Məhkəmə qərarları › İş №2(049)-1617/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1617/2025

25.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1617/2025 25.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi, şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ: Ərizəçi ərizə ilə məhkəməyə müəraciət edərək xx.xx.2002-ci il tarixdə Lənkəran rayonu, Girdəni kəndində doğulmuş və həmin kənddə yaşayan qızı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, ərizəsini onunla əsaslandırmışdır ki, qızı X2 xx.xx.2002-ci il tarixdə Lənkəran rayon Girdəni kəndində anadan gəlmə beyin iflici olaraq dünyaya gəlmişdir. O, ailəsi ilə birlikdə onun bütün müalicələrini etdirmişdir. Lakin olunan müalicələrin heç bir nəticəsi olmamışdır. Ona görə də uşağın hazırda Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında müalicəsini davam edir, onun bütün təmizlik və əlavə işlərini o, ailəsi ilə birlikdə görür. Lakin uşağ hər hansı bir hüquqlarının həyata keçirilməsindən ötrü hüquqi sənədləşmənin aparılmasında, yəni sosial müavinətin alınmasında çətinliklər yaranır və çətinliklərin aradan qaldırılmasından ötrü X1 ondan başqa heç kimi olmadığından onun ona qəyyum təyin edilməsində ona köməklik göstərmələrini xahiş etmişdir. Oradan ona bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilib. Ona görə də hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizənini məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə maraqlı şəxs Lənkəran rayon İcra hakmiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ OLUNMUŞ SÜBUTLAR: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi, X1 anasıdır. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 xx.xx.2025-ci il tarixli 1658 saylı rəyindən görünür ki, X2 psixiki vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları süurlu idarə etmək iqtidarında deyil və onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizəçinin dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, xx.xx.2002-ci il tarixdə Lənkəran rayonu, Girdəni kəndində doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2002-ci il tarixdə Lənkəran rayonu, Girdəni kəndində doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs sayılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar