Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1320/2024 05.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X4, iddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı X9 İstismar İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehnə qarşı X9 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktının ləğv edilməsi və həmin akt əsasında əsasında hesablanmış qaz borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır və sözügedən evin qaz istehlakçısıdır. Evin qaz sayğacı onun adınadır. xx.xx.2023-cü il tarixində Cavabdeh X9 istismarı idarəsinin işçiləri yaşadığı ünvanda olmuş və qaz sayğacına texniki baxış keçirdikdən sonra sərfiyyata uyğun sayğac quraşdırılması və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması barədə akt tərtib etmişlər. Bu akt üzrə qaz xəttinə müdaxilə edildiyi və kənar xətt çəkildiyi göstərilmişdir. ünvan 3 ünvanında yerləşən evi onlar 2 il bundan əvvəl alğı-satqı ilə almışlar. Əri Rusiya Federasiyasında yaşadığından onun heç bir məlumatı olmamışdır ki, o da öncəki ev sahibi qaz üçün kənar xəttdən istifadə edib edilmədiyindən heç bir məlumatı olmamışdır. Həmçinin belə bir kənar xəttin varlığından xəbəri belə olmamışdır, nə də həmin xəttdən istifadə etməmişdir. Azərbaycan Respublikasına oktyabr ayının əvvəllərində köçmüşdur. Yaşadığı müddətdə də kənar çəkilən qaz xəttindən istifadə etməmişdir. Lakin Azəriqaz X1 X11 İdarəsinin əməkdaşları baxış keçirdikləri zaman belə bir hal aşkarlamış lakin bu xətdən istifadə olunmadığını gördüyü halda bunun aradan qaldırılmasma müddət verməli idi. Lakin heç bir məlumat və yaxud da müddət verilməmiş və sözügedən qanunsuz akt tərtib edilmişdir. Bunun nəticəsində qanunsuz olaraq onun üzərimə itirilmiş qaz 23 112 m qaz sərfiyyatı yazılmışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası qanunvericiliyinə, qazdan istifadə qaydalarına, digər normativ-hüquqi sənədlərə əsasən tərtib edilmiş akt və hesablanmış cərimə məbləği qanunsuz və əsassızdır. Ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, hazırda yaşadıqları evi iki il əvvəl almışlar. Onun əri Rusiya Federasiyasında olduğu üçün o, çox vaxt atasıgildə qalmışdır. Sayğac evdən kənarda, küçədə yerləşir. Onun evə kənar xətt çəkilməsindən xəbəri olmamışdır. Kənar xətt çəkilməsinə görə isə onun barəsində hər hansı inzibati prorokol tərtib edilməmişdir. Kənar xəttdən istifadə etmədiyi halda ona cərimə yazılmasını düzgün qəbul etmir və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X6 elektron məhkəmə sistemi vasistəsi ilə iddiaya etiraz göndərib məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış X9 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı sayğacında kənar əlavə xətt qeyri qanuni xətt vasitəriilə təbii qazdan istifadə oluduğu aşkar edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında 23112 m3 itirilmiş qaza görə ziyan dəymişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış **********00080 nömrəli abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü ilin oktyabr ayında 2773.44 manat cərimə hesablanmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış videodiskdən görünür ki, görüntüdə kənar xətt aşkar edildiyi deyilir, daha sonra isə **********00080 abonent nömrəli sayğac göstərilir. İşin məhkəmədə müəyyən olunan hallarından görünür ki, iddiaçının yaşadığı evə gedən təbii qaz borusu üzərində quraşdırılmış qaz sayğacından kənar təbii qazdan istifadə edildiyinə görə Cavabdeh İB X9 İstismarı İdarəsinin əməkdaşları tərəfindən 13 oktyabr 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. 13 oktyabr 2023-cü il tarixli, ******* saylı akta görə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə olunur, ona görə qeyriqanuni qaz xəttinin ləğv edilməsi və ziyanın hesablanması tövsiyyə edilmişdir. Aktda Cavabdeh İB-nin əməkdaşlarının imzası olsa da İddiaçı imzası yoxdur. Akt əsasında tərtib olunmuş 31 oktyabr 2023-cü il tarixli qərarla, gündəlik orta iş rejimi 12 saat olmaqla 180 gün müddət üzrə 23112 kub metr itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Cavabdeh İB əməkdaşları tərəfindən tərtib edilmiş akt üzrə sərf edilmiş (talan edilmiş) qazın dəyəri vurulmuş ziyan kimi hesablanaraq abonentin (iddiaçının) borc hesabına yazıldığından, iddiaçı da hazırki tələbində hesablanmış ziyanın qanunsuz sayılmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əssən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunun tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddianın təmin edilməsi və ya rədd edilməsi üçün ilkin olaraq delikt törədilibtörədilməməsi halı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mmülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, cavabdehə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent (iddiaçı) tərəfindən vurulduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olmasını sübuta yetirmək cavabdeh şirkətin üzərindədir. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən həmin Qanunun 13-cü maddəsinin 8- 1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Həmin maddənin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. “Qazdan istifadə Qaydaları”nın 6-cı bəndinə əsasən: 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə hesab edir ki, sayğacdan kənar xəttin aşkar edilməsi sübuta yetirilmir. Belə ki, cavabdeh X2 əməkdaşları tərəfindən tərtib edilən mübahisəli aktda sayğacdan kənar qoşulma halı qeyd edilsə də, bu fakt digər sübutlarla təsdiqini tapmır. Cavabdeh X2 əməkdaşları tərəfindən tərtib edilən mübahisəli aktda (abonentin) iddiaçının imzası yoxdur. Mübahisəli aktda qaz xəttinə qanunsuz qoşulma halı aşkar edildiyi qeyd edilsə də cavabdeh tərəfindən qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət müəyyən edilmir. Halbuki, adı çəkilən Qaydaların 6.5-ci bəndinin tələblərinə görə, qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası kimi hallar nəzərə alınmalı idi. İşin hallarına görə, qanunsuz qoşulmanı əks etdirən və cavabdeh şirkət tərəfindən təqdim edilən videogörüntüdə qanunsuz xəttin hansı evə çəkilməsini müəyyən etmək mümkün deyil. Həmin videogörüntü ümumilikdə 35 saniyə davam edir ki, həmin görüntüdə hansı ərazidə, ünvanı qeyd edilməyən ünvanda qazıntı işlərinin aparıldığı görünür, daha sonra isə görüntünü sonunda **********7 nömrəli sayğac göstərilir. Məhkəmə hesab edir ki, ünvanı göstərilməyən bir ərazidə qazıntının aparılması və sonda hər hansı sayğacın göstərilməsi iş üzrə sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, hazırda məhkəməyə sübut kimi təqdim olunan disk hər hansı istənilən iş üzrə sübut kimi təqdim edilə bilər, başqa sözlə hazırkı videogörüntünün konkret olaraq iş üzrə deyil, ümumi standart sübut kimi istifadə edilməsi mümkündür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kənar qoşulma halı sübuta yetirilmədiyindən, o, məsuliyyət daşımamalıdır. Digər tərəfdən, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma ilə bağlı qazın talan edilməsinə dair materialların inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət tərkibinin əlamətləri olduğu halda cinayət təqibi orqanına təqdim edilməsi müəyyən edilmir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının Qanununun 8-1-ci maddəsinin tələbləri, habelə “Qazdan istifadə Qaydaları”nın 6.5-cı bəndinin tələblərinə əsasən cavabdeh X5 tərəfindən bu hərəkətlərin edilməsi birbaşa labüd idi. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının tələbi əsaslıdır. Cavabdeh tərəf öz etirazını əsaslandıra bilməmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh tərəfindən sübut edilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh X9 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş 13 oktyabr 2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 2773.44 manat cərimə silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği (yəni indiki halda 2773.44 manat) nəzərə alınmaqla hazırki iddia tələbi üzrə ödənilməli olan 47.73 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X9 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş 13 oktyabr 2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış cərimə silinsin. İddia qalan hissədə təmin edilməsin. Hazırki iddia tələbi üzrə ödənilməli olan 47.73 manat dövlət rüsumu məbləği Cavabdehndən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-1320/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1320/2024
05.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver