Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1344/2024 19.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Ərizəçi etibarnamə üzrə nümayəndəsi vasitəsilə məhkəməyə müraciət edərək xx.xx.1981-ci il tarixdə doldurulmaqla, X1 adına yazılmış İT-İ ******* (İT-İ 0282655) nömrəli əmək kitabçasının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbulundan imtina olunmalı, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 309.1 maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Hazırki ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, müraciət hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə əlaqadardır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Hazırki ərizəyə Ərizəçi Lənkəran rayonu ərazisində yaşayış yeri ilə əlaqadar hər-hansı sübut əlavə edilməmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Ərizəçi Rusiya Federasiyasının vətəndaşı olmaqla, Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Bolşevikov prospekti ev 8, korpus 2, mənzil 84 ünvanında yaşayır. MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin məcəllənin 445-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının məhkəmələrinin xarici şəxslərin iştirakı ilə baxdığı xüsusi icraat işlərinə hazırki ərizədə qeyd edilən tələb aid deyildir. Qeyd olunan əsaslara görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, ərizəçiyə və onun nümayəndəsinə izah edilir ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra hazırki tələblə bağlı ərazi və məhkəmə aidiyyəti qaydalarına riayət etməklə yenidən aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 37, 152, 263, 264, 266-268, 307, 309-cu maddələrinin tələblərini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1344/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1344/2024
19.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver