Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1615/2025 19.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinm’si» tələbi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2016-cı il tarixli, ******* saylı aktla ona hesablanmış 64.80 manat və 2020-ci ilin aprel ayında müvafiq akt tərtib edilmədən hesablanmış 216 manat borc olmaqla, cəmi 280.80 manat məbləgindəki borcun tam silinməsi, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2017-ci il tarixli aktla sayğacsız təbii qazdan istifadəyə görə hesablanmış 496.80 qəpik borcun azaldılaraq 23.00 manat miqdarında və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı akt üzrə qanunsuz qoşulma üzrə hesablanmış 1581.12 manat borcun azaldılaraq 476.04 manat miqdarında, yəni cəmi borcun 499.34 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdehndə təbii qaz istehlakçısı kimi **********20000 saylı abonent kodu ilə qeydiyyatdadır. Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2016-cı il tarixli, ******* saylı aktla təbii qaz istehlakçısı olaraq ona 64.80 manat məbləğində borc hesablamışdır. 2020-ci ilin aprel ayında (günü məlum deyil) isə borcun hesablanması üçün müvafiq akt tərtib edilmədən və hər hansı sübut göstərilmədən “Abonent saldosu” sənədində onun adına 216.00 manat borc yükləmişdir. Məcburiyyət qarşısında qalaraq sayğacsız qazdan istifadə etdiyi üçün xx.xx.2017-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktla ona 496.80 manat və sayğacsız qazdan istifadə etdiyi üçün ona xx.xx.2024-cü il tarixdə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktla 1581.12 manat borc hesablanmışdır. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, sayğacdan kənar təbii qazdan istifadə ilə əlaqədar onun üçün borc əsassız olaraq həddindən artıq çox hesablanmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, istehlakçı İddiaçı Cavabdehnə qarşı “Təbii qazdan stifadə qaydalarının pozulması haqqında” xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında qanunsuz qoşulma üzrə hesablanmış 64,80 manat məbləğində, xx.xx.2020-ci il tarixli ******* saylı aktəsasında hesablanmış 216,00 manat məbləğində, cəmi 280,80 manat məbləğində borcun silinməsi, xx.xx.2017-ci il tarixli ******* saylı akttla sayğacsız təbii qazdan istifadəyə görə hesablanmış 496,80 manat borcun azaldılaraq 23,00 manat məbləğində və xx.xx.2024-cü il tarixli, ******* saylı aktlar əsasında qanunzuz qoşulma üzrə hesablanmış 1581,12 manat borcun azaldılaraq 476,04 manat məbləğində qətnamə qəbul edilməsi barədə iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, iddia tələbi əsassızdı. Belə ki, İddiaçı ünvan 1 ünvanında yaşamaqla X5 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsində **********20000 saylı kodla abonent qeydiyyatındadır. X5 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsinin əməşdaşları tərəfindən xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2020-ci il və xx.xx.2024-cü il tarixlərdə ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçıya məxsus sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə məqsədi ilə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2016-cı il tarixli, ******* saylı akta əsasən qanunsuz qoşulma üzrə hesablanmış 64,80 manat, , xx.xx.2020-ci il tarixli ******* saylı akta əsassən hesablanmış 216,00 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən sayğacsız təbii qazdan istifadəyə görə hesablanmış 496,80 manat və xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən 13176 kub metr olmaqla 1581,12 manat pul İddiaçı abonent hesabına hesablanmışdır. İddiaçı Ə.Ə.Novruzov xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında qanunsuz qoşulma üzrə hesablanmış 64,80 manat məbləğində, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 216,00 manat məbləğində, cəmi 280,80 manat məbləğində borcun silinməsi, xx.xx.2017-ci il tarixli ******* saylı akttla sayğacsız təbii qazdan istifadəyə görə hesablanmış 496,80 manat borcun azaldılaraq 23,00 manat və xx.xx.2024-cü il tarixli, ******* saylı aktlar əsasında qanunzuz qoşulma üzrə hesablanmış 1581,12 manat borcun azaldılaraq 476,04 manata endirilməsinİ tələb etmişdir. Əlavə olaraq iddiaçı qaz xəttindən kənar qeyri-qanuni qoçulmaqla istifadə etməsini də iddia ərizəsində etiraf etmişdir. İddiaçı iddia ərizəsində istifadə etdiyi qazın bərpası üçün hesablanmış sərfiyyatın azaldılmasını qeyd etmiş, lakin azaldılacaq məbləğin hansı əsaslarla azaldılmasını qeyd etməmişdir. Tərəfimizdən isə itirilən qazın bərpası ilə əlaqədar hesablanma qaydası təqdim edilən tələbnamə ilə abonentin istifadəsində oan cihazların qaz sərfiyyatına uyğun aparılmışdır. İddiaçı qanunsuz hərəkətləri hər hansı bir silinmənin və azaltmanın aparılmasına heç bir əsas vermir. Qeyd edilənlərə əsasən, iddia tələbinin tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Suala cavab olaraq bildirdi ki, sayğacdan özbaşına olaraq qaz xəttinə qoşulması ilə əlaqadar abonent İddiaçı barəsində inzibati xəta haqqında protokol tərtib edilməmişdir və onun barəsində inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqadar hər-hansı orqana müraciət edilməmişdir. Eyni zamanda abonent İddiaçı 2020-ci ilin aprel ayında itirilmiş qazınbərpasına dair borcun hesanması barədə müvafiq aktı məhkəməyə təqdim edə bilmir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2016-cı il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 3 ünvanında yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə edir. Abonent İddiaçı tərəfindən də akt imzalanmışdır. “Dəymiş ziyanın bərpasına dair” 29 sentyabr 2016-cı il tarixli tələbnamədən görünür ki, həmin tələbnamə əsasında abonent İddiaçı xx.xx.2016-cı il tarixli, ******* nömrəli akta əsasən, qaz sayğacının nominal saatlıq qaz sərfinin 1.2 m3/ kub metr/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün olmaqla itirilmiş qazın bərpası üçün PQ-4 qaz sobası üçün saatlıq qaz sərfi 1,2 kub.metr olmaqla 648 m3 kub.metr qaz itkisinə görə borc hesablanmışdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 3 ünvanında yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə edir. Abonent İddiaçı tərəfindən də akt imzalanmışdır. “Dəymiş ziyanın bərpasına dair” 18 oktyabr 2017-ci il tarixli tələbnamədən görünür ki, həmin tələbnamə əsasında abonent İddiaçı xx.xx.2017-ci il tarixli, ******* nömrəli akta əsasən, qaz sayğacının nominal saatlıq qaz sərfinin orta günlük iş rejimi 4 saat və hesabat müddəti 180 gün olmaqla itirilmiş qazın bərpası üçün 2.484 m3 kub.metr qaz itkisinə görə borc hesablanmışdır. Abonentin saldosundan görünür ki, 2020-ci ilin aprel ayında abonent İddiaçı itirilmiş qazın bərpası üçün akt əsasında 216 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən həmin borcun hesablanması ilə əlaqədar müvafiq akt məhkəməyə təqdim edilməmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 3 ünvanında yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə edir. Abonent İddiaçı tərəfindən də akt imzalanmışdır. “Dəymiş ziyanın bərpasına dair” 30 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, həmin tələbnamə əsasında abonent İddiaçı xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən, qaz sayğacının nominal saatlıq qaz sərfinin 1.5 m3/ kub metr/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün olmaqla itirilmiş qazın bərpası üçün 13.176 m3 kub.metr qaz itkisinə görə borc hesablanmışdır. Abonentə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə edilməsi barədə akt xx.xx.2024-cü il tarixdə tərtib edilməsinə baxmayaraq dəqmiş ziyanın hesablanması barədə tələbnamə həmin tarixdən 9 gün əvvəl tərtib edilmişdir ki, bu hal da özü-özlüyündə ziddiyyət tşkil edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşin faktiki halları və tədqiq olunmuş mötəbər sübutlarla müəyyən olunur ki, İddiaçı məxsus yaşayış sahəsi yoxlanılarkən onun sayğacdan kənar xətt vasitəsi ilə qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsi halı aşkarlanmışdır. Bu səbəblə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyan hesablanmışdır. "Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011 -ci il tarixli 80 saylı qərarının 6.5-ci bəndinə əsasən qaz paylayıcısı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcı qanunusuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir Həmin Qaydaların 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. ARDNŞ Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarının qanunusuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydalarına əsasən istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş təbii qazın dəyərinin hesablanması Qaydaları aşağıdakı hallarda tətbiq edilir: Layihədə və müqavilədə nəzərdə tutulmuş qaz işlədən cihazlardan əlavə sayğacın nominal sərfiyyatına uyğun gəlməyən, əlavə cihaz və avadanlıqların qoşulması aşkar olunduqda; Sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar olunduqda; Sayğaca və plomblara hər hansı bir müdaxilə halında və ya sayğac plombsuz, həmçinin sənədi olmayan plombla möhürlənmiş olduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunun tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1 .-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, İddiaçı qanuna zidd əməlinin olması, tələb olunan maddi ziyanla onun qanunazidd əməli arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunmur. Ona görə də vurulmuş zərər üçün zərərçəkən qarşısında o, tam məsuliyyət daşımamalıdır. İddianın təmin edilməsi və ya rədd edilməsi üçün ilkin olaraq delikt törədilibtörədilməməsi halı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent (iddiaçı) tərəfindən vurulduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olmasını sübuta yetirmək cavabdeh şirkətin üzərindədir. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən həmin Qanunun 13-cü maddəsinin 8- 1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Həmin maddənin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. “Qazdan istifadə Qaydaları”nın 6-cı bəndinə əsasən: 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Mübahisəli aktlarda qaz xəttinə qanunsuz qoşulma halı aşkar edildiyi qeyd edilsə də cavabdeh tərəfindən qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət müəyyən edilmir. Halbuki, adı çəkilən Qaydaların 6.5-ci bəndinin tələblərinə görə, qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası kimi hallar nəzərə alınmalı idi. Məhkəmə hesab edir ki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma ilə bağlı qazın talan edilməsinə dair materialların inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət tərkibinin əlamətləri olduğu halda cinayət təqibi orqanına təqdim edilməsi müəyyən edilmədiyindən iddiaçı tərəfindən kənar qoşulma halı ilə əlaqadar o, məsuliyyət daşımamalıdır. Bundan başqa, müəyyən edilir ki, cavabdeh şirkət tərəfindən iddiaçıya sutkanın 12 saatı və 360 günlük müddət nəzərə alınmaqla borc hesablanmışdır ki, bu da mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Həmçinin 2020-ci ilin aprel ayında abonent İddiaçı itirilmiş qazın bərpası üçün hesablanmış 216 manat borcun əsaslandırılmasına dair müvafiq akt və ya digər sübut məhkəməyə təqdim edilməmişdir. Abonentə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə edilməsi barədə akt xx.xx.2024-cü il tarixdə tərtib edilməsinə baxmayaraq dəqmiş ziyanın hesablanması barədə tələbnamə həmin tarixdən 9 gün əvvəl tərtib edilmişdir ki, bu hal da özü-özlüyündə ziddiyyət tşkil edir. Məhkəmə hesab edir ki, akt üzrə hesablanmış borcun məbləği də qanuni hesab edilə bilməz. Belə ki, əvvəla, borcun məbləği (vurulmuş ziyanın miqdarı) hesablanarkən «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin, “Qazdan istifadə Qaydaları”nın 6-cı bəndinin tələbləri, akt üzrə borcun hesablandığı müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və s. nəzərə alınmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3 madəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşin faktiki hallarından görünür ki, iddiaçı iddia tələbində ona hesablanmış borcun xx.xx.2016-cı il tarixli, ******* saylı akt üzrə və 2020-ci ilin aprel ayında hesablanmış borc üzrə tamamilə silinməsini, xx.xx.2017-ci il tarixli və xx.xx.2024-cü il tarixli aktlar üzrə isə azaldılmasını tələb edir. Məhkəmə də yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən, iddiaçının tələbi çərçivəsində qətnamə çıxarmalıdır. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının tələbi əsaslıdır. Cavabdeh tərəf öz etirazını əsaslandıra bilməmişdir. Ona görə məhkəmə iddianın təmin edilməsi barədə qənaətə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abonent İddiaçı Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2016-cı il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 64,8 manat və 2020-ci ilin aprel ayında akt əsasında hesablanmış 216 manat məbləğində borc silinsin, xx.xx.2017-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış borcun məbləği azaldılaraq 23 manat, xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış borcun məbləği azaldılaraq 476,04 manat həddində müəyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1615/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1615/2025
19.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver