Məhkəmə qərarları › İş №2(049)-160/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-160/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-160/2025 28.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «kredit borcu» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3736 manat məbləğində pulun və ödənilmiş 57 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, fiziki şəxs olaraq 6 saylı Ərazi Vergilər Baş İdarəsindən vergi ödəyicisi kimi qeydiyyatdan keçərək Lənkəran rayonunun Digah kəndində yerləşən Fuqran mebel mağazasını işlədir. O, fəaliyyət göstərdiyi Lənkəran rayonunun Digah kəndində yerləşən Furqan mebel mağazasında Cavabdeh xx.xx.2022-ci il tarixində dəyəri 6600 manat olan 1 ədəd Membran mətbəx mebelini ilkin olaraq 1000 manat ödəniş etməklə satmışdır. Belə ki, xx.xx.2022-ci il tarixində Cavabdeh mağazaya yaxınlaşaraq yuxarıda adı qeyd olunmuş malı almaq istədiyini bildirmiş, cavabdeh tərəfindən 1000 manat ilkin ödəniş edilməklə qalan 5600 manatı 18 ay müddətinə aylıq 3 11 , 11 manat olmaqla ödəməyi öhdəsinə götürmüş və onunla nisyə-alqı satqı müqaviləsi bağlanılaraq həmin mal ona satılmışdır. Razılaşmaya əsasən cavabdeh borcunu müəyyən edilən müddətdə, yəni xx.xx.2022-ci ildən başlayaraq 18 ay müddətində hər ay 3 11 . 11 manat olmaqla xx.xx.2024-cü il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh aldığı məhsulların ümumi məbləğindən cəmi 1864 manat ödəniş etmiş, qalan məbləği bu günə kimi tam ödəməmiş və ticarət mərkəzinə 3736 manat borcu qalmışdır. Bundan sonra müxtəlif vaxtlarda borcun ödənilməsi barədə dəfələrlə mobil telefondan zənglər etməyinə baxmayaraq cavabdeh tərəfindən həmin borcun ödənilməsi yerinə yetirilməmişdir. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərmişdir. Məktubda yaranmış borc məbləğinin qısa zaman ərzində qaytarılmasını tələb edilmişdir. Lakin, ötən müddət ərzində cavabdeh qalan borcundan heç bir ödəniş etməmişdir. Cavabdehə dəfələrlə xəbər göndərməyimə baxmayaraq o, mağazaya olan borcunu ödəmir. Ona görə də mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verdi, əlavə olaraq iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək Cavabdeh 3736 manat məbləğində pulun və ödənilmiş 54.36 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında dəyəri 6600.00 manat olan 1 ədəd membran mətbəx mebeli alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək, hər ay 311.11 manat, cəmi 5600 manatı Cavabdeh X1 ödəməlidir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh xeyrinə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 6600 manat dəyərində olan, 1000 manat ödəyərək aldığı 1 ədəd membran mətbəx mebeli üçün 18 ay müddətinə hər ay 311.11 manat ödəməli olduğu halda, cəmi 2164 manat ödəmiş onun 3436 manat əsas, cəmi 3736 manat borcu yaranmışdır. Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 57 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 6600.00 manat olan 1 ədəd membran mətbəx mebeli almışdır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3436 manat manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 54.36 manat pul alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3436 manat manat və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 54.36 manat pul alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar