Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1408/2023 01.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «cavabdeh qurum tərəfindən əsassız olaraq müəyyən olunan cərimənin silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin “X2ydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin aktın əsasında hesablanmış 1036.80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixində Azərqaz İB Lənkəran RQİİ-nin əməkdaşları onun adına olan G-4 markalı ******* №-li qaz sayğacına baxış keçirmişlər və onun köhnəlməsi ilə əlaqədar dəyişdirilməsini lazım bildirmişlər. 2023-cü ilin fevral ayının ortalarında Liman poçt şöbəsində istifadə etdiyi təbii qazın ödənişini ödədiyi vaxt ona məlum olmuşdur ki, adına 30 dekabr 2022-ci il tarixində guya qaz sayğacına müdaxilə etməyinə görə cərimə borcu yazılıb. Bununla bağlı Azəriqaz İB Lənkəran RQİİ-yə müraciyət etmiş və ordan bildirmişlər ki, qaz sayğaclarına məlum müdaxilə ilə bağlı cərimə borcu yaranmışdır. O, heç bir xəbərdarlıq və məlumat vermədən cərimə olunmağını qanunsuz hal hesab edib etiraz etsə də nəticəsiz qalmışdır. Azərqaz İB Lənkəran RQİİ-nin əməkdaşlarının yoxlaması zamanı ailə üzvlərindən biri orda olmuş və heç bir müdaxilə söhbəti edilməyib. Baxış zamanı müəyyən edilib ki, dəyişdirilən köhnə sayğacda kənar cızıqlar var. Cavabdeh Azəriqaz İB əməkdaşları keçirilən baxışa dair 30 dekabr 2022-ci il tarixli ******* nömrəli “akt” tərtib etmişlər. Həmin dövrlərdə göstərilən ünvanda yaşasa da aktla və göstərilən halla tanış olmamış və aktı imzalamamışdır. Azərqaz İB Lənkəran RQİİ-dən şifahi olaraq bildirdilər ki, cərimənin ləğvi ilə bağlı Lənkəran rayon Məhkəməsinə müraciyyət etməlisən. ******* N2-İİ 30 dekabr 2022-i il tarixli “ X2ydalarının pozulması haqqında “ aktın tərtib edilməsi üçün Dövlət lamaratoriya aktı əsas səbəb kimi göstərilmişdir. Halbu ki, Dövlət Loboratoriya aktında qaz sayğacına kimin tərəfindən müdaxilə edilməsi göstərilməmişdir. Göstərilərsə belə onun hüquqi əsası yoxdur. Bu səbəbdən mənə tərtib edilmiş ******* JV2-İİ 30 dekabr 2022-ci il tarixli “ X2ydalarının haqqında “kı akt qanunsuz və əsassızdır. Ona görə də ləğv edilməli, hesablanmış 1036 manat 80 qəpik cərimə məbləği silinərək “Abonent Saldosu”undan çıxarılmalıdır. Azərbaycadan Respublikasının Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may2011-ci il tarixli , 80 saylı qərarının 4.8 bəndində belə yazılır: Fiziki şəxs olan istelakçıların qaz sayğacının işlək vəziyyətdə saxlnılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Deməli , fiziki şəxs olan istehlakçı yəni mən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına cavabdeh deyiləm. Çünki, Qaz sayğacının mühafizəsi “imperativ” qaydada Qaz Paylayıcısının vəzifələrinə aid edilmişdir. Onu da qeyd edim ki, qaz istehlakı ilə bağlı heç bir hüquq normasında qaz sayğacının küçə ərazisində quraşdırılmadığı halda istehlakçının təqsirli olması barədə göstəriş yoxdur. Deməli hər bir halda fiziki şəxs ( məişət qaz qurğusu istifadəçisi) olan qaz istehlakçısı qaz sayğacının işlək vəziyyətində saxlanılmasına cavabdeh deyildir. Bu səbəbdən mənə tərtib edilmiş ******* Nü-li 30 dekab 2022-ci il tarixli “X2ydalarının pozulması haqqında“ kı akt qanunsuz və əsassızdır. Ona görə də ləğv edilməli , hesablanmış 1036 manat 80 qəpik cərimə məbləği isə silinərək mənim “Abonent Saldosu”ndan çıxarılmalıdır. Mənimlə bağlanmış Qaz paylayıcı ilə məişət qaz. qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə ki XS-42-02144/22 nömrəli ,xx.xx.2022- cü il tarixli müqavilənin 5.2 bəndində yazılır: “-bu müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciyyət edə bilərlər”. Müqavilənin tələbindən belə başa düşülür ki , mübahisə olduqda qanun birtərəfli qaydada Təchizatçıya cərimə yazmaq səlahiyyəti deyil, ona məhkəməyə müraciyyət etmək hüququ verir. Ona görə də mənə tərtib edilmiş ******* nömrəli, 30 dekabr 2022-ci il tarixli “X2ydalarının pozulması haqqında kı akt” qanunsuz və əsassızdır. Ona görə də ləğv edilməli, hesablanmış 1036 manat 80 qəpik cərimə məbləği isə silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında bağlanmış 29 dekabr 2022-ci il tarixli qazın alqı-satqı müqaviləsindən görünür ki, qaz paylayıcısı-X3 İdarəsi müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı, İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəyib. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifələrindən biridir. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. xx.xx.2022-ci il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış Elster tipli, G-4 T markalı qaz sayğacı, Zenner tipli, G-4 markalı qaz sayğacı ilə dəyişdirilmişdir. Azəriqaz İB-nin «X2ydalarının pozulması» haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, sayğac istismara yararsızdır. Abonent saldosundan görünür ki, İddiaçı 2022-ci ilin dekabr ayı üçün 1036.80 manat cəriməhesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında bağlanmış 29 dekabr 2022-ci il tarixli qazın alqı-satqı müqaviləsinə əsasən qaz paylayıcısı-X7 İdarəsi müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı, İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəyib. xx.xx.2022-ci il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktı ilə İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış Elster tipli, G-4 T markalı qaz sayğacı, Zenner tipli, G-4 markalı qaz sayğacı dəyişdirilmişdir. Azəriqaz İB-nin «X2ydalarının pozulması» haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, sayğac istismara yararsızdır. İstehlakçı İddiaçı 2022-ci ilin dekabr üçün 1036.80 manat cərimə hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 8 və 9-cu bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Qazdan istifadə qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Həmçinin qeyd edilməlidir ki, «Azəriqaz» İB-nin baş direktorunun təsdiq etdiyi xx.xx.2013-cü il tarixli, “Əhali abonentlərinin mənzillərində (evlərində) qaz sayğaclarının quraşdırılması və istismarı” qaydalarının 6.2-ci bəndinə əsasən sayğaclar xətdən açıldıqdan sonra 10 iş günü müddətində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə (İTRİ) göndərilir. Həmin “Qaydaların 6.6-cı bəndinə görə sayğacların İTRİ-yə daxil olan vaxtdan 10 iş günü müddətindən gec olmayaraq Dövlət yoxlamasından keçirilməsi, sənədləşdirilməsi və «Azəriqaz» İB-nin nümayəndəsinə (müvafiq X4) təhvil verilməsi təmin edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan iddia təmin edilməli, cavabdeh «Azəriqaz» X1 regional Qaz İstismar İdarəsinin “X2ydalarının pozulması” haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktı ləğv edilməli və həmin akt əsasında hesablanmış 1036.80 manat məbləğində cərimə silinməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 259, 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» X1 X5 İdarəsinin «X2ydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2022-ci il tarixli, ******* saylı aktı ləğv edilsin və həmin akt əsasında hesablanmış 1036.80 manat məbləğində cərimə silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-1408/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1408/2023
01.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver