Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-146/2025 08.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4400 manat borc pul və dövlət rüsumu olaraq ödədiyi 64 manat pulun, cəmi 4464 manat pulun alın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1997-ci il tarixdə Lənkəran rayonu, Göyşaban kəndində anadan olub. Mərhum əri X8 oğlu əvvəllər məişət avadanlıqlarının təmiri ilə məşqul olmuşdur. 2019-cu ildə Elmarın tanışları olan Əliabbas Rüstəmov və Raifə adlı şəxlər ona təklif etmişlər ki, məişət avadanlıqları kreditə satan bir firma açsınlar və həmin firmanı Elmar çalışdırsın. Lakin məişət avadanlıqları almaq üçün pulu Əliabbas və Raifə adlı şəxslər versinlər. Elmar da onlarla razılaşmışdır. Elmarın adına “RTA elektroniks” adlı firma yaratmışlar. Elmar “Sədərək” ticarət mərkəzindən məişət avadanlıqlarını nağd pulla alaraq Lənkəran rayonunda kredit kimi ayrı-ayrı şəxslərə satırdı. Belə ki, malları satarkən bəzən ilkin ödəniş almış, bəzən isə almamışdır. Elmardan məişət texnikası alan şəxslər əsasən X4, X5 və onların yaxınları olmuşdur. Həmin şəxlərdən bəziləri Elmarın dövründə krediti vaxth-vaxtında ödəsələrdə, bir qismi aylıq ödənişləri gecikdirmişdir. X11 və Vəfadan pullarını geri ala bilməmiş və 07 iyun 2023-cü il tarixdə işlətdiyi dükanda özünü asaraq intihar etmişdir. Hüzr mərasimi qurtardıqdan sonra o, Zamiq və Vəfadan pulları tələb etsə də, onlar müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınmışlar. Belə ki, Zamiqin və onun gətirdiyi adamların 50000 manat, Vəfanın və onun gətirdiyi adamların 30000 manat borcu qalmışdır. Zamiq və Vəfa kreditə məişət avadanlıqları almaq üçün adam tapıb, mağazaya gətirirmişlər və Elmar həmin şəxslərlə məişət avadanlıqlarının qiymətini aylıq ödəmələrə bölüb, həmin şəxslərlə müqavilə bağlamışdır. Adlarını qeyd etdiyi şəxslər mərhum əri X8 oğluna olan borclarını ödəmədikləri üçün o bununla bağlı Lənkəran ŞRPŞ-yə şikayət ərizəsi ilə müraciət edib. Orada onun şikayəti araşdırılarkən iş üzrə cavabdeh olan Cavabdeh özü verdiyi izahatında etiraf etmişdir ki, Elmardan kreditə qaz peçi götürmüş və hazırki günə onun mərhum əri X8 oğluna kreditə götürdüyü qaz peçinə görə 4400 manat borcu vardır, həmin pulu müəyyən vaxt ərzində ödəməyə çalışacaqdır. Hazırda o heç bir yerdə işləmir və onun himayəsində iki uşağı vardır və gözləməyə vaxtı yoxdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaхtı və yеri barədə lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin hazırlıq iclasında izahat verərək iddianı qəbul etdiyini bildirərək iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, Cavabdeh Ağayeva izahatında Günel Rasim qızının mərhum əri X8 oğluna 4400 manat borclu olduğunu etiraf etmişdir. Lənkəran Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X8 oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir və vərəsələrinin dairələri müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən arvadı İddiaçı, qızları X3 və X1r. xx.xx.2024-cü il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki,iddiaçı tərəfindən məhkəməd iddia ərizəsinin verilməsinə görə 64 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı və cavabdehdən 4400 manat məbləğində pul və 64 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh 4400 manat məbləğində pul və ödənilmiş 64 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-146/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-146/2025
08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver