Məhkəmə qərarları › İş №2(049)-1459/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1459/2025

22.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1459/2025 22.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizəylə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci il tarixdə Lənkəran rayonu Xarxatan kəndində anadan olmuş və orada yaşayan əri X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o xx xxxxxx 1969-cu il tarixdə Lənkəran rayonu Xarxatan kəndində anadan olub. Hazırda da ailəsi və əri Akif Nəhmətovla birlikdə yaşayır. X8 əridir. O, xx.xx.1957-ci il tarixdə anadan olmuşdur, əri Akif Nəhmətov uzun müddətdir ki, Spastik hemiplegiya, sol tərəfi hemipleqiya, beyin arteriyasının trombozu nəticəsində yaranan beyin infaktı xəstədir, əriylə birlikdə yaşayır və xəstələndiyi gündən bəri onun qulluğundadır. Müalicə elətdirsə də, heç bir nəticə vermədiyi üçün onu təqaüdə çıxarmaq üçün Tibbi Sosial Ekspert Komissiyasına təqdim etdik, orada qardaşı müayinə olundu və ona müddətsiz İ qrup əlilik dərəcəsi təyin edildi. Akif Nəhmətov hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyildir. Onun ümumiyyətlə danışıq nitqi yoxdur. Ona görə də Akif Nəhmətov sol tərəfi hemipleqiya, beyin arteriyasının trombozu nəticəsində yaranan beyin infaktı nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsini nəzərə alıb, fəaliyyət qabliyyəti olmayan hesab edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq maraqlı şəxs Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən ərizəçi və Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Ərizəyə əlavə edilmiş və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, X8 müddətsiz İ qrup əlildir. «Nikah haqqında» şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 və Ərizəçi xx.xx.1990-cı il Şağlaser kənd soveti Şağlaser kəndində 28 saylı nikah akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Nəhmətov, arvada Nəhmətova soyadı verilmişdir. X9 Kitabçasından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X4 nevropotoloqun yanına göndərilməsi məsləhət görülür. “Lənkəran RMX” Publik hüquqi şəxsin Şüa-diaqnostika şöbəsinin xx.xx.2021-ci il tarixli rentgen nəticədən görünür ki, X2 diz oynaq artrozu, sol bud çanaq artrozu, sol dirsək oynağı artrozu, onurğanın bel oma nahiyyəsinin osteoxondrozu var. Məhkəmə araşdırması zamanı məhkəmənin təşəbbüsü ilə xx.xx.1957-ci il təvəllüdlü X4 psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və icra olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Мəhkəmə X3” publik hüquqi şəxsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Мəhkəmə X3” publik hüquqi şəxsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 3787 saylı rəyindən görünür ki, X1 insultdan sonra yaranmış vegetativ vəziyyət müəyyən edilir. Xəstəliyi ilə əlaqədar ona müddətsiz İ qrup əlillik təyin edilmişdir. Göstərilənləri nəzərə alaraq xx.xx.1957- ci il təvəllüdlü X1 insultdan sonra yaranmış vegetativ vəziyyət ilə diaqnozlu xəstəliklə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb- biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə ərizəçinin izahatını, ekspertiza rəyini, iş materiallarını hərtərəfli araşdırıb, belə qənaətə gəlir ki, X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. İşin göstərilən halları ekspert rəyi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, qardaşbacıların) ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ci il tarixdə Lənkəran rayonu, Xarxatan kəndində doğulmuş və Lənkəran rayonu, Xarxatan kəndində qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qərar qüvvəyə mindikdən etibarən 3 gün ərzində X7 qəyyumluq və himayəçilik təyin edilməsi üçün məlumat Lənkəran şəhər icra hakimiyyəti başıçısı yanında qəyyumluq və himayəçilik komissiyasına göndərilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar