Məhkəmə qərarları › İş №2(049)-1342/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1342/2024

16.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1342/2024 16.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 1036.80 manat borcun silinməsi» tələbinə dair mülki işə 16 may 2024-cü il tarixdə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması" haqqında xx.xx.2022ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 1036.80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, Lənkəran rayonun Digah kəndinda qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Həyat yoldaşı X6 ilə ailə qurmuş və birgə nikahlarından olan uşaqları həddi buluğa çatmaqla hamısı ailə qurmuşdurlar. X1 istisna olmaqla digərləri ondan ayrı yaşayıllar. Əri xx.xx.2018-ci ildə vəfat etmiş və onun adında olan əmlaka faktiki sahibliyi və vərəsəliyi qəbul etmişdir. Hazırda komunal xidmətlərin də ödənişi hesabları onun adındadır və yaşadığı evin bütün ödənişləri edir. O **********000 saylı abonent kodu ilə Cavabdeh Lənkəran X10 İdarəsində təbii qaz istehalkçısı olaraq qeydiyyatdadır. Yaşadığı ev mülkiyyət hüququ əvvəlcə ərinə, sonra isə ona məxsusdur. Həmin evin öz qaz xətti və öz sayağacı vardır. O həmişə, mütəmadi olaraq qaz pulunu vaxtı-vaxtında ödəmişdir. Cavabdeh Lənkəran RQİİ-nin əməkdaşları da hər ay gəlib sayağacı yoxlamışlar. 19 sentyabr 2022-ci il tarixində Cavabdeh Lənkəran əməkdaşları onun yaşadığı ünvanda bir sıra evlərin, həmçinin onların da syağaclarını dəyişdirmişdilər. O sayağacların nə üçün dəyişildiyini soruşanda Azəriqaz” X2 RQİİ-nin əməkdaşları ona bildirmişdilər ki, həmin syağaclar köhnəlib və onlar növbəti dövlət yoxlanmasına göndərildiyini bildirmişdilər. İddiaçı da buna etiraz etməmiş və həmin vaxt onun yanında Azəriqaz” X2 RQİİ-nin əməkdaşları tərəfindən “Elestr” tipli G-4 markalı ******* nömrəli sayğac dəyişdirilərək yenisi ilə, yəni Zenner markalı sayağacla əvəz olunmuşdur. O qaz sayağacı dəyişdirilən zaman sayağac tam işlək vəziyyətdə olduğunu və əüzərində heç bir əzik və ya müdaxilə olmadığını bildirmişdir. Bunu Cavabdeh Lənkəran RQİİ-nin əməkdaşlarıda görmüşdülər. Elestr tipli G-4 markalı ******* sayağac dəyişdirildikdən sonra Cavabdeh Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən 19 sentyabr 2022-ci il tarixli ******* nömrəli Qaz sayğacının çıxarılması, yenisinin quraşdırılması və istismara qəbul edilməsi haqqındakı aktın tərtib edilmiş və o da həmin akta imzalamışdır. Son 1 ay ərzində o qaz borcunu ödəyərkən məlum olmuşdur ki onun Cavabdeh Lənkəran RQİİ-nə 1036.80 manat məbləğində borcu yaranmışdır. O borcun nədən yarandığı üçün Cavabdeh Lənkəran RQİİ-nə getmiş və orada ona bildirmişdilər ki, köhnə sayağacın hesablama mexanizmin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzikləri olduğunu bildirmiş və sayağac istimara yararsız olduğunu bildirmişdilər. Bununla bağlı xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Həmin akt ona təqdimolunandan sonra istehlakçının nümayəndəsi qismində mərhum əri adının yazıldığını gördü, halbu ki o xx.xx.2018-ci ildə vəfat etmişdir. İddiaçı qeyd edir ki həmin akt tamamilə qanunsuz və etibarsızdır. Bundan başqa köhnə “Elestr” tipli G-4 markalı ******* nömrəli sayağacı Cavabdeh Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən plombu açılaraq dəyişdirilmiş və daxili qulaqcıqlarında əziklər olmamışdır. Əgər hansı problem olsaydı bu barədə xx.xx.2022-ci il tarixdə tərtib etdikləri ******* nömrəli aktın “sayağacın və plombların toxunuzmağlığına cavabdeh şəxs” qrafasında qeyd edərdilər və bu barədə ona hər-hansı bir məlumat verərdilər. Ona görə də hesab edir ki, Lənkəran RQİİ əməkdaşları tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli, 0352233nömrəli akt ləğv edilməli, ona əsasən hesablanmış borc silinməlidir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbini müdafiə edib, məhkəmə iclasını iştiorakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu, Digah kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış “Elster” tipli, G-4T markalı, ******* nömrəli köhnə sayğac ”Zenner” tipli, G-4T markalı, **********8 nömrəli təzə qaz sayğacı ilə əvəz olunmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğaca ümumi baxış keçirmiş, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır və itirilmiş qazın bərpası barədə hesablamalar aparılaraq istehlakçıya 8640 m3 qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, istehlakçı 2022-ci ilin noyabr ayı üçün 1036.80 manat cərimə hesablanmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında hazırkı mübahisə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı deyildir. Çünki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan müəyyən olunur ki, abonentin fərdi evinə quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması və sayğacın istismara yarasız olduğu aşkar olunmuşdur. Buna görə də iddiaçı təqsirli hesab olunur və itirilmiş qaza görə hesablanmış ziyanın ödənilməsi tələb edilir. İddiaçı tərəf isə heç bir qanun pozuntusuna yol vermədiyi halda barəsində akt tərtib edilməsində Qaz idarəsinin təqsirli olduğunu bildirir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mübahisə deliktdən yaranmışdır. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının sayğacındakı nasazlıqların onun təqsirli, hüquqa zidd əməlləri nəticəsində əmələ gəlməsi sübuta yetirtilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qaz sayğacındakı nasazlıqlarında iddiaçının təqsirli olması sübuta yetirilmədiyi ücün onun barəsində hesablanmış cərimə ləğv edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlanması labaratoriyasında iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlamasından keçmiş, yoxlama nəticəsində həmin sayğac yararsız hesab olunmuşdur. Buna görə də, sayğacın yararsız vəziyyətə düşməsi iddiaçının təqsiri üzündən baş vermədiyi üçün məhkəmə hesab edir ki, mübahisələndirilən akt əsassında hesablanmış 1036.80 manat borc məbləği ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərtbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında tutulur. İddianın qiyməti 1036,80 manat olduğundan dövlət rüsumu 30,37 manat təşkil eləyir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddia tələbi 1036,80 manat məbləğində borcun silinməsi hissəsində təmin edildiyindən həmin 30,37 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq dövlət hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli, ******* saylı aktı əsasında hesablanmış 1036.80 manat məbləğində borc silinsin. 30,37 manat dövlət rüsumu Cavabdehnə aid edilsin və ondan tutularaq dövlət hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar