə lazımdır. Həmin faktı başqa qaydada təsdiq etdirə bilmədikləri üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İşin məhkəmə baxışında iştirak edən ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə tələblərinin məzmununa uyğun izahat verərək ərizə tələblərinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, hazırki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş JN seriyalı, 250 nömrəli, kod nömrəsi: 80224018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0,40 hektar torpaq sahəsi X16, X4, X6, X7 və X2 təsərrüfatı məhsulları istehsalı üçün ayrılmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X24 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir və bu barədə Lənkəran rayon Şağlaser kənd icra nümayəndəliyində xx.xx.2010-cu il tarixdə 48 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1962-ci il tarixdə Lənkəran rayonu, Şağlaser kəndində doğulmuşdur və Lənkəran rayonu Şağlaser kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş nikah akt qeydiyyatından çıxarışdan görünür ki, X9 xx.xx.1983-cü il tarixdə X24 ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur və onların nikahları Lənkəran rayon Şağlaser İcra nümayəndəliyində qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadədətnaməsinin surətindən görünür ki, X9 xx.xx.1962-ci il tarixdə Lənkəran rayonu Şağlaser kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1984-cü il tarixdə Lənkəran rayonu, Şağlaser kəndində doğulmuşdur və Lənkəran rayonu Şağlaser kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadədətnaməsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1984-cü il tarixdə Lənkəran rayonu Şağlaser kəndində anadan olmuşdur. Atası – X24, anası – X5r. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1986-cı il təvəllüdlüdür. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadədətnaməsinin surətindən görünür ki, X18 xx.xx.1986-cı il tarixdə Lənkəran rayonu Şağlaser kəndində anadan olmuşdur. Atası – X24, anası – X5r. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2012-ci il tarixdə X21 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur və nikahdan sonra arvada “Babayeva” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1987-ci il təvəllüdlüdür. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadədətnaməsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1987-ci il tarixdə Lənkəran rayonu Şağlaser kəndində anadan olmuşdur. Atası – X24, anası – X5r. İş materiallarına əlavə edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şağlaser kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 64, 65 və 66 nömrəli və xx.xx.2023-cü il tarixli 198 nömrəli, arayışlardan görünür ki, Ərizəçi1, Ərizəçi2, X25 və Ərizəçi3 həqiqətən Lənkəran rayonu Şağlaser kənd sakinləridirlər. İş materiallarına əlavə edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şağlaser kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 63 nömrəli və xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, 1998-ci il tarixdən hazırki vaxtadək Lənkəran rayonu Şağlaser kəndində X4, X6, X7 və X17 adlı şəxslər yaşamamışlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Ərizəçi3 Yusi qızna əmlak üzərində əvvəllr yaranmış mükiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərədə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Lənkəran rayon Aqrar islahat Komissiyası tərəfindən verilmiş Torpağa mülkiyyət hüququna dair JN-250 KOD 80224018 saylı dövlət aktında qeyd edilmiş şəxslər: X1, X11, X17 və X19 ilə hazırki mülki iş üzrə ərizəçilər: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 eyni şəxslərdirlər. Ərizə tələbinin sözügedən JN-250 KOD 80224018 saylı dövlət aktının X16 məxsus olması faktının müəyyən edilməsinə dair hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, həmin dövlət aktında X14 adı olduğu kimi qeyd edildiyindən həmin hissədə ərizə tələbi təmin edilməməlidir. Odur ki, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0,40 hektar torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında JN seriyalı, 250 nömrəli, kod nömrəsi: 80224018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin olunmasın. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1270/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1270/2023
17.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver