Məhkəmə qərarları › İş №2(049)-1583/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1583/2023

16.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1583/2023 16.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «aktın ləğv edilməsi və akt əsasında hesablanmış cərimənin silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin aktın əsasında hesablanmış 1036.80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1i ünvanında yaşamaqla təbii qaz istehlakçısıdır və “Azəriqaz” X2 X5 İdarəsində abonent kimi qeydiyyatdadır. İstehlak etdiyi qazın pulunu vaxtında ödəməyə çalışır. İstehlak etdiyi qaza görə 346.00 manat cari borcu yaranmışdır. Lakin heç bir təqsiri olmadan evimin qaz sayğacına müdaxilə edilməsi səbəbindən “Azəriqaz” X2 X5 İdarəsi tərəfindən 27 yanvar 2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”kı qanunsuz və əsassız aktla mənə 1036 manat 80 qəpik məbləğində cərimə hesablanmışdır. “Qaz təchizatı haqqında” Qanunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 və 180 saylı Qərarlarının, istehlakçılarla bağlanılan qazm alqı-satqısı barədəki nümunəvi müqavilənin tələblərinə əsasən istehlakçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına cavabdeh olmadığından və müdaxilə halı üzrə onun təqsiri sübut edilmədiyindən istehlakçıya cərimə tətbiq edilə bilməz. Bu səbəbdən tətbiq edilmiş akt və cərimə məbləği qanunsuz və əsassızdır. Ona görə də həmin akt ləğv edilməli və cərimə məbləği isə silinməlidir. Həmin aktın və tətbiq edilmiş cərimənin qanunsuz və əsassız olmasım aşağıda qeyd edilənlərlə təsdiq edir. Evimin qaz xətti üzərində olan “Elestr” tipli, G-4T markalı, ******* nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixdə növbəti yoxlama səbəbindən “əvəzetmə” kimi çıxarıldı.Yerinə “Zenner” tipli, G-4T markalı, **********8 nömrəli yeni mexaniki qaz sayğacı quraşdırıldı.Köhnə sayğacın çıxarılması və yeni sayğacın quraşdırılması barədə həmin tarixdə ******* nömrəli akt tərtib edildi.Çıxarılan qaz sayğacının üzərində hər hansı bir müdaxilə halı olmadığına görə aktda müdaxilə barədə heç bir qeyd aparılmadı.Həmin aktın məsuliyyət müəyyən edən akt olmamasına baxmayaraq həmin akta imza etməkdən imtina etdim. Çünki qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına və onun mühafizə edilməsinə qanunvericiliyin tələblərinə görə cavabdeh şəxs deyiləm. Qaz sayğacının üzərində çıxarılan anda müdaxilə halı olmadığından və sonradan qaz Paylayıcı tərəfindən yaradılan müdaxilə halına cavabdeh olmadığımdan xx.xx.2023-CÜ il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”kı cərimə aktı qanunsuz və əsassızdır. Bu səbəbdən istehlakçı olaraq mənə heç bir hüquqi qüvvəsi yoxdur, ona görə ləğv edilməli, mənə hesablanmış 1036 manat 80 qəpik cərimə məbləği silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarının 4.8 bəndinə əsasən fiziki şəxslərin qaz sayğacının və plomblarının toxunulmazlığına cavabdeh şəxs qaz Paylayıcısı olduğundan istehlakçı qaz sayğacına edilən hər hansı bir müdaxiləyə görə cavabdeh deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarının 3.3 bəndinə əsasən Qaz paylayıcısı istehlakçı tərəfindən istehlak edilmiş qazm dəyərini sayğacın göstəricilərinə əsasən tam hesablayır və hər ay istehlakçıya “hesab- bildiriş” təqdim edir. İstehlakçı isə həmin “hesab-bildiriş” əsasında, qaz sayğacı ilə heç bir təması olmadan istehlak etdiyi qazın pulunu Paylayıcıya ödəyir. Yazılmış cərimə məbləği qanunsuz və əsassız olduğundan qaz Paylayıcı həmin cərimə məbləğini “hesabbildirş”ə daxil edə bilməmişdir. Qaz sayğacındakı müdaxilə halına cavabdeh olmadığından və hesablanmış cərimə məbləği ona verilən “hesab-bildiriş”ə daxil edilmədiyindən tərtib edilmiş cərimə aktı qanunsuz və əsassızdır. Bu səbəbdən həmin akt ləğv edilməli, mənə hesablanmış 1036 manat 80 qəpik cərimə məbləği silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: xx.xx.2022-ci il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 1ində yerləşən fərdi yaşayış evində quraşdırılmış Elster tipli, G-4 T markalı qaz sayğacı, Zenner tipli, G-4 markalı qaz sayğacı ilə dəyişdirilmişdir. Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2023cü il tarixli, ******* saylı aktdan görünür ki, sayğac istismara yararsızdır. Abonent saldosundan görünür ki, İddiaçı 2023-cü ilin yanvar ayı üçün 1036.80 manat cəriməhesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktı ilə İddiaçı yaşadığı ünvan 1ində yerləşən fərdi yaşayış evində quraşdırılmış Elster tipli, G-4 T markalı qaz sayğacı, Zenner tipli, G-4 markalı qaz sayğacı dəyişdirilmişdir. Azəriqaz İBnin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, sayğac istismara yararsızdır. İstehlakçı İddiaçı 2023-cü ilin yanvar üçün 1036.80 manat cərimə hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 8 və 9-cu bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Qazdan istifadə qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Həmçinin qeyd edilməlidir ki, «Azəriqaz» İB-nin baş direktorunun təsdiq etdiyi xx.xx.2013-cü il tarixli, “Əhali abonentlərinin mənzillərində (evlərində) qaz sayğaclarının quraşdırılması və istismarı” qaydalarının 6.2-ci bəndinə əsasən sayğaclar xətdən açıldıqdan sonra 10 iş günü müddətində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə (İTRİ) göndərilir. Həmin “Qaydaların 6.6-cı bəndinə görə sayğacların İTRİ-yə daxil olan vaxtdan 10 iş günü müddətindən gec olmayaraq Dövlət yoxlamasından keçirilməsi, sənədləşdirilməsi və «Azəriqaz» İB-nin nümayəndəsinə (müvafiq X3) təhvil verilməsi təmin edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan iddia təmin edilməli, cavabdeh «Azəriqaz» X1 regional Qaz İstismar İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktı ləğv edilməli və həmin akt əsasında hesablanmış 1036.80 manat məbləğində cərimə silinməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 259, 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» X1 X4 İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* saylı aktı ləğv edilsin və həmin akt əsasında hesablanmış 1036.80 manat məbləğində cərimə silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar