Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1502/2025 19.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə2, Cavabdeh2 nümayəndəsi Nümayəndə1 və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri” X19 10 saylı Lənkəran ərazi idarəsinə və Cavabdeh2nə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən Cavabdeh1 adına verilmiş 15 yanvar 2021-ci il tarixli 2V-47 reyestr nömrəli “ər-arvadın ümumi əmlakındakı paya görə sağ qalmış ərə verilən mülkiyyət hüququ haqqında” şəhadətnamənin, Cavabdeh1 adına verilmiş 15 yanvar 2021-ci il tarixli 2V-48 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun X2 23 yanvar 1977-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. X7 2015-ci ildə iş üzrə cavabdeh olan Bakı şəhər sakini Cavabdeh1 ilə faktiki nikaha daxil olaraq evlənmişlər. Sonradan onlar öz nikahlarını rəsmi olaraq qeydiyyata aldırmışlar. X7 05 yanvar 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonunda vəfat etmişdir. Mərhum qızı X1 İmran Əlimurad oğlu ilə nikaha daxil olmamışdan əvvəl 2010-cu ildə iddiaçı onun üçün Lənkəran rayonu, Girdəni kəndində 0,06 ha həyətyanı torpaq sahəsi almışdır. Bu barədə onun adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Seriya MA, nömrə ******* saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2010-cu il, reyestr nömrəsi **********01 olan çıxarış verilmişdir. X2 vaxtsız vəfat etdiyi üçün bir valideyn kimi bu onu çox sarsıtmışdır. Ona görə də qızı vəfat edəndən sonra dərhal notariat konturuna gedib ondan miras qalmış həmin torpaq sahəsini bir vərəsə kimi qəbul edə bilməmişdir. X2 Bakı şəhərində, xəstəxanada onların xəbəri olmadığı bir şəraitdə vəfat etmiş və cavabdeh bu barədə onlara bildirdikdən sonra onlar Bakı şəhərinə gedərək X4 cənazəsini Lənkərana gətirmişlər. Bütün xərcləri digər evli olan qızı Nümayəndə2 borc alaraq özü qarşılamışdır. Cavabdeh isə bildirmişdir ki, onun hüzr mərasimini və digər xərcləri çəkməyə pulu yoxdur. Beləliklə, yuxarıda qeyd etdiyi kimi, iddiaçı təqaüdçü və xəstə olduğu üçün X2nın cənazəsinin Bakıdan Lənkərana gətirilməsi üçün bütün yol xərclərini, hüzr mərasimlərinin keçirilməsinə və başdaşının qoyulmasına sərf olunan vəsaitləri digər evli olan qızı Nümayəndə2 alaraq etmişdir. Fikri də belə olub ki, X2 üçün aldığı həmin 0,06 ha torpaq sahəsini sataraq borclarını qaytarar. İş üzrə cavabdehə də bu barədə dedikdə o, özü də bununla razılaşmışdır. Cavabdeh bildirmişdir ki, nə vaxt lazım olsa, çağırar, gəlib, imzalayar. Bu yaxınlarda o, iş üzrə cavabdehə zəng edərək bu barədə onunla söhbət etmişdir və ona Lənkərana gələrək yuxarıda qeyd olunan torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı sənədlərə imza atmağı bildirmişdir. Cavabdeh isə ona bildirib ki, həmin torpaq sahəsi onun haqqıdır, xərc çəkərək sənədləşmə işlərini aparıb, həmin torpaq sahəsini öz adına dövlət qeydiyyatına aldırmışdır və bildirib ki, iddiaçıya 0.015 ha torpaq sahəsi düşür, onu öz adına sənədləşdirsin. Vəziyyəti belə görüb o, Lənkəran Regional "ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir və orada iddiaçıya bilmişlər ki, onun sənədləri hazırdır, gəlib imzalasın. Orada işləyən qız, o sənədləri imzalayakən ondan nə imzaladığını bilib-bilmədiyini soruşmuşdur iddiaçı isə bilmədiyini bildirmişdir. Bundan sonra həmin qızı iddiaçıya bildirib ki, onun kürəkəni Cavabdeh1 X2ndan miras qalmış Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0.06 ha torpaq sahəsini bir vərəsə kimi qəbul etmişdir və bu sənədlər iddiaçı vərəsə olduğu həmin miras əmlakdan onun payı olan ¼ hissə açıq saxlanıldığı üçün həmin payın qəbulu ilə bağlıdır. O, isə buna etiraz edərək buna razı olmadığını bildirmişdir. Həmin Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0.06 ha torpaq sahəsinin onların birgə nikah dövründə alınmadığını, həmin torpaq sahəsinin iddiaçı tərəfindən qızı üçün aldığını və notariusun bunu necə nəzərə almadığını bildirmişdir. Sonra isə Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin sürətini tələb etmişdir. Onlar da həmin şəhadətnamələrin sürətini iddiaçıya təqdim etmişlər və baxanda görmüşdür ki, Cavabdeh1 2021-ci ilin əvvəllərində X2ndan miras qalmış Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0.06 ha torpaq sahəsini bir vərəsə kimi qəbul edərkən nikah haqqında şəhadətnaməni təqdim edərək əvvəlcə ər-arvadın ümumi əmlakındakı paya görə sağ qalmış ərə verilən mülkiyyət hüququ haqqında şəhadətnaməni almış, həmin şəhadətnaməyə əsasən notarius qeyd olunan torpaq sahəsini onların birgə nikah müddətində əldə edildiyini hesab edirək ona ½ hissə pay vermiş, daha sonra isə Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərək həmin şəhadətnaməyə əsasən də X2ndan miras qalmış Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0.06 ha torpaq sahəsinin ¾ hissəsini ona vermiş, qalan ¼ hissəni isə iddiaçıya çatan pay kimi açıq saxlayaraq ona bu barədə heç bir məlumat verməmişdir. Beləliklə də notarius vərəslik işi açanda və Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi üzrə pay müəyyən edəndə iddiaçı vərəsə olsa da, bu barədə ona heç bir məlumat verilməmişdir. İddiaçının bütün bunlardan 24 yanvar 2025-ci il tarixində məlumatı olmuşdur. Ona görə də hesab edir ki, həm Cavabdeh1 adına verilmiş ər-arvadın ümumi əmlakındakı paya görə sağ qalmış ərə verilən mülkiyyət hüququ haqqında şəhadətnamə, həm qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həm də həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarış etibarsız hesab edilməlidir. Ona görə də hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etməklə, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə etməklə, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbində mübahisələndirilən Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən Cavabdeh1 adına verilmiş 15 yanvar 2021-ci il tarixli 2V-47 reyestr nömrəli “ər-arvadın ümumi əmlakındakı paya görə sağ qalmış ərə verilən mülkiyyət hüququ haqqında” və 15 yanvar 2021-ci il tarixli 2V-48 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Bu səbəbdən iddia tələbi tamamilə əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəməsən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, həyat yoldaşı X7 05 yanvar 2019-cu il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış Lənkəran rayonu, Girdəni kəndində 0,06 ha həyətyanı torpaq sahəsini vərəsəlik əsasında rəsmiləşdirmək üçün Lənkəran rayon 1 saylı notariat ofisinə müraciət etmişdir. Notarius tərəfindən ona vərəsəlik şhadətnamələri təqdim edilmişdir və o, həmin şəhadətnamələr əsasında həyat yoldaşından miras qalmış torpaq sahəsinin dörddə üç hissəsini öz mülkiyyətinə keçirmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri” X19 10 saylı Lənkəran ərazi idarəsinə, nümayəndəliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə həmin cavabdeh təşkilatların nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin, cavabdehin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: DƏDRX-nin Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixli **********01 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Lənkəran rayonu Girdəni kəndində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi X4 mülkiyyətində olmuşdur. AZ-İİ seriyalı, 053756 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh1 ilə xx.xx.1977-ci il təvəllüdlü X7 16 iyun 2015-ci il tarixdə rəsmi nikaha daxil oluşlar və bu barədə Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə 323 saylı nikah akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Babayeva” soyadı verilmişdir. Lənkəran rayon qeydiyyat şöbəsi tərfindən verilmiş xx.xx.2020-ci il tarixli 1535 saylı doğum akt qeydindən çıxarışdan görünür ki, X7 xx.xx.1977-ci il tvllüdlüdür. Atası – X10, anası – X11r. AZ-İİ seriyalı, 018164 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 05 yanvar 2019-cu ildə ölmüşdür. Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib edilmiş 2V- 47 reyestr nömrəli xx.xx.2021-ci il tarixli “ər-arvadın ümumi əmlakındakı paya görə sağ qalmış ərə verilən mülkiyyət hüququ haqqında” şəhadətnamədən görünür ki, DƏDRX-nin Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə X5 verilmiş **********01 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Lənkəran rayonu Girdəni kəndində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi nikah müddətində əldə etdikləri ümumi birgə əmlak hesab edilərək həmin torpaq sahəsinə dair ½ (ikidə bir) miras pay (mülkiyyət hüququ) Cavabdeh1 verilmişdir. Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib edilmiş 2V- 48 reyestr nömrəli xx.xx.2021-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, DƏDRX-nin Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə X5 verilmiş **********01 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Lənkəran rayonu Girdəni kəndində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinə dair ¼ (dörddə bir) miras pay Cavabdeh1 verilmişdir. Qeyd edilən iki şəhadətnamənin məzmununa əsasən, yekun olaraq X4 mülkiyytində olmuş Lənkəran rayonu, Girdəni kəndində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinə dair 3/4 (dörddə üç) miras pay Cavabdeh1 verilmişdir. 2V-47 və 2V-48 reyestr nömrəli şəhadətnamələrə dair notariat işinin materiallarında olan Lənkəran Şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 17-13/167 nömrəli arayışda X6 vərəsələri kimi anası X15 və həyat yoldaşı Cavabdeh1 qeyd edilmişdir. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu , Girdəni kəndi kəndində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin ¾ (dörddə üç) hissəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir, həmin torpaq sahəsinin ¼ (dörddə bir) hissəsi verilmədən açıq saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının : 3-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar. 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. “Notariat haqqında” Azərbaycan Respublikasının qanunun : 59-cu maddəsində qeyd edilmişdir ki, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. 62-ci maddəsinə əsasən ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Şəhadətnamə ümumi əmlakın yarısına verilə bilər. Mülkiyyət hüququ haqqında şəhadətnamədə mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə, ölmüş ərin (arvadın) ümumi əmlakdan payı da müəyyən edilə bilər. 102-ci maddəsində qeyd edilmişdir ki,vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın : 111-ci maddəsinə əsasən notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə ər-arvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilə bilər. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah müqaviləsində və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchiz etmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah müqaviləsində və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 112-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 113-cü maddəsinə əsasən notarius şəhadətnamə verərkən nikah haqqında şəhadətnamə, nikahları pozulmuş şəxslər (keçmiş ər-arvad) müraciət etdikdə isə nikahın pozulması haqqında şəhadətnamə tələb edir. 116-cı maddəsinə əsasən ər-arvadın biri öldükdə, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Məlumatda ər-arvadın ümumi əmlakının tərkibi (həmin əmlakda pay barəsində sağ qalmış ər (arvad) mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir) göstərilir, habelə sağ qalmış ərin (arvadın) əmlak tələbləri barəsində vərəsə mübahisə etdikdə məhkəməyə müraciət etmək hüququ izah olunur. Məlumat poçtla göndərilir, notariusa şəxsən müraciət edən vərəsələrə isə notarius tərəfindən şifahi məlumat verilir, bu barədə sağ qalmış ərin (arvadın) ərizəsində vərəsənin imzası ilə müvafiq qeyd yazılır. Vərəsələr arasında yetkinlik yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər olduqda bildiriş onların yaşayış yeri üzrə qəyyumluq və himayə orqanına göndərilir. 118-ci maddəsinə əsasən sağ qalmış ərə (arvada) ər-arvadın ümumi əmlakında paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilərkən ərin (arvadın) ölümü haqqında şəhadətnamə, ərizə sahibinin ölmüş ərlə (arvadla) nikah münasibətlərini təsdiq edən sənəd, ər-arvadın əmlakına ümumi (birgə) mülkiyyət hüququnu təsdiq edən sənəd, həmçinin nikah müqaviləsinin olması yoxlanılaraq mövcud olduğu halda tələb olunur. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edimişdir ki, Cavabdeh1 ilə Məmmədova (Babayeva) Gülçöhrə Firudin qızı 16 iyun 2015-ci il tarixdə rəsmi nikaha daxil oluşlar. X7 05 yanvar 2019-cu ildə ölmüşdür. xx.xx.2010-cu il tarixli **********01 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən, Lənkəran rayonu Girdəni kəndində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi Cavabdeh1 ilə rəsmi nikaha daxil olmamışdan əvvəl X4 mülkiyyətində olmuşdur. Yuxarıda sadalanan maddi hüquq normalarının məzmunundan müəyyən edilir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah müqaviləsində və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İşin faktiki hallarından görünür ki, Lənkəran rayonu Girdəni kəndində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi Cavabdeh1 ilə X4 birgə nikah dövründə əldə etdikləri əmlak deyildir. Lakin buna baxmayaraq Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən Lənkəran rayonu Girdəni kəndində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinə dair vərəsəlik işi aparılarkən qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbləri kobud şəkildə pozularaq, belə ki, Cavabdeh1 tərəfindən notariat ofisinə təqdim edilən və vərəsəlik işinə əlavə edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan və nikah haqqında şəhadətnamədən qeyd edilən torpaq sahəsinin Cavabdeh1 ilə ilə X4 birgə nikah dövründə əldə etdikləri aşkar surətdə müəyyən edilmədiyi halda, yəni bu hal qeyd edilən yalnız sözügedən iki sənəd əsasında müəyyən edildiyi təqdirdə qanunvericiliyin tələbinə zidd olaraq Cavabdeh1 adına 15 yanvar 2021-ci il tarixli 2V-47 reyestr nömrəli “ər-arvadın ümumi əmlakındakı paya görə sağ qalmış ərə verilən mülkiyyət hüququ haqqında” şəhadətnamə verilmiş və həmin şəhadətnaməyə əsasən də Cavabdeh1 adına 2V-48 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Bundan əlavə olaraq məhkəmə baxışı zamanı mübahisələndirilən şəhadətnamələrə dair vərəsəlik işi məhkəmə tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən sözügedən vərəsəlik işi Cavabdeh1 tərəfindən notariat ofisinə təqdim edilən və vərəsəlik işinə əlavə edilmiş Lənkəran Şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 17-13/167 nömrəli arayışda X6 vərəsəsi kimi anası X15 qeyd edilməsinə baxmayaraq bu hissədə də qanunvericiliyin (Təlimat 116 m.) tələbi pozularaq ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar X12 məlumat göndərilməmişdir. Beləliklə, məhkəmə tərəfindən işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh1 adına verilmiş 15 yanvar 2021-ci il tarixli 2V-47 reyestr nömrəli “ər-arvadın ümumi əmlakındakı paya görə sağ qalmış ərə verilən mülkiyyət hüququ haqqında” şəhadətnamə qanunvericiliyinin tələblərinə uyğun olmadan tərtib edilmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməli və 2V-47 reyestr nömrəli şəhadətnamə etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh1 adına 2V-48 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə 15 yanvar 2021-ci il tarixli 2V-47 reyestr nömrəli şəhadətnaməyə əsasən tərtib edildiyindən iddia tələbi 2V-48 reyestr nömrəli şəhadətnaməyə münasibətdə də təmin edilərək həmin etibarnamə etibarsız hesab edilməlidir. Eyzi zamanda Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış 15 yanvar 2021-ci il tarixli 2V-47 və 2V-48 reyestr nömrəli şəhadətnamələr əsasında tərtib edildiyindən qeyd edilən şəhadətnamələr etibarsız hesab edildiyinə görə çıxarış da etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə gəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh1 adına verilmiş 15 yanvar 2021-ci il tarixli 2V-47 reyestr nömrəli “ər-arvadın ümumi əmlakındakı paya görə sağ qalmış ərə verilən mülkiyyət hüququ haqqında” şəhadətnamə, 15 yanvar 2021-ci il tarixli 2V-48 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1502/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1502/2025
19.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver