Məhkəmə qərarları › İş №2(049)-1349/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1349/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1349/2023 12.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında 12 iyun 2023-cü il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehə 10335 manat dəyərində kartof məhsulu vermişdir. Cavabdeh həmin puldan hissə-hissə verərək sonda 2500 AZN borclu qalmışdır. Sonra o, cavabdehdən borclu olduğu pulları tələb etməyə başlamışdır. Cavadeh almış olduğu pulun qaytarılması üçün bir necə dəfə möhlət istəmişdir. Sonda isə ona bildirmişdir ki, «pulu sənə qaytarmayacağam get hara şikayət edirsən et. Heç kim mənədən pul ala bilməz». O, bu barədə Cəlilabad rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və müraciəti əsasında araşdırma aparılmış, Cəlilabad rayon Polis Şöbəsinin təhqiqatçısı X1 tərəfindən xx.xx.2022- cii il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh polis şöbəsində verdiyi izahatında özu də borclu olduğunu etiraf etmişdir. Məhkəmədən cavabdehdən 2500 manat pulun və dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddiasını müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, şəhid atasıdır. Cavabdeh pulu qaytarmamaqla, onsuzda onun dərdli olan qəlbini incidir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə iddiaçının izahatımı dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə aidiyyat məsələsini aydınlaşdırmaq məqsədilə elektron sistemi vasitəsilə tərəflərin statusunu müəyyən etmiş, iddiaçı sahibkarlıqla bağlı fəaliyyətini dayandırmış, cavabdeh barəsində isə sistemdə hər-hansı bir məlumat aşkar edilməmişdir. İşə əlavə edilmiş Cəlilabad RPŞ TB-nin xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərardakı cavabdehin izahatından görünür ki, o, özünün iddiaçıya 6035 manat borclu qaldığını etiraf etmişdir. Məhkəmə qeyd edir ki, MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə cavabdehin Cəlilabad RPŞ-də verdiyi izahatını ərizə kimi qəbul edib hesab edir ki, o, iddiaçının tələb etdiyi məbləğdən də artıq məbləğdə iddiaçıya pul borclu olduğunu etiraf eytdiyindən, iddia iddiaçının tələb etdiyi həcmdə təmin edilməli, Cavabdeh oğlundan 2500 manat məbləğində pul tutularaq, İddiaçı verilməlidir. Çünki, MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı, şəhid atası kimi dövlət rüsumunu ödəməkdən azad olunsa da, iddia vermək üçün 45 manat dövlət rüsumu ödəmişdir. İddia tam təmin olunduğundan həmin 45 manat cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh oğlundan 2500 (iki min beş yüz) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. 45 manat dövlət rüsumu cavabdehə aid edilsin və ondan tutularaq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar