Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1345/2023 31.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsini, İddiaçı MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 00344350 saylı nisyə alqı-satqı müqavilələri üzrə nisyə satılmış mallara görə yaranmış 980 manat qalıq borcun, gecikdirilmiş hər günə görə hesablanmış 202 manat faiz borcun olmaqla ümumilikdə 1182 manat məbləğində olan pul vəsaitinin və iddianın qaldırılması üçün ödənilmiş 30,4 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq, İddiaçı MMCyə ödənilməsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən İddiaçı MMC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (müqavilə üzrə satıcı) vətəndaş Cavabdeh1 və Cavabdeh2 (müqavilə üzrə alıcı) arasında xx.xx.2022-ci il tarixli, 00344350 saylı nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Bu müqavilələr əsasında alıcıya İddiaçı MMC tərəfindən müqavilədə qeyd olunan mal satılmışdır. Alıcı Cavabdeh1 və Cavabdeh2 isə öz növbəsində müqavilə şərtlərinə uyğun olaraq vaxtında ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşlər. Lakin, cavabdehlər ödənişlərində alqı-satqı müqaviləsinin şərtlərini pozaraq cədvələ uyğun ödəniş etməkdən yayınmışlar. İddiaçı MMC tərəfdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, onlar, müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən imtina etmişlər. Belə ki, satıcı ilə alıcı arasında bağlanmış nisyə alqı-satqı müqavilələsindən irəli gələn ümumi 980 manat borc məbləğindən bu günə qədər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir ödənişi olmayıb və hal-hazırda 980 manat məbləğində borcu qalmaqdadır. İddiaçı MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin 6.2-ci bəndinə əsasən (alıcı ödəmələrin həyata keçirməsini gecikdirsə 10 gün gecikmədən sonra hər gecikdirilən gün üçün gecikən ödənişin 1 faizi məhsula əlavə hesablanacaq). İddiaçı MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 00344350 saylı nisyə alqı-satqı müqavilələri üzrə nisyə satılmış mallara görə cavabdehlərin 980 manat qalıq borcu, gecikdirilmiş hər günə görə hesablanmış 202 manat faiz borcu olmaqla ümumilikdə 1182 manat məbləğində borcları vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu səbəbdən İddiaçı MMC MMC iddianın təmin edilməsini, İddiaçı MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 00344350 saylı nisyə alqı-satqı müqavilələri üzrə nisyə satılmış mallara görə yaranmış 980 manat qalıq borcun, gecikdirilmiş hər günə görə hesablanmış 202 manat faiz borcun olmaqla ümumilikdə 1182 manat məbləğində olan pul vəsaitinin və iddianın qaldırılması üçün ödənilmiş 30,4 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq, İddiaçı MMC-yə ödənilməsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında əlavə edilmiş “Erol Lənkəran” T.M xx.xx.2022-ci il tarixli, 00344350 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı (İddiaçı MMC ) X2 ilə alıcılar-Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə, 00344350 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış ( bu müqavilə üzrə Cavabdeh2 qız zamin şəxsdir) , müqaviləyə uyğun alıcıya qiyməti 808,89 manat olan “Supermax” 43 SMD9900 Android Smart FHD Led qara markalı 1 ədəd televizor, qiyməti 171,11 manat olan “Samsung A 013 Black **********76054” markalı 1 ədəd telefon nisyə satılmış və “ Eurolux 5003 SBO qara sarı markalı” 1 ədəd ütü hədiyyə edilmiş və alıcı yaranmış 980 manat olan borcu (859,1 + 121) satıcıya ödəməmişdir. İş materiallarında əlavə edilmiş maliyyə arayışından görünür ki, İddiaçı MMC-nin Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 00344350 saylı nisyə alqı-satqı müqaviləsi üzrə tələbi 23.0.3.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh1 00344350 saylı müqavilə üzrə əsas borcu 988 manat, müqavilə üzrə gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə borcu 202 manat, 00344350 saylı müqavilə müddəti üçün gecikdirilmiş və tələb olunan faiz borcu 0,00 manat, 00344350 saylı alqı-satqı müqaviləsinin 2.4.4 bəndinə əsasən hər gün üçün gecikdirilmiş borc məbləğinin 1 faiz cərimə (dəbbə) faizi, 00344350 saylı müqavilənin tələbləri əsasında ümumi 1190 manat borcu vardır. İş materiallarında əlavə edilmiş bildirişlərdən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 Tacəddi oğlunun və X1 borcu olduğu barədə və bildirişi aldığı vaxtdan 3 gün müddətində borcu ödəmələri barədə məlumat verilmişdir. İş materiallarında əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilməsindən ötrü X3 ( “Erol Lənkəran” T.M direktoru) tərəfindən 30 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə, iş materiallarında olan subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı MMC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilməlidir. Belə ki, İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 00344350 saylı nisyə alqı-satqı müqavilələri üzrə nisyə satılmış mallara görə yaranmış 980 manat qalıq borcu, gecikdirilmiş hər günə görə hesablanmış 202 manat faiz borcu olmaqla ümumilikdə 1182 manat məbləğində borcu qalmışdır. İşin göstərilən halları iddia ərizəsi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1 və 600.4-cü maddələrinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi cavabdeh bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə müəyyən edilən vəzifəsini icra etməyərək almış olduğu malın dəyərini satıcıya razılaşdırılmış müddətdə tam ödəməmiş və buna görə iddiaçının ondan verilmiş malın ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30,00 manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə təmin edilməli, İddiaçı MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 00344350 saylı nisyə alqı-satqı müqavilələri üzrə nisyə satılmış mallara görə yaranmış 980 manat qalıq borcu, gecikdirilmiş hər günə görə hesablanmış 202 manat faiz borcu olmaqla ümumilikdə 1182 manat məbləğində olan pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş 30,4 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq, İddiaçı MMC xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən Bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 00344350 saylı nisyə alqı-satqı müqavilələri üzrə nisyə satılmış mallara görə yaranmış 980 manat qalıq borcu, gecikdirilmiş hər günə görə hesablanmış 202 manat faiz borcu olmaqla ümumilikdə 1182 manat məbləğində olan pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş 30,4 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada İddiaçı MMC xeyrinə tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1345/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1345/2023
31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver