Məhkəmə qərarları › İş №2(049)-135/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-135/2025

08.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-135/2025 08.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X51 Əhmədağa oğlunun sədrliyi, məhkəmənin iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 , Cavabdeh2 Allahverdi oğlu, Cavabdeh3 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Allahverdi oğlu, Cavabdeh3 və Lənkəran Regional «ASAN» Xidmət Mərkəızində Notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Çıxarışların və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə dair mülki işə Lənkəran Rayon Məhkəməsi binasınd xx.xx.2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə müraciət edərək Qanun üzrə vərəsəlik hüququ haqqında 21 sentyabr 2012-ci il tarixli şəhadətnamənin, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ******* nömrəli Cavabdeh1 adına verilmiş Çıxarışın və 18 avqust 2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, X9, X10 və X30 miras qalmış əmlakların vərəsələr arasında onların paylarına uyğun olaraq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, X4 X6 ilə 10 sentyabr 1948-cı il tarixdə ailə qurub evlənmişlər. Onların birgə nikahlarından 22 noyabr 1954-cü il tarixdə X20, 04 noyabr 1956-cı il tarixdə X21, 10 sentyabr 1960-cı il tarixdə X22, 10 sentyabr 1962-ci il tarixdə İddiaçı2, xx xxxxxx 1965-ci il tarixdə Cavabdeh2 Allahverdi oğlu və xx xxxxx 1967-ci il tarixdə X11 anadan olmuşlar. X23, X21 və X5 Federasiyasının vətəndaşları olmuş və onlar müvafiq olaraq xx.xx.2009-cu, xx.xx.2010-cu və xx.xx.2021-ci il tarixlərdə Rusiya Federasiyasında vəfat etmişlər. Onlardan heç biri evli və heç birinin övladları olmamışdır. X6 xx.xx.1981-ci il tarixdə vəfat etmişdir. Bundan sonra X4 xx.xx.1983-cü il tarixdə X49 ilə nikaha daxil olub evlənmişdir. Sonuncuların birgə nikahlarından xx.xx.1986-cı il tarixdə Cavabdeh1 anadan olmuşdur. X4 xx.xx.1999-cu il tarixdə, atalarının ikinci arvadı X49 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişlər. İddiaçılardan İddiaçı1 xx.xx.2017-ci il tarixdə boşanmışdır. Bundan sonra onların heç bir məlumatları olmadan atadan bir, anadan ögel olan qardaşları Cavabdeh1 miras qalmış evi və torpaq sahəsini vərəsəlik şəhadətnaməsi alaraq öz adına keçirtmişdir. Vərəsəlik işi açıldıqda onların heç biri vərəsəliyə çağrılmamış və bundan məlumatları olmamışdır. Sonradan Cavabdeh1 vərəsəlik şəhadətnaməsi əsasında öz adına Çıxarış əldə etmişdir. Daha sonra isə həmin əmlakı qardaşı qızı Cavabdeh3 bağışlamışdır. Sonradan Cavabdeh3 həmin əmlakı satmaq istədiyini öyrənmiş və yalnız həmin əmlakı satmaq istədikdə onların bütün bu olanlardan məlumatları olmuşdur. Onlar Notariat Orqanına müraciət etsələr də, onları vərəsə kimi tanımayaraq artıq vərəsəlik işi açılaraq vərəsə kimi Cavabdeh1 tanındığı və məhkəməyə müraciət etmək səlahiyyətlərinin olduğu qeyd edilmişdir. Qanunun tələbinə əsasən vəsiyyətnamə mövcud olmadığından hazırkı işlə bağlı qanun üzrə vərəsəliyə dair normalar tətbiq edilməli və birinci növbəli vərasə kimi miras mərhum X4ndan və X6ndan, həmçinin X30 miras qalmış əmlak övladları arasında bərabər bölünməlidir. Yəni vərəsəlik şəhadətnaməsində cavabdehlərin hər birinə bərabər pay olmaqla verilməsi qeyd edilməli olduğundan, vərəsəlik şəhadətnaməsində miras tamamilə Cavabdeh1 verilmiş, o da, həmin əmlakı Cavabdeh3 adına keçirtmiş nəticədə onlar və digər şəxslərin qalan miras əmlaka olan hüquqları pozulmuşdur. Məhkəmə iclasında İddiaçı1 iddiasını müdafiə edərək əlavə olaraq bildirdi ki, ünvan 1ində inşa edilmiş ev atası Allahverdi ilə anası Mənsurəyə məxsus olmuşdur. Həmin ev 1960-cı ildə inşa edilmişdir. Özü 1988-ci ildə Rusiya Federasiyasına köçərək orada yaşamışdır. Valideynlərinin vəfatlarından xəbəri olsa da, qanunla müəyyən olunmuş müddətdə mirasın qəbulu ilə bağlı noratiat ofisinə müraciət etməmişdir. Anası 1981-ci, atası isə 1999-cu ildə vəfat etmişlər. Atasının vəfatında sonra həmin həyətdə cavabehlər Sakit və Cavabdeh2lar yaşamışlar. Atasının təsərrüfatında arvadı Əsli, sonuncunun qızı Aynur və oğlu Sakit olmuşlar. Atası ikinci arvadı olan Əslinin uşağı Aynuru övladlığa götürməmişdir. Veriləm suallara cavab olaraq bildirmişdir ki, DƏDRX-i tərəfindən verilmiş qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş Əsliyə məxsus olması haqqında arayışı mübahisələndirməmişdir. Atasından qalmış evin qardaşı Rafiqin istifadəsində qalmasına etiraz etmir. Lakin həmin evinn satılmasına razı deyildir. Məhkəmə iclasında digər İddiaçı2 da iddianı müdafiə edib göstərmişdir ki, atası Allahverdinin istifadəsində 40 sot torpaq sahəsi olmuşdur. Atasılndan miras qalmış ev 1960-cı ildə inşa edilmişdir. Atası sağlığında uşaqlarının paylarını qeyri rəsmi olaraq bölmüşdür. Cavabdeh Sakitin anası Əsli atasının ikinci arvadı olaraq atası ilə nikahda olsa da, kənd icra nümayəndəsi ilə isti münasibətlərdə olmuş, atasının vəfatından sonra isə ona ərə getmişdir. Əsli kənd icra nümayəndəsi ilə əlbir olaraq atasının evini öz adına keçirmişdir. Belə ki, kənd icra nümayəndəsi verdiyi arayışda atasının vərəslərindən yalnız Cavabdeh1 göstərmişdir. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, atasının vəfatından xəbəri olmuş və onun dəfnində iştirakl etmişdir. Lakin, mirasın qəbulıu ilə bağlı notariat ofisinə ərizə verməmişdir. Özü və ailəsi atasının həyətində inşa edilmiş başqa bir evdə yaşamışdır. Atasının vəfatı zamanı təsərrüfatları ayrı olmuşdur. Atasının 40 sot torpaq sahəsi olmuş və sağlığında o, həmin torpaq sahəsini 3 yerə - uşaqları Sakit, Mirzə və Rafiq arasında bölmüşdür. Rafiq atalarından qalmış evdə yaşayır. Mirzə vəfat etmişdir. Sakit də özünə ev tikib orada yaşayır. DƏDRX-i tərəfindən verilmiş qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş Əsliyə məxsus olması haqqında arayışı mübahisələndirməmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyib göstərmişdir ki, İddiaçı2 onun anasına şər atır.13 yaşında olduğu zaman atası vəfat etmiş, onun vəfatından sonra əvvəl anası ilə birlikdə atasına məxsus evdə yaşamış, həmin evin nə vaxt inşa edildiyini bilmir¸ daha sonra isə həmin həyətdə, anasının məxsus 11 sot torpaq sahəsində palçıqdan başqa bir ev tikdirmiş, həmin evin damını bağlayan zaman anası vəfat etmiş, daha sonra həmin 11 sot torpaq sahəsini çəpərə alaraq anasından miras qalmış torpaq sahəsi ilə evi adına rəsmiləşdirmişdir. 11 sot torpaq sahəsindən başqa 09 sot torpaq sahəsindən də qanunsuz istifadə etmiş, həmin qanunsuz istifadə etdiyi 09 sot torpaq sahəsində atasına məxsus ev yerləşmiş, həmçin evdə Rafiq yaşadığı və hər dəfə ona həmin evin ona məxsus olduğunu bildirdiyi üşün, həmiun evi və özünün mülkiyyətində olan 01 sot torpaq sahəsini Rafiqin qızı Könülə bağışlamışdır. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 Allahverdi oğlunun nümayəndəsi, eyni zamanda da cavabdeh olan Cavabdeh3 iddianı qəbul etməyib göstərmişdir ki, babası Allahverdinin vəfatından sonra babasının evində atası Rafiq və ailə üzvləri, o cümlədən də qardaşı Anarla birlikdə yaşamışlar. Sonradan atası ilə anası boşanmışdır. Bundan sonra iddiaçı Ağabanu həmin evi qardaşı Anarın adına rəsmiləşdirlməsinə razılıq vermişdir. Lakin Anarın şəxsiyyət vəsiqəsinin müddəti ötdüyü üçün, əmisi Cavabdeh1 həmin evi ona bağışlamışdır. Hazırda həmin evi satmaq fikrində deyildir. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında digər cavabdeh - Lənkəran rayon 1 saylı Notariat ofisinin nümayəndəsi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun nümayəndəsinin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: İş materiallarında olan və reyestrdə 2-V-03-2136 № ilə qeyd edilmiş, vərəsəlik işin nömrəsi 2038/2012 olan, 21 sentyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X33 vərəsəsi Lənkəran rayonu Şilavar kəndində yaşayan oğlu Cavabdeh1 Aliaheverdi oğlu miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən əmlak - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Lənkəran Əİ-i tərəfindən verilmiş **********05 nömrəli xx.xx.2012-ci il tarixli arayışa əsasən ünvan 1i ünvanındakı mülkiyyətində olan 0,087 ha. torpaq sahəsində yerləşən 2012-ci ildə inşa edilmiş ümumi sahəsi 66.37 kv.m., yaşayış sahəsi 33.2 kv.m., köməkçi sahəsi 33.1 kv.m. olan bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evindən və “Azərbaycan Respublikası DTXK-nin Lənkəran rayon Şöbəsinin xx.xx.2005-ci il tarixli, JN 716 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə dair” Şəhadətnaməyə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Lənkəran Əİ-i tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 22-31-234 nömrəli arayışa əsasən ünvan 1i ünvanında yerləşən 0,11 ha. torpaq sahəsinin mərhuma məxsus hissəsindən ibarətdir. İş materiallarında olan Azerbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şiləvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 09 sentyabr 2024-cü il tarixıi, 12-31/942 № li arayışından görünür ki, İddiaçı1 Allahverdı qızının mərhum atası- X25 xx.xx.1999-cu il tarixdə vəfat etmiş, mərhumun daimi yaşayış yeri Lənkəran rayonunun Şiləvar kəndi olmuş və aşağıdakı ailə üzvləri qalmışdır

1. Qızı-İddiaçı1

2. Oğlu-Cavabdeh2 Allahverdi oğlu, X1 ailə tərkibindən çıxıb gedən övladları aşağıdakılardır:

1. X15 oğlu, (vəfat edib)

2. X16 oğlu (vəfat edib)

3. X17 oğlu, (vəfat edib)

4. X18 oğlu,

5. Oğlu-Cavabdeh1. X7iunun yuxarıda qeyd olunan vərəsələrdən başqa digər vərəsəsi yoxdur. İş materiallarında olan ƏMDKY DƏDRX-nin “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0,11 ha. torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 66.5 kv.m., yaşayış sahəsi 33.2 kv.m., yardımçı sahəsi 33.3 kv.m. olan bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2012-ci il tarixdə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan və Lənkəra rayon 1 saylı notariat ofisində, reyestrdə 4Ə-1890 № ilə qeyd edilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ƏMDKY DƏDRX-nin “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən mülkiyyətində olan 0,01118 ha. torpaq sahəsini qardaşı qızı Cavabdeh3 bağışlamışdır. İş materiallarında olan arayışdan görünür ki, X2 Mənsurə Nüsrət qızı arasında nikah 10 sentyabr 1948-cı il tarixdə rəsmiləşdirlmiş və nikah bağlandıqdan sonra qadın “Sadıxova” soyadını qəbul etmişdir. İş materiallarında olan doğum, rus dilində olan ölüm haqqında şəhadətnamələrin təcümələrindən, eləcə də surətlərindən görünür ki, X19 ilə X13 birgə nikahlarından 6 uşaqları doğulmuşdur. X3 xx.xx.1954-cü il tarixdə doğulmuş və xx.xx.2009-cu il tarixdə Rusiya Federasiyasında ölmüş, X21 xx.xx.1956-cı il tarixdə doğulmuş və xx.xx.2010-cu il tarixdə Rusiya Federasiyasında ölmüş, X24 xx.xx.1960-cı il tarixdə doğulmuş və xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasında ölmüş, X28 xx.xx.1962-ci il tarixdə, Cavabdeh2 Allahverdi oğlu xx.xx.1965-ci il tarixdə və X11 xx.xx.1967-ci il tarixdə doğulmaqla hazırda sağ və salmatdırlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X31 xx.xx.1981-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X49 arasında nikah xx.xx.1983-cü il tarixdə rəsmiləşdirlmiş və nikah bağlandıqdan sonra qadın “Sadıxova” soyadını qəbul etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X33 birgə nikahlarından xx.xx.1986-cı il tarixdə Cavabdeh1 doğulmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.1999-cu il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X49 xx.xx.2011-ci il tarixdə ölmüşdür. Məhkəmə qeyd edir ki, cavabdeh xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə məhkəməyə ərizə göndərərək həmin ərizəyə əlavə edilmiş sənədləri sübut qismində işə əlavə edilməsini xahiş etmişdir. Lakin həmin sübutlar, məhkəmə baxışı iclasınadək təqdim edilmədiyi üçün, onlar tədqiq edilməməklə işə əlavə edilir.

ƏSASLANDİRİCİ HİSSƏ:

Məhkəmə iclasa gəlmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçılar, Cavabdeh1 ilə atadan doğma, anadan ögey bacı və qardaşdırlar. İddiaçıların və Cavabdeh2 doğma anaları Mənsurə 1981, onların, eləcə də Cavabdeh1 ataları Allahverdi isə 1999-cu ildə vəfat etmişlər. İddiaçılar atalarından miras qaldığını iddia etdiklərin evin 1960-cı ildə tikildiyini göstərsələr də, bunu təsdiqləyən hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddiaçılar birinci tələbləri kimi, “Qanun üzrə vərəsəlik hüququ haqqında 21 sentyabr 2012-ci il tarixli Şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmişlər. Məhkəmə MPM-nin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq iddiaçıların həmin tələbinə qiymət verərək qeyd edir ki, 21 sentyabr 2012-ci il tarixli Şəhadətnamədən görünür ki, miras əmlak 2012-ci ildə inşa edilmiş evdən ibarətdir. Həmin ev inşa edilən 2012-ci ildə iddiaçıların valideynləri Mənsurə və Allahverdi sağ olmamış, onlar tərəfindən həmin ev inşa edilə və onlardan qalmış mirasın kütləsinə daxil ola bilməzdi. Bu səbəbdən də məhkəmə hesab edir ki, 2012-ci ildə inşa edilmiş ev iddiaçıların valideynlərindən miras qalmadığı üçün, onların belə tələblə bağlı məhkəməyə müraciət etməyə subyektiv hüquqları olmamışdır. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasınun Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İş materiallarında olan 21 sentyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətinin məzmunundan aydın olunur ki, Cavabdeh1 doğma anası, iddiaçıların isə ögey anaları X8 rayonu, Şilavar kəndində 0,087 ha. torpaq sahəsində yerləşən 2012-ci ildə inşa edilmiş ümumi sahəsi 66.37 kv.m., yaşayış sahəsi 33.2 kv.m., köməkçi sahəsi 33.1 kv.m. olan bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evi üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş olsa da, həmin hüququ təsdiq edən çıxarışı almadan xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İddiaçılar tərəfindən yuxarıda qeyd olunmuş və DƏDRX-i tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Yəni, Cavabdeh1 mirası qəbul etdiyi zaman yuxarıda qeyd olunmuş DƏDRX-i tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur. X33 vəfat etdiyi zaman və hazırda da qüvvədə olan Mülki Məcəllənin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Yuxarıda qeyd olunan Məcəllənin 1243-cü maddəsinə görə, miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə tərindən qəbul edilir. Vərəsə miras açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirasın qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə, vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Cavabdeh1 anası Əsli Əskərovanın vəfatından sonra sonuncunun birinci növbəli vərəsələri onun valideynləri, əri və uşağı(uşaqları) hesab olunurlar. Lakin onun vəfatı vaxtı onun vərəsələrindən yalnız doğma oğlu Cavabdeh1 sağ olmuş və hazırda da sağdır. X49 iddiaçıları övladlığa götürməmişdir. İddiaçılarla Cavabdeh1 anası Əsli Əskərova arasında qan qohumluğu olmamışdır. Buna görə də kənd icra nümayəndəliyi haqlı olaraq X33 vərəsələri sırasında yalnız Cavabdeh1 olduğunu göstərmişdir. Sonucu da, anasından qalmış mirası qəbul etmiş, ardınca da, 2012-ci ildə inşa edilmiş evi miras əmlak olaraq xüsusi mülkiyyət hüququ əsasında adına rəsmiləşdirmişdir. Göründüyü kimi, Cavabdeh1 qanuni əsaslarla mirası qəbul etmiş və həmin qanuni əsaslarla da miras əmlakı adına rəsmiləşdirmişdir. İddiaçılar isə Əsli Əskərovanın vərəsələri olmadıqları üçün, icra nümayəndəliyi haqlı olaraq verdiyi arayışda onları Əsllinin vərəsələri kimi göstərməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ciil tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Göründüyü kimi, iddiaçılar Əsli Əskərovanın vərəsələri qismində çıxış edə bilməzlər. Belə olan halda onların “Qanun üzrə vərəsəlik hüququ haqqında” 21 sentyabr 2012-ci il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli Cavabdeh1 adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi, 18 avqust 2023-cü il tarixli bağışlama müqavilənin etibarsız hesab edilməsi barədə iddia verməyə sübyektiv hüquqları olmamışdır. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Belə ki, qüvvədə olan MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi 02 sentyabr 2000-ci ildə vəfat etmiş A.Mövsumovun vərəsəsi kimi onunla nikahda olmuş Z.Həsənovanın iddiasının təmin olunmasına dair 30 noyabr 2006-cı il tarixdə qətnamə çıxardıqda, sonuncunun MM-in 1243.2-cü maddəsinə müvafiq olaraq mirası qəbul etməsini, yəni subyektiv hüququnun birinci elementinə malik olub-olmamasını müəyyən etməmişdir. M.Bağırov isə iddia edir ki, Z.Həsənova ilə A.Mövsumov arasında bağlanmış nikah ləğv edilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi "xxxx" MTK tərəfindən inşa edilmiş binada yerləşən mənzilin kooperativin idarə heyətinin sədri kimi məhz M.Bağırovdan tələb etmək barədə Z.Həsənovanın iddiasını təmin edərkən qanunun tələblərinə riayət etməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 qanuni əsaslarla “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və onun əsasında xx.xx.2012-ci il tarixdə “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ******* nömrəli Çıxarış aldığından, onların etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yoxdur. Məhkəmə 18 avqust 2023-cü il tarixli bağışlama müqavilənin etibarsız hesab edilməsi ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi Cavabdeh1 adına verilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ******* nömrəli Çıxarışın etibarsız hesab edilməsi üçün hüquqi əsasların olmaması aşkar edilmişdir. Cavabdeh1 bağışlama müqaviləsini imzalayan zaman mülkiyyətində olan əmlaka dair sərəncam verməkdə tam sərbəst olmuşdur. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdeh1 öz istəyinə əsasən mülkiyyətində olan əmlakı Cavabdeh3 bağışlamaqda hər hansı bir qanun pozuntusuna yol verməmiş, bu səbəbdən də, iddiaçıların bu tələbləri də əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçılar cavabdeh qismində Cavabdeh2 Allahverdi oğlunu da göstərsələr də, sonuncunun konkret olaraq nəyə cavabdeh olduğunu göstərməmişlər. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçılar əsl olmayan cavabdehə qarşı iddia qaldırdıqlarından ona aid hissədə də iddia təmin edilməməlidir. Bütün yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıların cavabdehlərə qarşı verdikləri iddianın təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Buna görə də iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

NƏTİCƏ HİSSƏ:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar