Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1388/2023 02.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikah qeydinin pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ayqerim Neyazaliyevaya qarşı nikah qeydinin pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında Lənkəran Rayon Qeydiyyat Şöbəsində 28 sentyabr 2019-cu il tarixdə № 427 sayla bağlanmış nikah qeydinin pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 01 yanvar 1996-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Cavabdeh ilə nikahlarını Lənkəran rayonu Qeydiyyat şöbəsində 28 sentyabr 2019-cu il tarixdə № 427 sayla rəsmiləşdirmişlər. Birgə nikahdan uşaqları olmamışdır. Cavabdeh ilə ailə qurarkən onu yaxından tanımamış, ailə qurandan sonra ər-arvad kimi yaşasalar da, cavabdehin ailəyə qarşı davranışının yaxşı olmadığını görmüşdür. Belə ki, cavabdehlə ailə qurandan sonra bir müddət yaxşı yaşasalar da, sonra cavabdeh ilə münasibətləri və xasiyyətləri uyğun olmamışdır. Cavabdeh ilə bir ilə yaxın yaşamış, 2021-ci ilin mart ayından münasibətləri yoxdur. Artıq üç ilə yaxındır ki, bir yerdə yaşamırlar. Cavabdeh Azərbaycanda yaşamaq istəmədiyindən bir yerdə yaşamaları mümkün deyildir. Aralarında olan nikah formaldır. Ona görə nikahın pozulmasl qərarına gəlmişdir. Bundan əlavə cavabdehin nümayəndəsi mediasiya prosesinin iştirak etmişdir və barışıq sazişi bağlanmışdır. Hər iki tərəf nikahın pozulmasına razı olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul edib, barışıq üçün vaxt verilməsinə ehtiyac olmadığını və iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş AZ-T № 023198 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı Lənkəran rayon Qeydiyyat şöbəsində 28 sentyabr 2019-cu il tarixdə 427 №-li aktla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məhərrəmov, arvada Neyazaliyeva soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 20 fevral 2023-cü il tarixli MŞL-00446 saylı barışıq sazişindən görünür ki, mediasiya prosesi nəticəsində tərəflər - İddiaçı və Cavabdeh aralarında bağlanılmış xx.xx.2019-cu il tarixli nikahın davam etdirilməsinə razı olmamışlar. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 20 fevral 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 55 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 10 fevral 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 45 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Rayon Qeydiyyat Şöbəsinin 28 fevral 2023-cü il tarixli tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.2-ci maddəsinə əsasən nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin nikahı Lənkəran rayon Qeydiyyat şöbəsində 28 sentyabr 2019-cu il tarixdə 427 №-li aktla rəsmiləşdirilmişdir. Tərəflərin birgə nikahlarından uşaqları olmamışdır. Tərəflər mediasiya prosesində aralarında bağlanılmış nikahın davam etdirilməsinə razı olmadıqlarını bildirmişlər. İddiaçı tərəf nikahın pozulmasına təkid edir, cavabdeh tərəf isə iddia tələbini qəbul edib, barışıq üçün 3 ay vaxt verilməsinə ehtiyac olmadığını bildirərək, iddianın təmin edilməsini xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.2-ci maddəsinə görə ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Bu Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Lənkəran Rayon Qeydiyyat Şöbəsində 28 sentyabr 2019-cu il tarixdə, № 427 sayla bağlanmış nikah qeydi pozulsun. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Birgə nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən üç illik müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi iddiaçı və cavabdehə izah edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-1388/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1388/2023
02.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver