Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1282/2023 18.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli,0352339 saylı aktın ləğv edilməsi və həmin aktın əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə 18 may 2023-cü il tarixdə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması" haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1036,80 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında **********10000 saylı abonent kodu ilə '“Azəriqaz” X2 X8 İdarəsində qaz istehlakçısı kimi qeydiyyatdadır. Evin qaz sayğacına müdaxilə edilməsi səbəbindən, təqsiri sübut edilmədən, qanunsuz olaraq ona 1036 manat 80 qəpik cərimə yazılmışdır. Qaz sayğacına müdaxilə etmədiyindən və edilən müdaxilə üzrə təqsiri ona sübut edilmədiyindən məhkəmə qaydasında istehlakçı hüquqlarını müdafiə etmək üçün cərimə sənədlərin surətlərini almışdır. xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktı əldə etdikdən sonra öyrənmişdir ki, yaşadığı evin qaz təchizatı xətti üzərindən “Elster” tipli, G-4 markalı, 10067659 nömrəli qaz sayğacı növbəti dövlət yoxlaması səbəbindən, “əvəz etmə” kimi çıxarılmış və yerinə yeni **********1 nömrəli, “Zenner” tipli yeni, mexaniki qaz sayğacı quraşdırılmışdır. Çıxarılan qaz sayğacının üzərində hər hansı bir müdaxilə halı olmadığından tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında”kı aktda müdaxilə barədə hər hansı bir qeyd edilməmiş və o, həmin aktı imza etmişdir. Dövlət laboratoriya aktının 12-ci sırasında evinin qaz təchizatı xətti üzərindən çıxarılmış 10067659 nömrəli “qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzik-sızıq izlərinin olması, sayğacın istismara yararsız olması, qaz itkisi, müdaxilə” rəyi yazılmışdır. Dövlət laboratoriya aktındakı rəyə əsasən “Azəriqaz” İB X9 İstismar İdarəsi xx.xx.2022-ci il tarixdə '‘Təbii qazdan istifadə qaydalarının pozulması haqqında’’ ******* nömrəli cərimə aktı tərtib etmişdir. Aktda sayğaca müdaxilə edilməsi və ona görə də itirilmiş qazın bərpası hökmü verilmişdir. xx.xx.2022-ci il tarixli '‘Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”kı ******* nömrəli cərimə aktına əsasən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Tələbnamə” sənədi üzrə qaz sayğacının normal qaz sərfi 4 m3, orta günlük iş 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi göstərişi verilmişdir. Nəticədə ona 8640 m3 həcmində İtirilimş qaz və aidiyyəti üzrə 1036 manat 80 qəpik məbləğində cərimə hesablanmışdır. Hesablanmış cərimə məbləği “Abonent Saldosu” cədvəlinin 2022-ci ilin dekabr ayı qrafasında onun adına qeyd edilmişdir. Onunla bağlanılan qazın alqı-satqısı barədəki müqavilənin tələblərinə əsasən istehlakçı olaraq o, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına cavabdeh deyildir. Bu səbəbdən xx.xx.2022-ci il tarixli, ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”kı ******* saylı cərimə aktını qanunsuz hesab edərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Cavabdeh «X3» nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, «X3» nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə «X3» nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərədən keçirib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, X1 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış “Elster” tipli, G-4 markalı, 10067659 nömrəli qaz sayğacı, “Zenner” tipli, G4 markalı, **********1 nömrəli təzə qaz sayğacı ilə əvəz olunmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 26 dekabr 2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzik-sızıq izlərinin olması, sayğacın istismara yararsız olması və xətanın normadan artıq olması əsasən itirilmiş qazın bərpası barədə hesablamalar aparılaraq istehlakçıya 8640 m3 qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, istehlakçı 2022-ci ilin dekabr ayı üçün 1036.80 manat cərimə hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında hazırkı mübahisə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı deyildir. Çünki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan müəyyən olunur ki, abonentin fərdi evinə quraşdırılmış qaz sayğacının sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzik-sızıq izlərinin olması, sayğacın istismara yararsız olması və xətanın normadan artıq olması aşkar olunmuşdur. Buna görə də iddiaçı təqsirli hesab olunur və itirilmiş qaza görə hesablanmış ziyanın ödənilməsi tələb edilir. İddiaçı tərəf isə heç bir qanun pozuntusuna yol vermədiyi halda barəsində akt tərtib edilməsində Qaz idarəsinin təqsirli olduğunu bildirir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mübahisə deliktdən yaranmışdır. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında sübuta yetirildi ki, iddiaçının sayğacı onun təqsirli, hüquqa zidd əməlləri nəticəsində deyil, sayğacın hesablama mexanizminin daxili qulaqcıqlarında əzik və cızıq izləri nəticəsində sayğac sərfiyatı qeydə almamışdır. Məhkəmə hesab edir ki, iddiaçı qaz sayğacının hesablama mexanizminin daxili qulaqcıqlarında əzik və cızıq izləri aşkar olunmasında iddiaçının təqsirli olması sübuta yetirilmədiyi ücün onun barəsində hesablanmış cərimə ləğv edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlanması labaratoriyasında iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlamasından keçmiş, yoxlama nəticəsində həmin sayğac yararsız hesab olunmuşdur. Belə ki, həmin sayğacın yararsız olma səbəbi sayğacda hesablama mexanizminin daxili qulaqcıqlarında əzik və cızıq izləri aşkar edilməsi olmuşdur. Buna görə də, sayğacın yararsız vəziyyətə düşməsi iddiaçının təqsiri üzündən baş vermədiyi üçün məhkəmə hesab edir ki, mübahisələndirilən akt əsassında hesablanmış 1036.80 manat cərimə məbləği ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 1036 -220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 cavabdeh «X3»nə qarşı aktın ləğv edilməsi və onun əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İB-nin xx.xx.2022-ci il tarixli, ******* saylı aktı əsasında hesablanmış 1036.80 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №2(049)-1282/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1282/2023
18.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver