Məhkəmə qərarları › İş №2(049)-1383/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1383/2025

11.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1383/2025 11.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu İddiaçılar Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs qismində cəlb etdiyi “doğum və ölüm faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçılar Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs qismində cəlb etdiyi “doğum və ölüm faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, MPM-nin 151.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi geri qaytarılır. Hazırkı iddia ərizəsindən görünür ki, iki nəfər şəxs ayrı-ayrılıqda xüsusi icraat qaydasında olan tələblərini bir iddia ərizəsində birləşdirərək məhkəməyə müraciət etmişlər. İddia ərizəsində müəyyən olunur ki, iddiaçı Ərizəçi1 öz anasının, Ərizəçi2 MNəhərrəm oğlu da öz növbəsində öz anasının və nənəsinin doğum və ölüm faktlarını müəyyən edilməsini xahiş etmişlər. Göründüyü kimi iki müstəqil iddiaçı tərəfindən iki müstəqil tələb üzrə iddialar əsassız olaraq bir iddia ərizəsində birləşdirilmişdir ki, bu halda da iddia ərizəsinin icraata qəbulu qanunvericiliklə qadağan olunmuşdur. Məhkəmə hesab edir ki, göstərilən nöqsanlar aradan qaldırılmadan iddia ərizəsinin icraata qəbul edilməsi mümkün deyil. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra, yəni iki müstəqil ayrı iddia kimi verildikdən sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs qismində cəlb etdiyi “doğum və ölüm faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar