Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1580/2024 21.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran rayon məhkəməsi hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi: X11, ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Lənkəran Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına cəlb etdiyi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə» ərizəsinə dair işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs qismində Lənkəran Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasını cəlb etdiyi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə» ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixdə Lənkəran rayonu, Kərgələn kəndində doğulmuş və Lənkəran rayon, Kərgələn kəndində qeydiyatda olmaqla həmin ünvanda yaşayan qızı Ərizəçi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1978-ci il tarixdə Lənkəran rayonu, Kərgəlan doğulmuşdur və hazırda da həmin kənddə X3 ilə birlikdə yaşayır. X3 xx.xx.2005-ci il tarixdə Lənkəran rayonu, Kərgəlan kəndində doğulmuşdur X1 anadangəlmə baş- beyin üzvi xəstəliyi nəticəsində yaranan ağıl zəifliyi davranış pozuntusu ilə müşayiət olunan psixi xəstəliyi vardır və o, bununla əlaqədar onun bütün müalicələrini elətdirir. Lakin elətdirdiyi müalicələrin heç bir nəticəsi olmamışdır. X3 həmin xəstəlikdən əziyyət çəkdiyi üçün hətta Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. Qızı hazırda yataq xəstəsidir, onun bütün təmizlik işlərini ərizəçi, görür və buna görə də işləyə bilmirəm. Lakin qızının hər hansı bir hüquqlarının həyata keçirilməsindən ötrü hüquqi sənədləşmənin aparılmasında çətinliklər yaranır və çətinliklərin aradan qaldırılmasından ötrü ondan başqa heç kimi olmadığından o, Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının qəyyumluq və himayəçilik komissiyasına müraciətm etmiş ki,onu X3na qəyyum təyin edilməsində köməklik göstərmələrini xahiş etmişdir. Oradan ona bununla bağlı məhkəməyə müraciət etməyi bildirmişlər. Ona görə də hazırkı, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Lənkəran rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Lənkəran Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış İ-PN 735932 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2005-ci il tarixdə X13 doğulmuşdur. X4, anası X7r. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2024-cü il tarixli Lənkəran ŞİHB-nın Kərgəlan kənd İƏD-nin nümayəndəliyinin ailə tərkibi haqqında arayışdan görünür ki, Ərizəçi Lənkəran rayon, Kərgəlan kəndində yaşayır, onun ailə tərkibi bir X3dır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi Şəxsin xx.xx.2023-ci il tarixli, 2838 saylı ekspertin qiyabi rəyindən görünür ki, X12 baş beynin üzvi xəstəliyi ,yüngül dərəcəli əqli gerilik,davranış pozuntuları ilə formasından psixi xəstəlikdən əziyyət çəkir. Göstərilən diaqnozlu xəstəliklə əlaqədar ona müddətsiz 1-ci qrup əllilik təyin edilmişdir. xx.xx.2005-ci il tarixdə doğulmuş X12 psixi vəziyyəti onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verir. Buna görə də X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi tərəfindən dövlət büdcəsinə 100 manat dövlət rüsumu köçürülmüşdür. MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, ekspert rəyi, toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq edildi ki, xx.xx.2005-ci il tarixdə doğulmuş X12 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Məhkəmə hesab edir ki, xx.xx.2005-ci il tarixdə doğulmuş X2 Federasiyası, Tümen vilayəti, Tümen vilayətində Xant-Mansiysk Muxtar dairəsidə doğulmuş və Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyatda olmaqla həmin ünvanda yaşayan X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 12 oktyabr 2005-ci il tarixdə doğulmuş Rusiya Federasiyası, Tümen vilayəti, Xant- Mansiysk Muxtar dairəsidə doğulmuş, Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-1580/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1580/2024
21.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver